BANKA1is. [pol.] 1. Silindrşəkilli şüşə və ya saxsı qab. Qəfəslərə yığılmış şüşə bankalardakı saçaqlı konfetləri .. siçanlar darmadağın etmiş(di). H.Sarabski. Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. Ə.Haqverdiyev.
Konservləşdirilmiş məmulat üçün dairəvi tənəkə qab (ət, balıq konservlərinin qabı). is. tib. Xəstələrin kürəyinə qoyulan armudşəkilli şüşə qab. 'Bankalardan sonra dalım bərk ağrıyır. - ..İndi sizə bir balaca da soyuqdəymənin qabağını almaq üçün banka qoymaq lazımdır. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|