BƏDXAH (ID - 3608)sif [fars.] Başqasının pisliyini istəyən, heç kəsin yaxşılığını istəməyən; qərəzkar (xeyirxah ziddi). Bədxah adam. -Bəzən oxumuş rəfiqi-bədxah; Tədbirimi çaşdırıbmış, ey vah! M.Ə.Sabir. [Şah] zəng edənin mütləq bədxah...
|
BƏDXAHLIQ (ID - 3609)is. Başqasının pisliyini, yamanlığını istəmə; qərəzkarlıq (xeyirxahlıq ziddi).
|
BƏDXASİYYƏT (ID - 3610)sif. [fars. bəd və ər. xasiyyət] Pisxasiyyətli, pistəbiətli, xasiyyəti pis, yolagetməz, qılıqsız. Bədxasiyyət adam.
[Həkim:] Atların xasiyyətini gözüm elə alıbdır ki, heç bir bədxasiyyət at fikrimə gətirə bilməyirəm ki,... |
BƏDXƏRC (ID - 3611) |
BƏDXƏRCLİK (ID - 3612)is. Pulunu səmərəsiz və mənasız yerə sərf etmə; xərcini bilməmə; israfçılıq.
|
BƏDXU (ID - 3613)[fars.] köhn. bax bədxasiyyət.
Kimsə ol bədxuyə izhar edə bilməz halımı. Füzuli. Ol zalimi-bədxu, şuxü sitəmkar; Zakirin halından deyil xəbərdar. Q.Zakir. Nə qədər gər ola bu çərxi-cəfacudə bəla; Olmaz ol qədr ki, var ol... |
BƏDİƏ (ID - 3614)is. [ər.] Misli-bərabəri görünməmiş şey, diqqəti cəlb edən yeni icad olunmuş şey, nadir gözəl şey.
|
BƏDİHƏ (ID - 3615)is. [ər.] 1. Fikirləşmədən, qabaqcadan hazırlaşmadan söylənilən söz, şeir.
// Hazırcavablıq. 2. Aşıq və bədihəçilərin hazırlamadan döşdən dedikləri mənzum parçalar. |
BƏDİHƏÇİ (ID - 3616)is. və sif. Bədihə deyən (b ax bədihə).
|
BƏDİHƏGU (ID - 3617)is. [ər. bədihə və fars. gu] bax bədihəçi.
|
BƏDİHİ (ID - 3618)sif. [ər.] köhn. Aşkar, bəlli, aydın. [Gülnisə:] Sonra Sara özü-özündən vərəmlənəcəyi bədihidir. C.Cabbarlı.
|
BƏDÜ (ID - 3619)sif. [ər.] 1. Estetik zövqə, incəsənət tələblərinə cavab verən; gözəl, qəşəng, incə, estetik. Romanın bədii məziyyətləri. Bədii zövq. Bədii yaradıcılıq üsulu. Bədii tərtibat. Rolu bədii surətdə ifa etmək. - [Qətibə:]...
|
BƏDİİLİK (ID - 3620)is. Gözəllik, qəşənglik, incəlik, estetiklik.
|
BƏDİMAN (ID - 3621)sif. [fars. bəd. və ər. iman] Kafir, imansız, məzhəbsiz. Kafirə bax, gör nə bədimandı bu! Dur qaçaq, oğlum, başayaq qandı bu! M.Ə.Sabir.
|
BƏDİR (ID - 3622)bax bədr.
|
BƏDİRLƏNMƏ (ID - 3623)“Bədirlənmək”dən f.is.
|
BƏDİRLƏNMƏK (ID - 3624)f 1. Dolğunlaşmaq, tam dairə şəklində, on dörd gecəlik şəklə düşmək (Ay haqqında). Ay bədirlənmişdir.
