BANDEROLSUZ (ID - 2958)sif. Banderolu olmayan, üzərinə banderol yapışdırılmamış. Banderolsuz tütün.
|
BANDİT (ID - 2959)[ital.] Soyğunçu, quldur, qarətkar, talançı. Bandit dəstəsi. - Banditlər səksəkəli haldayerlərindən sıçraşdılar. M.Hüseyn. Cümə günü bütün banditlər öz dəstələri ilə ayı çınqılına toplandılar. Ə.Vəliyev.
|
BANDİTCƏSİNƏ (ID - 2960)zərf Bandit kimi, quldur kimi, quldurcasına.
|
BANDİTIZM (ID - 2961)[ital.] Quldurluq, soyğunçuluq, zorakılıq, adam öldürmək, təxribatçılıq və s. məqsədi ilə silahlı quldur dəstələri yaratmaqdan, bu dəstələrdə və onların düzəltdiyi basqınlarda iştirak etməkdən ibarət cinayət işi. 'Banditizm...
|
BANDÜR(A) (ID - 2962) [əsli yun.] Barmaqla çalman çoxsimli, geniş qollu Ukrayna musiqi aləti. Bu kəşfiyyat ayrı-ayrı xalqlarda əvvəlləri sadə və getdikcə təkmilləşən qusli, bandura, mandalina .. kimi müxtəlif növlü bir çox simli alətlərin yaradılmasını...
|
BANDURÇALAN, BANDURÇU (ID - 2963)is. Bandur adlı musiqi aləti çalan çalğıçı.
|
BANİ (ID - 2964)is. [ər.] 1. Bir şeyin əsasını, bünövrəsini qoyan, təsis edən, bina edən, tikən, quran, yaradan. Üzeyir Hacıbəyov Azərbaycan opera sənətinin banisi olmuşdur.
2. Təşəbbüsçü, səbəbkar. Bu ədavətdə bani hansı idi və müqəssir... |
BANK (ID - 2965)[fr.] 1. Pul vəsaitini toplayan və təqsim edən kredit idarəsi. Dövlət bankı. Kommunal bank. Kənd təsərrüfatı bankı.
Borc kapitalını bir araya toplayan xüsusi kredit idarəsi. dan. Qumarda: kağız paylayanın ortaya qoyduğu pul. ... |
BANKA1 (ID - 2966)is. [pol.] 1. Silindrşəkilli şüşə və ya saxsı qab. Qəfəslərə yığılmış şüşə bankalardakı saçaqlı konfetləri .. siçanlar darmadağın etmiş(di). H.Sarabski. Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. Ə.Haqverdiyev.
Konservləşdirilmiş... |
BANKA2 (ID - 2967)is. [holl.] Qayıqda avarçəkənlər üçün qoyulmuş oturacaq.
|
BANKET (ID - 2968)[fr.] İctimai, siyasi xadimlərin və s.-nin şərəfinə düzəldilən təntənəli qonaqlıq, ziyafət.
|
BANKƏ (ID - 2969)is. [holl.] Dənizin dayaz yerlərindən ibarət olan sahə. Xəzər dənizində Kür bankəsi.
|
BANKIR (ID - 2970)[fr.] Kapitalist ölkələrində; bank sahibi və ya səhmdarı; kapitalist.
|
BANKNOT (ID - 2971)[ing.] mal. Dövlət bankı tərəfindən buraxılan və tədavüldə pul kimi işlənilən biletlər.
// Emissiya bankları tərəfindən buraxılan kredit pulları. |
BANKROT (ID - 2972)[fr.] Müflis, iflas etmiş. Şəhərdə bərk səs var ki, Hacı Saleh bankrotdu. S.S.Axundov.
□ Bankrot etmək (çıxarmaq) - iflasa uğratmaq, var-yoxdan çıxmasına səbəb olmaq. |
BANKROTLUQ (ID - 2973)is. Müflislik.
|
BANLAMA (ID - 2974)“Banlamaq”dan f.is.
|
BANLAMAQ (ID - 2975)f. 1. Oxumaq, ötmək (xoruz, beçə, qırqovul haqqında). Xoruz banlayır. -Bir qarının bir xoruzu var idi; Hər gün obaşdandan o banlar idi. A.Səhhət. Haradasa, xarabalıqda doğrudan da bir xoruz banlayırdı. Ə.Məmmədxanlı.
2. məc.... |
BANLAŞMA (ID - 2976)“Banlaşmaq”dan f.is.
|
BANLAŞMAQ (ID - 2977)qarş. Hamı birdən səs-səsə verib banlamaq, ağız-ağıza verib qışqırmaq, hamı birdən bağırmaq. Xoruzlar banlaşdılar. Qırqovullar çöldə banlaşır. -Xoruzlar banlaşan zaman girdik kəndə. Ə.Haqverdiyev. Ətrafda xoruzlar banlaşır....
|
BANT (ID - 2978)[alm.] Bəzək kimi işlədilən ortadan qəşəng düyünlənmiş lent. Bant bağlamaq. Saçına bant bağlanmış qız.
|
BANTLI (ID - 2979)sif. Bant bağlamış (bağlanmış). Başı bantlı balaca qız hörükləri döşündən aşağı sallanmış anasının boynuna sarınmışdı. S.Rəhimov.
|
BANU (ID - 2980)is. [fars.] köhn. Xanım. Açıldı başın, indi qıl öz dərdivə çarə; Banu hərəm oldun.
