BOĞAZLAMAQ (ID - 4709)f 1. Boğazından yapışmaq (tutmaq, yaxalamaq). Vəznəli kişi qorodovoylara qışqırdı, tez məhkumu boğazladılar. Mir Cəlal.
Boğazını kəsmək, boğazını üzmək, boğmaq. Tülkü toyuğu boğazladı. |
BOĞAZLANMAQ (ID - 4710)məch. 1. Boğazından tutulmaq, yaxalanmaq. [Şeyda:] Bu gün Yusiflə Musanın boğazlandığını görüb də qoyun sürüsü kimi kənardan seyr edirsiniz. H.Cavid.
Boğazı kəsilmək, boğazı üzülmək, boğulmaq. |
BOĞAZLAŞMA (ID - 4711)“Boğazlaşmaq”dan f.is.
|
BOĞAZLAŞMAQ (ID - 4712)qarş. Bir-birinin boğazından yapışmaq, dalaşmaq.
|
BOĞAZLI (ID - 4713)sif. Boğazı olan. Boğazlı qab. Boğazlı şüşə. Boğazlı çəkmə. Boğazlı qaloş.
|
BOĞAZLIQ1 (ID - 4714)is. 1. Boğaza sarman şal və ya boğaza keçirilən qadın zinəti.
Paltarın boyun tərəfı. Onun köynəyinin ancaq boğazlığı salamat qalmışdı. S.Rəhimov. Gəldiyev əlini boğazlığına atdı, düzəltdi. Mir Cəlal. Çəkmə boğazına... |
BOĞAZLIQ2 (ID - 4715)is. Qarınında balası olma, hamiləlik. Qarabağ madyanlarında boğazlıq dövrü.
|
BOĞÇA (ID - 4716)is. İçinə dəyişək, parça və s. qoyulub bükülmüş bağlama (böyük yaylıq). [Atam anama dedi:] Hərgah getmək istəyirsənsə, dur ayağa, boğçanı aç, mənim paltarlarımdan bir dəst gey, gedək. H.Sarabski. Səriyyə xala geri qayıtdı,...
|
BOĞÇALAMA (ID - 4717)“Boğçalamaq”dan f.is.
|
BOĞÇALAMAQ (ID - 4718)f Boğçaya bükmək, boğça şəklində bağlamaq.
|
BOĞÇALANMA (ID - 4719)“Boğçalanmaq”dan f.is.
|
BOĞÇALANMAQ (ID - 4720)məch. Boğça şəklində bağlanmaq, boğçaya qoyulub bağlanmaq.
□□ Paltarı bogçalanmaq - ölmək. Qızılgül axçalandı; Dərmədim axçalandı; Sənə kimlər qarğadı; Paltarın boğçalandı. (Bayatı). |
BOĞDURMA (ID - 4721)“Boğdurmaq”dan f.is.
|
BOĞDURMAQ (ID - 4722)“Boğmaq”dan icb. [Hacı Səməd xan:] Həyasızın birisi, deyəsən, bizim Təbrizdə adam boğdurmaqdan başqa bir işimiz yox imiş. M.S.Ordubadi. [Xan:] Bu Əbdilqədir.. Şəkiyə hücum edib, qardaşı oğlu Hüseyn xanı boğdurub, yerində...
|
BOĞMA (ID - 4723)is. 1. “Boğmaq”dan f.is.
Yoluxma boğaz xəstəliyi (xalq arasında difteritin adı). Boğma çıxarmaq (boğma xəstəliyinə tutulmaq). məc. dan. Yemək, xörək, çörək mənasında (niftət, hiddət və acıqla deyilir). [Fatma xanım:]... |
BOĞMACA (ID - 4724)is. bax boğma 2-ci mənada.
|
BOĞMAQ (ID - 4725)f 1. Boğazı sıxmaqla nəfəs yolunu, nəfəsini kəsmək. Boğazından yapışıb boğmaq. Boyunduruq öküzün boynunu boğur. - [Bayram:] Yüyürdüm yanına, gördüm ki, bir ayı bir adamı boğur, tüfəng atıb ayını vurdum, yaraladım. M.F.Axundzadə....
|
BOĞMALAMA (ID - 4726)“Boğmalamaq”dan f.is.
|
BOĞMALAMAQ (ID - 4727)f. 1. Yavaşca, yüngülvari boğmaq, sıxışdırmaq.
dan. Qarğış etmək, nifrin etmək, qarğımaq. vulq. Yedirtmək, bir şey vermək. (yeməyə). // vulq. Yemək, udmaq, içəri ötürmək. Bu da sözdürmü, qazandıqlarımız parələri;... |
BOĞMALANMA (ID - 4728)“Boğmalanmaq”danfis.
|
BOĞMALANMAQ (ID - 4729)f. vulq. Tez-tez və acgözlüklə yemək.
|
BOĞMALIQ (ID - 4730)is. vulq. Yemək, xörək (niftət və acıqla deyilir). Əlbəttə, Talıb xana cüzi bir boğmalıq vermək, bu var-yoxun hamısını verməkdən çox-çox asan idi. S.Rəhimov.
|
BOĞUCU (ID - 4731)sif. 1. Tənəffüsü çətinləşdirən, boğan. Boğucu tüstü. Boğucu hava. - Kərimbəy qapını açanda, ağır və boğucu isti hava onu vurdu. Mir Cəlal.
