BADIMCAN (ID - 2608)is. Tünd-bənövşəyi rəngli tərəvəz bitkisi. Badımcan ləki. Badımcan dolması.
|
BADIMCANBURUN (ID - 2609)sifi dan. Yekə, göyərmiş bumu olan. Uzunbığ və badımcanburun mirab xəşəl qarnını qabağa verib içini arıtladı. S.Rəhimov.
|
BADIMCANÇİÇƏKLİLƏR (ID - 2610)cəm, bot. Birillik və çoxillik yarımkol və ya kolşəkilli bitkilər fəsiləsi.
|
BADIMCANI (ID - 2611)sif. Badımcan rəngli, tündbənövşəyi. Badımcanı sətin.
|
BADIMCANLIQ (ID - 2612)is. Badımcan əkilmiş yer.
|
BADIŞ (ID - 2613)is. 1. Toyuqların ayağına nişan üçün tikilən əsgi, çit parçası.
// Alıcı quşların baldırına keçirilən tumac qayış; cılğı. 2. Sapdan toxunma halqa. |
BADKEŞ (ID - 2614)is. [fars.] köhn. 1. Xalq təbabətində müalicə məqsədi ilə işlədilən küpə, banka, stəkan və s.; həcəmət.
□ Badkeş qoymaq (eləmək, salmaq) - xəstə adamın qanını oynatmaq üçün bədəninin müxtəlif yerlərinə banka qoymaq. Dəmkeş,... |
BADMİNTON (ID - 2615)is. idm. Raketka və lələkvari topla oynanılan, tennisə bənzəyən idman növü.
|
BADYA (ID - 2616)is. İçinə süd sağmaq, yaxud maye tökmək üçün misdən, saxsıdan və s.-dən qayrılan altı gen böyük qab. [Pəri xanım:] A qız, o böyük badyanı gətir. M.F.Axundzadə. Kənd çocuqları əllərində badya, mis kasa dərəyə doğru qoşurdular....
|
BADYAÇA (ID - 2617)is. Balaca badya. [Qızqayıt] əlini ataraq, ocağın qırağındakı xəmirli badyaçanı qaldırıb, suyunu başına çəkdi. S.Rəhimov.
|
BADYAN (ID - 2618)is. bot. Kolluqlarda, zibilli yerlərdə bitən zəhərli bitki.
|
BAFA (ID - 2619)is. məh. Dərz bağlamaq üçün biçinçinin biçib bağladığı sünbül toplusu. [Hüseyn:] Marquşa, bəs özgə vədə beş bafadan bağlayırdın? Ə.Vəliyev. Qırmızı yaylıqlı kəndli.. bağladığı bafanı alıb, Büləndin yanına gəldi....
|
BAFTA (ID - 2620)is. [fars.] Güləbətin, ipək saplardan toxunmuş qaytan. [Güləndam:] Məmmədəli, hələ bir de görüm, baftanı gətirmisənmi? N.Vəzirov.
|
BAFTAÇI (ID - 2621)is. Bafta ustası, bafta toxuyan usta.
|
BAFTAÇILIQ (ID - 2622)sif. Baftaçının sənəti, işi.
|
BAFTALAMA (ID - 2623)“Baftalamaq”dan f.is.
|
BAFTALAMAQ (ID - 2624)f 1. Bafta ilə işləmək, bafta ilə bəzəmək, baftadan köbə tikmək. Donun ətəyini baftalamaq.
2. məc. dan. Özündən toxumaq, uydurmaq. |
BAFTALI (ID - 2625)sif. Bafta ilə işlənmiş, bafta ilə bəzəkli, bafta tikilmiş, baftadan köbə tikilmiş. Ağcaxanım abı, pəncə-pəncə zərli donunu, döşü baftalı, qırmızı tafta köynəyini geyib, .. mətbəxdə plov bişirməkdədir. H.Sarabski. Güllü...
|
BAFTAŞALVARLI (ID - 2626)sif. və is. köhn. Keçmişdə polis və hərbi işçilərə verilən ad. [Rəna:] Doğrudur ki, mənim atam, babam çox varlı idi; Hətta böyük qardaşım baftaşalvarlı idi. S.Rüstəm.
|
BAĞ1 (ID - 2627)is. 1. Meyvə ağacları əkilmiş sahə. Meyvə bağı. Alma bağı. Bağ salmaq.
