İzahlı lüğət

BƏDNAM

sif. [fars.] Pislikdə adı çıxmış, adı ləkəli, pis ad qazanmış; rüsvayçı, biabırçı. Çaqqal var ki, gödən çıxardar, qurdun adı bədnamdır. (Ata. sözü).
□ Bədnam etmək (eləmək) - rüsvay etmək, biabır etmək. Çün Nəsiminin muradı sənsən, ey aramican! Xalq içində anı düşmənkamü bədnam eyləmə. Nəsimi. [Bayram:] İndi sən istəyirsənmi ki, mən özümü bədnam edib, çuğulçuluq adını üstümə götürüm? M.F.Axundzadə. Bədnam olmaq - biabır olmaq, rüsvay olmaq, adı pisliyə çıxmaq. [Xudayar bəy:] Mən bu yaşa gəlmişdim, indiyə kimi bu cür bədnam olmamışdım. C.Məmmədquluzadə. [Hacı Xəlil:] ..Yaman yoldaş səbəbinə insan min bəlaya düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed