BÜZÜŞDÜRMƏ (ID - 5560)“Büzüşdürmək”dən f.is.
|
BÜZÜŞDÜRMƏK (ID - 5561)f 1. Büzük-büzük etmək, büzük hala salmaq, qırış-qırış etmək, əzmək. Köynəyi büzüşdürmək.
Büzüşməsinə səbəb olmaq. Sabah ertənin soyuğu [Xosrov və Mədədi] büzüşdürmüşdü. S.Rəhimov. Ağzın, dilin selikli... |
BÜZÜŞDÜRÜCÜ (ID - 5562)sif. Ağzın, dilin selikli qişasını yığan, büzüşdürən. Zəy ağız büzüşdürücü maddədir.
|
BÜZÜŞDÜRÜCÜLÜK (ID - 5563)is. Büzüşdürücü şeyin xassəsi.
|
BÜZÜŞDÜRÜLMƏ (ID - 5564)“Büzüşdürülmək”dən f.is.
|
BÜZÜŞDÜRÜLMƏK (ID - 5565)məch. Büzük hala salınmaq, qırış-qırış edilmək, əzişdirilmək.
|
BÜZÜŞMƏ (ID - 5566)“Büzüşmək”dən f.is.
|
BÜZÜŞMƏK (ID - 5567)f 1. Yığılmaq, yığışmaq, bürüşüb kiçilmək, quruyub yığılmaq, solmaq, pəjmürdə olmaq. [Məşədi Kazım ağanın] kirpikləri bir-birinə qarışıb, bütün vücudu ölüşgəmiş və əndamı quru alma kimi büzüşmüş(dü). M.S.Ordubadi.
Ütüsü... |
BÜZÜŞMÜŞ (ID - 5568)“Büzüşmək”dən f.sif. Mahmud əmi müəllimin arxasında durub, qocalıqdan büzüşmüş və qırışlar altında itmiş gözləri ilə hər tərəfə baxırdı. B.Talıblı.
|
BÜZÜŞÜKLÜK (ID - 5569)is. Büzüşmüş şeyin halı.
|