BÜZÜŞMƏKf 1. Yığılmaq, yığışmaq, bürüşüb kiçilmək, quruyub yığılmaq, solmaq, pəjmürdə olmaq. [Məşədi Kazım ağanın] kirpikləri bir-birinə qarışıb, bütün vücudu ölüşgəmiş və əndamı quru alma kimi büzüşmüş(dü). M.S.Ordubadi.
Ütüsü və hamarlığı pozulub qırış-qırış olmaq (paltar, kağız və s.). Turş bir şeyin təsiri ilə yığılaraq çəkilmək, qamaşmaq. Göyəmdən ağzım büzüşdü. B a x büzülmək 2-ci mənada. Yabançı bir adam kimi büzüşüb oturan Qulu furqona bir soyuqluq gətirdi. M.İbrahimov. Tapdıq .. büzüşüb qapıya söykəndi. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|