2. məc. Ay kimi parlamaq, Ay kimi saf, təmiz, aydın olmaq (klassik ədəbiyyatda və xalq yaradıcılığında gözəlin surətinə... |
BƏDİRLƏNMİŞ (ID - 3625)fsif Tam dairə şəklinə düşmüş, dolğunlaşmış, on dörd gecəlik. 'Bədirlənmiş Ay qalxıb, göyün bir qatında durub, bu övzaya tamaşa edirdi. Ə.Haqverdiyev. Göydə parladıqca bədirlənmiş Ay; Gümüş zəncir kimi görünürdü...
|
BƏDİYƏ (ID - 3626)is. dan. bax bədihə.
|
BƏDİYƏÇİ (ID - 3627)is. dan. bax bədihəçi.
|
BƏDQƏDƏM (ID - 3628)sif [fars. bəd və ər. qədəm] Ağırayaqlı, ağırayaq, qədəmi şükümsüz, ayağı düşməyən, gəlməsi guya uğursuzluğa səbəb olan.
|
BƏDQƏDƏMLİK (ID - 3629)is. Ağırayaqlılıq, qədəmi şükümsüzlük.
|
BƏDQILIQ (ID - 3630)sif. [fars.] Pisxasiyyət, adamlarla yola getməyən. Bədqılıq adam.
|
BƏDQILIQLIQ (ID - 3631)is. Bədqılıq adamın xasiyyəti, yola getməzlik.
|
BƏDLƏKƏR (ID - 3632)sif. Çirkin, eybəcər, kifir, pinti, natəmiz, yaraşıqsız.
|
BƏDLƏKƏRLİK (ID - 3633)mücər. Çirkinlik, kifirlik, pintilik, eybəcərlik, natəmizlik, yaraşıqsızlıq.
|
BƏDLƏMƏK (ID - 3634)f dan. Bəxti gətirməmək, işi pis gətirmək, uğursuzluğa düçar olmaq.
|
BƏDLİK (ID - 3635)is. Pislik, yamanlıq; tərslik, nəhslik. [Novruzqulu] başmağını çıxarmaq üçün əyildikdə, işin bədliyindən bu biri ayağı da sürüşür. H.Sarabski.
|
BƏDLÖYÜN (ID - 3636)sif. [fars. bəd. və ər. lövn] Əsil mənası “bədrəng” olub, canlı dildə “pis, yaramaz, ləyaqətsiz” mənasında işlənir. Tapdıq dünyanın ən bədlöyün .. adamı ..
şəklinə düşməyə razı olardı, əsir düşməyə yox!... |
BƏDMƏST (ID - 3637)sif. [fars.] köhn. Son dərəcə kefli, bərk kefli; sərxoşluqdan özünü itirib, nalayiq hərəkət edən. Bəli, doqquz ayın müddətində otuz doqquz nömrə məcmuə çıxartmışıq və bu otuz doqquz nömrənin içində yüz otuz doqquz çaxır...
|
BƏDMƏZAC (ID - 3638)sif. [fars. bəd və ər. mizac] Pisxasiyyətli, ağırxasiyyətli, tündməzac, yolagetməz, qılıqsız, rəftarsız. Bədməzac adam.
|
BƏDMƏZACLIQ (ID - 3639)is. Yolagetməzlik, qılıqsızlıq, rəftarsızlıq, pisxasiyyətlik; hər şeydən əsəbiləşmə, hirslənmə xasiyyəti. Xan özü çox xoşxasiyyət nəzərə gəlirdi ki, rəiyyətlərlə bunun arasında heç bir saxtalıq, bədməzaclıq mən...
|
BƏDMƏZHƏB (ID - 3640)sif. [fars. bəd və ər. məzhəb] Heç bir dinə, məzhəbə inanmayan; dinsiz.
|
BƏDMÜŞK (ID - 3641)is. [fars.] bot. Müşk ağacı, söyüd fəsiləsindən dekorativ ağac.
□ Bədmüşk arağı - bu ağacın çiçəyindən çəkilib, xalq təbabətində işlənən cövhər. |
BƏDNAL (ID - 3642)sif. [fars. bəd və ər. nəl] Özünü nallamağa qoymayan (at, qatır və s.). Bədnal at.
|
BƏDNAM (ID - 3643)sif. [fars.] Pislikdə adı çıxmış, adı ləkəli, pis ad qazanmış; rüsvayçı, biabırçı. Çaqqal var ki, gödən çıxardar, qurdun adı bədnamdır. (Ata. sözü).