Müxtəlif ağaclar əkilmiş sahə. Şəhər bağı. □ Heyvanat bagı - ictimai bağda və ya parkda elmi məqsədlər üçün düzəldilən heyvanxana. Nəbatat... |
BAĞ2 (ID - 2628)is. 1. Bağlamağa yarar hər şey, ip, kəndir, qaytan və s. Yükün bağlarını açmaq. Ayaqqabı bağı. - Musa kişi yaş ot bağlarından birini açıb, onların qabağına tökdü. M.İbrahimov. [Kəmtərov] gah damağındakı papirosu barmaqları...
|
BAĞA1 (ID - 2629)b a x tısbaga.
|
BAĞA2 (ID - 2630)is. məh. Atların buxovluğunda əmələ gələn xəstəlik (yara).
|
BAĞACIQ (ID - 2631)is. zool. Taxıl bitkilərinə zərər verən cücü. Taxıl bitkilərinin (xüsusən buğdanın) qorxulu zərərvericisi olan taxıl bağacıqlarına qarşı mübarizə üçün bioloji üsul geniş tətbiq edilir.
|
BAĞALIQ (ID - 2632)is. məh. Atın dırnaqlarının üst (tük qurtaran) tərəfi.
|
BAĞAM (ID - 2633)is. məh. Enli yarpaqları olan və yarpaqlarından dəri boyamaq üçün boya hazırlanan bir ağac.
|
BAĞANAQ (ID - 2634)is. Qıçların hövsələ sümüyünə bitişən yeri.
|
BAĞANCAQ (ID - 2635)is. məh. Atın topuğu ilə dırnağı arasındakı hissə; buxovluq.
|
BAĞANCANAQ (ID - 2636)is. məh. Heyvanların ayaqlarının yerə dəyməyən hissəsi.
|
BAĞARA (ID - 2637)is. məh. 1. Bax tagalaq.
Dayaz quyulardan dol ilə su, neft çəkmək üçün qurğu. Babası .. [Araza] öz cavanlığından, fəhləlik həyatından söz açıb deyirdi: - Səhərdən axşama qədər atı bağaraya qoşub, neft çəkərdim. A.Şaiq.... |
BAĞAT (ID - 2638)b ax bağ-bağat. Qoy bağ olsun, bağat olsun qapımızın dördyanı. S.Vurğun.
|
BAĞAYARPAĞI (ID - 2639)is. bot. Adətən arxların kənarında bitən enliyarpaqlı bir bitki olub, xalq təbabətində yaraları sağaltmaq üçün işlənir. Çoxillik bitki olan bağayarpağı uzun saplaqlı kökyanı yarpaqlara malikdir; yarpaqlarının forması dairəvi,...
|
BAĞ-BAĞAT (ID - 2640)is. Bağlıq, ağaclıq, yaşıllıq. Seyidli və onu əhatə edən kəndlərin bağ-bağatı o dərəcədə boldur ki, göz ətrafda ot və ağacdan savayı bir şey görmür. S.S.Axundov. Daşlıca azı kənddən beş verst bağ-bağat yollarının...
|
BAĞ-BAĞATLI (ID - 2641)sif. Bağ-bağatı, yaşıllığı olan, səfalı. Bağ-bağatlı yer.
|
BAĞ-BAĞÇA (ID - 2642)is. Bağlıq və güllük yer. Cuma baxımsız qalmış bağ-bağçalara göz yetirirdi. Ə.Əbülhəsən. Boz dağları meşə örtdü, sahilləri gül; Bağ-bağçaya şeh çilədi nazəndə səhər. Ə.Cəmil.
