BURAXILMAQ (ID - 5260)“Buraxmaq”dan məch. (2, 4, 16, 18, 19, 27 və 28-ci mənalardan başqa).
|
BURAXMA (ID - 5261)“Buraxmaq”dan fis.
|
BURAXMAQ (ID - 5262)f. 1. Əlini açaraq əlindəki, yaxud əli və s. ilə tutduğu şeyin çıxmasına, düşməsinə, getməsinə imkan vermək, daha tutub saxlamamaq. İpin ucunu buraxmaq. Quşu əlindən buraxmaq. Tutub buraxmır.
// Əlindən salmaq. [Məryəm]... |
BURALI (ID - 5263)sif. Bu yer əhalisindən olan, bu yerli. O, buralı deyil. Bu kişi buralıdır.
|
BURAYA (ID - 5264)zərf (bəzən əvəzlik mənasında işlənir). Bu yerə, bu tərəfə. Buraya gəl. Şeyləri buraya gətir. Mən bir də buraya gələn deyiləm. Buraya bax.
|
BURAZ (ID - 5265)is. Çox yoğun ip. Burazla bağlamaq. Gəmi burazı.
|
BURAZLAMA (ID - 5266)“Burazlamaq”dan f.is.
|
BURAZLAMAQ (ID - 5267)f Burazla bağlamaq, burazla çəkmək (dartmaq).
|
BURAZLANMA (ID - 5268)“Burazlanmaq”dan f.is.
|
BURAZLANMAQ (ID - 5269)məch. Burazla bağlanmaq.
|
BURAZLI (ID - 5270)sif. Burazı olan, burazla bağlanmış.
|
BURBUĞ (ID - 5271)is. məh. Saxsıdan qayrılmış qədim çalğı aləti.
|
BURC1 (ID - 5272)bax bürc1.
|
BURC2 (ID - 5273) |
BURCLAMAQ (ID - 5274)f məh. Puçurlamaq, düymə bağlamaq. Burclayıb düyməçələnmiş ətirli ağ yaylığı və yaşıl donu ilə özünü bəzəmiş .. ağaclar indi lütləşirdi. S.Rəhimov.
|
BURCUXMA (ID - 5275)“Burcuxmaq”dan f.is.
|
BURCUXMAQ (ID - 5276)f Qurdalanmaq, yerindən tərpənmək. Yəhya Kamal stulda burcuxdu, ağır-ağır danışdı. Mir Cəlal. Hər ikisi paltarını soyunub, yerinə girsə də, bir neçə saat burcuxa-burcuxa (z.) qalıb yata bilmədilər. M.Hüseyn.
|
BURCUTMA (ID - 5277)“Burcutmaq”dan f.is.
|
BURCUTMAQ (ID - 5278)f dan. Bədənin orta hissəsini buran kimi etmək, bədənini sağa-sola oynatmaq (bəzən naz-qəmzə etmək mənasında da işlənilir). Katibə iri bir boşqabda Əlyarovun səhər yeməyini gətirib, masanın üstünə qoydu, geriyə döndü və...
|
BURDURMA (ID - 5279)“Burdurmaq”dan f.is.
|
BURDURMAQ (ID - 5280)“Burmaq”dan icb.
|
BURĞAC (ID - 5281)is. Mexanizmi hərəkətə gətirmək üçün qurğu.
|
BURĞACLI (ID - 5282)sif. Mexanizmi burulmaqla hərəkətə gətirilən. Bir əlində oyuncaq - burğaclı yük maşını, bir əlində açar olan ağbəniz .. oğlan uşağı çəpiş kimi səkidən atılıb qapıya tərəf gəldi. Mir Cəlal.
|
BURĞU1 (ID - 5283)is. 1. Müxtəlif dəlici alətlərin adı. Dülgər burğusu. Dəmirçi burğusu. - Dırnağı Əzrailə çəngəl idi; Bığları bir burğuya timsal idi. S.Ə.Şirvani.
2. Vinti açmaq, ya bərkitmək üçün alət. // Probkaaçan alət. |
BURĞU2 (ID - 5284)is. məh. Tənəkləri və s.-ni bağlamaq üçün nazik söyüd çubuğu.
|
BURĞULAMA (ID - 5285)“Burğulamaq”dan f.is.
|
BURĞULAMAQ1 (ID - 5286)f 1. Burğu ilə deşmək.