□ Bədnam etmək (eləmək) - rüsvay etmək, biabır etmək. Çün Nəsiminin... |
BƏDNAMÇILIQ (ID - 3644)dan. bax bədnamlıq. [Hamı:] Yox, belə iş ola bilməz; bu nə hərəkətdir, bu nə bədnamçılıqdır? Ü.Hacıbəyov.
|
BƏDNAMLIQ (ID - 3645)is. Biabırçılıq, rüsvayçılıq.
|
BƏDNƏZƏR (ID - 3646)is. [fars. bəd və ər. nəzər] Guya gözündə başqasına xətər yetirə biləcək qüvvə olan adam. Al-yaşıl geyinib durma qarşıda; Yayın bədnəzərdən, göz dəyər sənə. Qurbani. Tüklərindir ipək kimi parlaq; Bədnəzərdən vücudun...
|
BƏDNİYYƏT (ID - 3647)sif. [fars. bəd və ər. niyyət] Niyyəti, qəsdi, fikri, arzusu pis olan. Gözəlin bəzisi bədniyyət olur; Qədrbilməz olur, bihürmət olur. Q.Zakir. [Teymur ağa:] Mənim atamın mərhəmətləri ona haram olsun ki, mənim haqqımda bu tövr...
|
BƏDÖV, BƏDÖY (ID - 3648)is. Sağlam, qaçağan və köhlən at. Mən aşıq Alı dayı; Söz deyər Alı dayı; Könlü bədöv istəyən; Vaxtında alı dayı. (Bayatı). Qoyun bədöylər kişnəsin; Misri qılınclar işləsin. “Koroğlu”. Bədöyün qocası olsa da arıq;...
|
BƏDR (ID - 3649)is. [ər.] On dörd gecəlik Ay, tam dairə şəklinə düşmüş Ay.
// Şairanə təşbehlərdə. Gün-gündən edib kamalı hasil; Ol mahi-növ oldu bədri-kamil. Füzuli. Sanasan buluddur ənvər üzünü; Bədr Ayıtək almış qucağa zülfün.M.P.Vaqif.... |
BƏDRƏFTAR (ID - 3650)sif. [fars.] Rəftarı pis, bədqılıq, rəftarsız, yola getməyən, kobud (rəftarda). Bədrəftar adam.
|
BƏDRƏFTARLIQ (ID - 3651)is. İnsanlarla keçinməmə, yola getməmə, rəftarsızlıq, bədqılıqlıq; kobudluq (rəftarda).
|
BƏDRƏĞBƏT (ID - 3652)[fars. bəd və ər. rəğbət] Pis, rəğbətsiz, ikrah doğuran. Amma [Mirzə Süleyman bəy] adını dəyişmək istəyəndə rəhmətlik atasının bədrəğbət adı mane olurdu.
B.Talıblı. |
BƏDRƏNC (ID - 3653)is. [fars.] bot. Ətirli efir yağına malik bitki.
|
BƏDRƏNG (ID - 3654)sif [fars.] 1. Xoşa gəlməyən rəngdə olan, pisrəngli, çirkinrəngli.
2. Çirkin, kifir. Cəfər kişi qarayanız, .. seyrək bığlı, olduqca bədrəng bir adam idi. Ə.Vəliyev. |
BƏDSİFƏT (ID - 3655)is. [fars. bəd və ər. sifət]
Görünüşü, sir-sifəti çirkin, bədləkər. Bədsifət bir şeytan kürəkləyib onu cəhənnəmə tullamaq istəyirdi... “Kirpi”. 2. Sərt, qaşqabaqlı, üzügülməz. |
BƏDŞƏKİL (ID - 3656)sif. [fars. bəd və ər. şəkl] Pis görkəmli, çirkin, biçimsiz.
|
BƏDŞÜKÜM (ID - 3657)sif. Uğursuzluq gətirən.
|
Bu səhifə dəfə baxılıb