|
BAĞBAN (ID - 2643)is. [fars.] 1. Bağa baxan, bağa qulluq edən adam; bağ yetişdirməklə, bağçılıqla məşğul olan adam; bağçı. Gördülər yüz yaşında bir bağban; İşləyir bağda səy ilə hər an. M.Ə.Sabir. Həyətimdə səfalı bir bağ salacağam...
|
BAĞBANLIQ (ID - 2644)is. Bağbanın peşəsi, işi, sənəti; bağçılıq. Bağbanlıq etmək.
|
BAĞBAŞI (ID - 2645)is. Köhnə məişətdə: oğlanın öz nişanlısına göndərdiyi bağ novbarı; sovqat. Pişxidmət məcməyidə alma, armud, nar və əzgil gətirib, qonaqların qabağına qoydu. Bunlar hamısı bağbaşı olaraq kəndlərdən göndərilmişdi. Çəmənzəminli....
|
BAĞ-BƏRƏ (ID - 2646)is. Ev yanında bağ-bağça. Elə gəl, elə get bağ-bərəsindən; Bülbüllər ürküşüb, gül inciməsin. Aşıq Abbas.
|
BAĞÇA (ID - 2647)is. 1. Kiçik bağ, həyət bağı. Ay çıxıb bağçanı işıqlatmışdı. Ə.Məmmədxanlı. Şirin bağçada səndəl üstündə oturmuşdu. İ.Əfəndiyev.
məc. Güllük, çiçəklik. Bu otağın pəncərələri.. qarşıdakı qızılgül bağçasına... |
BAĞÇA-BAĞ (ID - 2648)is. Güllük, çiçəklik. Ürəksiz əkilən yerlər saralar; Şitillər boy atıb bağça-bağ olmaz. S.Vurğun. Qış ayazdan bitkiləri saxlayıb; Şeh salırsız bağça-bağa, buludlar! H.K.Sanılı.
|
BAĞÇACIQ (ID - 2649)“Bağça”dan kiç. Suyun sahilində bir bağçacıq var. S.Vurğun.
|
BAĞÇALI (ID - 2650)sif. Bağçası olan; həyətində çiçəklik, güllük olan. Bağçalı ev. Bağçalı məktəb.
|
BAĞÇALIQ (ID - 2651)bax bagça. Xanın evinin qabağı çiçəklik və böyük bağçalıqdı. M.S.Ordubadi.
|
BAĞÇAPƏRƏST (ID - 2652)bax bagpərəst.
|
BAĞÇI1 (ID - 2653)is. 1. Bax bagban 1-ci mənada. Qonşu respublikalardan gəlmiş qonaqlar Qubanın bağçıları və məktəbliləri ilə səmimi görüşü heç zaman unutmayacaqlar.
2. məh. İstirahət üçün yayda bağa (bax bag1 4-cü mənada) köçən, bağda... |
BAĞÇI2 (ID - 2654)is. məh. Biçinçilərin ardınca dərz bağlayan işçi.
|
BAĞÇILIQ (ID - 2655)bax bagbanlıq. Kənd klubunda kəndlilər savad öyrənir, əkinçiliyə, bağçılığa, maldarlığa aid məlumat alırlar. S.Hüseyn. Sağ ol, baba, sən bağçılıq işini yaxşı bilirsən. M.Seyidzadə.
|
BAĞÇIVAN (ID - 2656)is. köhn. Bağçaya baxan, bağça yetişdirən; bağban.
|
BAĞÇIVANLIQ (ID - 2657)is. köhn. Bağçıvan işi, bağçıvan sənəti; bağbanlıq.
// Bağ, çiçək, ağac və səbzəvat yetişdirmə. Maşallah, nə yaxşı qabilsən; Bağçıvanlıqda xeyli kamilsən. A.Səhhət. |