2. Nəfəs yollarını zəhərləyən. Boğucu qaz. |
BOĞUCULUQ (ID - 4732)is. Boğucu şeyin xassəsi.
|
BOĞUQ (ID - 4733)sif. 1. Boğulmuş. Boğuq barama (qurdları boğulmuş barama). Ağzı boğuq çuval (ağzı iplə boğulmuş çuval).
2. Aydın olmayan, aydın eşidilməyən, ahəngdar olmayan; tutqun, zəif. Dünyanı görməyirsən ki... deyən, rəfiqini boğazında... |
BOĞUQLUQ (ID - 4734)is. Boğuq şeyin halı. Səsin boğuqluğu.
|
BOĞULMA (ID - 4735)“Boğulmaq”dan fis.
|
BOĞULMAQ (ID - 4736)f. 1. Hava azlığından nəfəsi çətinləşmək, nəfəs ala bilməmək. İstidən boğulmaq. Bu otağın havası yoxdur, adam boğulur. Dağa qalxdıqca boğulurdum.
Nəfəs ala bilməmək nəticəsində ölmək (tüstüdən, boğucu qazdan və... |
BOĞULMUŞ (ID - 4737)f.sif. 1. Boğulub öldürülmüş. Qafqazlının boğulmuş meyiti küçəyə atılmışdı. M.S.Ordubadi.
Havasızlıqdan, yaxud tüstüdən, qazdan ölmüş. Suda qərq olmuş. Çayda boğulmuş adam. Ciğato çayı minlərlə .. boğulmuş... |
BOĞULTU (ID - 4738)is. Boğulan adamın, yaxud heyvanın çıxardığı səs. Xırıltı, boğultu və ayaq səsləri ağır bir çarpışma getdiyini bildirirdi. M.İbrahimov.
|
BOĞUNUQ (ID - 4739)bax boguq. Mən bir oğrunun boğunuq və yavaş səsinə bənzəyən bir səs eşitdim. M.S.Ordubadi.
|
BOĞUŞDURMA (ID - 4740)“Boğuşdurmaq”dan f.is.
|
BOĞUŞDURMAQ (ID - 4741)icb. Bir-biri ilə dalaşdırmaq, savaşdırmaq, vuruşdurmaq. [Avam camaat] Bakının ətraf kəndlərindən məşhur cins qoyun itlərini küçüklüyündən Bakıya gətirib il yarım, iki il bəsləməyə başlar və boğuşdurmaq üçün hazırlaşdırardılar....
|
BOĞUŞMA (ID - 4742)1. “Boğuşmaq”dan f.is.
2. is. Savaşma, dalaşma, çeynəşmə; dava, mübahisə, qovğa. [Kazım:] Bu xanların boğuşması qurtarmır ki, biz də bir gözümüzü açaq, dünyanın işığına baxaq. Çəmənzəminli. |
BOĞUŞMAQ (ID - 4743)qarş. 1. Bir-birini qapmaq. İtlər boğuşurlar. - İt itlə boğuşdu, yolçuya fürsət düşdü. (Ata. sözü).
2. Dalaşmaq, savaşmaq, vuruşmaq, dava etmək. Küçədə uşaqlar boğuşurdular. - Ayı bir müddət onlar ilə boğuşandan sonra,... |
BOKS (ID - 4744)[ing.] idm. Əllərə xüsusi əlcəklər geyilərək müəyyən üsul və qayda ilə icra edilən yumruq döyüşündən ibarət idman növü.
|
BOKSÇU (ID - 4745)is. idm. Boksla məşğul olan idmançı.
|
BOKSİT (ID - 4746)[fr.] Alüminium hasil edilən əsas filiz.
|
BOKSYOR (ID - 4747)[ing.] bax boksçu.
|
BOL (ID - 4748)sif. Çoxlu, son dərəcə çox, həddən artıq. Bol meyvə. Bol məhsul. Çayda bol su var. Bol süd verən inək. - Sentyabr ayı Bakıda əncirin, üzümün bol olan ayıdır. S.Rəhman. İndi babalarımızın “ilan mələyən ” dedikləri çöllərə...
|
BOLERO (ID - 4749)[isp.] mus. 1. İspan milli rəqslərindən birinin adı.
2. Bu rəqs tempində bəstələnmiş musiqi əsəri. |
BOLQAR (ID - 4750)is. Şərqi Slavyan xalqlarından biri və bu xalqa mənsub adam.
|
BOLQARCA (ID - 4751)zərf və sif. Bolqar dilində. Bolqarca danışmaq. Bolqarca-rusca lüğət.
|
BOLLANMA (ID - 4752)“Bollanmaq”dan f.is.
|
BOLLANMAQ (ID - 4753)f. Bol olmaq, xeyli çoxalmaq, artmaq. Bazarda ət və tərəvəz bollanmışdır. Çayın suyu bollanmışdır.
|
BOLLAŞDIRILMA (ID - 4754)“Bollaşdırılmaq”dan f.is.
|
BOLLAŞDIRILMAQ (ID - 4755)məch. Bol edilmək, çoxaldılmaq, miqdarı daha da artırılmaq.
|
BOLLAŞDIRMA (ID - 4756)“Bollaşdırmaq”dan fis.
|
BOLLAŞDIRMAQ (ID - 4757)f. Bol etmək, çoxaltmaq, miqdarmı daha da artırmaq. Məhsulu bollaşdırmaq.
|
BOLLAŞMA (ID - 4758)“Bollaşmaq”dan f.is.
|
Bu səhifə dəfə baxılıb