2. tex. Burğu ilə qaykada vint yeri açmaq. |
BURĞULAMAQ2 (ID - 5287)f məh. Burğu ilə bağlamaq (bax burğu2#).
|
BURĞULANMAQ (ID - 5288)məch. Burğu ilə bağlanmaq.
|
BURĞULATMAQ (ID - 5289)icb. Burğu ilə bağlatmaq.
|
BURĞULANMA (ID - 5290)“Burğulanmaq”dan f.is.
|
BURXUDULMA (ID - 5291)“Burxudulmaq”dan f.is.
|
BURXUDULMAQ (ID - 5292)məch. Burulub zədələnmək, sərpdirilmək, yerindən oynadılmaq (bədən üzvü).
|
BURXULMA (ID - 5293)“Burxulmaq”dan f.is.
|
BURXULMAQ (ID - 5294)f 1. Burulub zədələnmək, sərpmək, yerindən oynamaq. Qolu burxulmaq. Ayağı burxulmaq.
Burulmaq. Bir dəfə at dərin yerə düşəndə, Əmiraslan qəflətən ipi çəkdi, at burxulub Nurəddini üstündən saldı. S.S.Axundov. |
BURXUNTU (ID - 5295)is. Burxulmaqdan əmələ gələn zədə; qolda, qıçda və s.-də burxulmuş yer.
|
BURXUTMA (ID - 5296)“Burxutmaq”dan f.is.
|
BURXUTMAQ (ID - 5297)f Burub zədələmək, sərpdirmək, yerindən oynatmaq (bədənin bir üzvünü). Qolunu burxutmaq. Ayağını burxutmaq.
|
BURJUA (ID - 5298)[fr.] Burjuaziya sinfinə mənsub adam, burjuaziya sinfı nümayəndəsi.
// Burjuaziyaya aid olan, ona xas olan. Burjua görüşləri. |
BURJUALAŞMA (ID - 5299)“Burjualaşmaq”dan f.is.
|
BURJUALAŞMAQ (ID - 5300)f Burjua halına gəlmək, burjua olmaq.
|
BURJUAZIYA (ID - 5301)[fr.] Kapitalist cəmiyyətində istehsal alət və vasitələrinin sahibi olan və muzdlu əməyi istismar etməklə izafi dəyər alaraq kapitalist gəliri ilə yaşayan hakim sinif. Burjuaziya respublikası. Burjuaziya inqilabı. Burjuaziya cəmiyyəti.
... |
BURJUY (ID - 5302)b ax burjua. Burjuylar bayılmış qadınlarını faytona qoyub qaçmaq istəyirdilər. M.S.Ordubadi.
|
BURLAK (ID - 5303)is. [rus.] Rusiyada gəmiləri kəndirlə axına əks istiqamətdə çəkən muzdur. Repinin məşhur “Burlaklar” şəkli.
Keçmişdə burlaklar qum üstündə qayıq çəkərdilər. Ə.Sadıq. |
BURMA (ID - 5304)1. “Burmaq”dan f.is.
sif. Burulmuş, eşilmiş. Burma bığ. Burma saç. sif. Burğu şəklində olan, vintəoxşar. Buynuzu burma təkə oynaqlayır, atılıb-düşürdü. S.Rəhimov. □ Burma qazma tex. süxurların, neft quyularının... |
BURMABIĞ(LI) (ID - 5305) |
BURMABUYNUZ (ID - 5306)sif. Buynuzu buruq, burğu şəklində olan. Qəhrəman indi meşənin sərinliyində .. burmabuynuz inəyi sığallayıb tumarlayırdı. S.Rəhimov.
|
BURMAC (ID - 5307)is. məh. Çimdik.
|
BURMAQ (ID - 5308)f 1. Düz şeyi buruq hala salmaq, qıvrım etmək. Saçı burmaq.
// Eşmək. Bığlarını burmaq. İpi burmaq. Dala qatlayıb çevirmək, qanırmaq. Qolunu burmaq. - Gədələr Qədim dayının qollarını burdular. S.Rəhimov. Vintləmək,... |
BURNUYELLİ (ID - 5309)sif. dan. Məğrur, lovğa.
|
Bu səhifə dəfə baxılıb