BADYAis. İçinə süd sağmaq, yaxud maye tökmək üçün misdən, saxsıdan və s.-dən qayrılan altı gen böyük qab. [Pəri xanım:] A qız, o böyük badyanı gətir. M.F.Axundzadə. Kənd çocuqları əllərində badya, mis kasa dərəyə doğru qoşurdular. A.Şaiq. Səhənglər, vedrələr, qazanlar, badyalar doldu, boşaldı. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|