M.Ə.Sabir. [Qızıl Arslan] “Çahar dərviş” romanını yoxladığı zaman Rövşən “Banu” hekayəsini oxuyurdu. M.S.Ordubadi. |
BAPTİST (ID - 2981)[yun.] Baptizm təriqətinə mənsub adam.
|
BAPTİZM (ID - 2982)[yun.] Xristian təriqətlərindən birinin adı.
|
BAR1 (ID - 2983)is. [fars.] Meyvə, məhsul. Bar almaq. Bar götürmək. Bar bağlamaq. Bar tutmaq. Bar vermək. - Ağac bar verdikcə başını aşağı dikər. (Ata. sözü). Bar verən ağacı kəsməzlər. (Ata. sözü). [Mirzə Fətəli:] İllər keçib, zəmanələr...
|
BAR2 (ID - 2984)is. [fars.] klas. Yük, ağırlıq. Bar daşımaq.
// Məc. mənada. Kim dözər mənim tək belə firqətə; Rəncü məşəqqətə, barimöhnətə. M.P.Vaqif. Qəmü möhnət bu gün yoxdur cahanda çəkməyən, amma; Şikəstə Zakirin çərxi-fələk... |
BAR3 (ID - 2985)is. məh. 1. Kif, boyat çörək və xörəklərdə əmələ gələn ağ rəngli göbələkciklər.
2. Ərp, pas, kir (xəstənin dil-dodağında). |
BAR4 (ID - 2986)[ing.] Ayaq üstə duraraq yemək yeyilən, ya içki içilən kiçik yeməkxana, qəlyanaltıxana. Pivə barı.
|
BAR5 (ID - 2987)is. [ing.] Qazıma maşının və mədən kombaynının işlək hissəsi.
|
BAR6 (ID - 2988)is. [yun.] 1. Səs təzyiqi vahidi.
2. Atmosfer təzyiqi vahidi. |
BAR7 (ID - 2989)is. [fars.] köhn. Ocaq, od.
|
BAR8 (ID - 2990)is. Prob, əyar (qiymətli metallarda).
|
BAR9 (ID - 2991)is. [fars.] köhn. Peyin, təzək.
|
BAR1#0 (ID - 2992)is. [fars.] köhn. Yüksək mənsəb sahibləri üçün düzəldilən rəsmi qəbul.
|
BAR1#1 (ID - 2993)is. [ing.] Servantın müxtəlif içki şüşələri üçün ayrılmış xüsusi bölməsi.
|
BARABAN (ID - 2994)[rus.] 1. İki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan çalğı aləti; təbil, nağara. Axşam-
üstü Tərlan yenə baraban səsi eşidib yola sarı baxdı.. M.Hüseyn. 2. tex. Müxtəlif maşınlarda... |
BARABANÇI (ID - 2995)is. Baraban çalan, nağara çalan.
|
BARAK (ID - 2996)[fr.] 1. Taxtadan tikilən müvəqqəti, yüngül yaşayış binası. Smirnov, qəsəbənin ən böyük fəhlə baraklarından birində ayaq üstündə durub, dostlarına Bakı komitəsinin müraciətini oxuyurdu. M.Hüseyn.
2. Yoluxucu xəstələrə... |
BARAMA (ID - 2997)is. 1. İpəkqurdu tırtılının nazik ipək liflərindən hörərək, içində oturduğu qapalı yuvacıq, qutu, qoza. Sona xala deyirdi: ..Biz indiyə kimi barama içində dustaqyatan ipək qurduna bənzəyirdik. S.S.Axundov.
Barama toxumu - ipəkqurdu... |
BARAMAÇI (ID - 2998)is. 1. Barama saxlamaq və becərməklə məşğul olan şəxs; kümçü.
2. köhn. Barama alverçisi. |
BARAMAÇILIQ (ID - 2999)is. Barama becərmə sənəti; barama yetişdirməklə məşğul olma; kümçülük. Baramaçılıq təsərrüfatı.
|
BARAMAQURDU (ID - 3000)is. İfraz etdiyi ipək tellərindən barama hörən qurd.
|
BARAMALAMA (ID - 3001)“Baramalamaq”dan fis.
|
BARAMALAMAQ (ID - 3002)f 1. Barama sarımaq, qoza bağlamaq.
2. məh. Diş ətində şiş əmələ gəlmək. |
BARAN (ID - 3003)is. [fars.] klas. Yağış, yağmur. Sanma barandır yağan matəmgəhi-ünsiyyətə; Halımız təsiri-bəxşi-qəm olub qüdsiyyətə. M.Hadi.
|
BARAT (ID - 3004)is. [ər.] 1. Bank və s. maliyyə müəssisəsi və ya poçt vasitəsilə göndərilən pul. Bütün məktublar və ya baratlar dərhal sahiblərinə paylanır. - [Səttar] baratı dəyişmək üçün yaxındakı sərraf dükanlarından birinə tərəf...
|
BARATA (ID - 3005)is. məh. Yer səthini örtmüş palçıq layı.
|
BARBAR (ID - 3006)[əsli yun.] Vəhşi, kobud. Faşist barbarları.
|
BARBARİZM (ID - 3007)[yun.] bax barbarlıq.
|
Bu səhifə dəfə baxılıb