BASDIRTMAQ (ID - 3108)icb. Üçüncü şəxs vasitəsilə basdırmaq.
|
BASƏFA (ID - 3109)sif. [fars. ba... və ər. səfa] Səfalı, könülaçan. Amma bura da çox basəfa yerdir ha! Ə.Haqverdiyev. Yaylağa gələn adamların çoxu şəhərə, kəndə getmirdi. Basəfa yer seçib, buralarda .. düşürlər. Mir Cəlal.
|
BASƏVAD (ID - 3110)sif. [fars. ba... və ər. səvad] köhn. Savadlı, savadı olan, yazı-pozu bilən. Amma hər kəs bu dillərin heç birində basəvad deyil, yəqin ki, bilməyəcək nə deyirik. C.Məmmədquluzadə.
|
BASICI (ID - 3111)sif. Basan, təzyiq edən, sıxıcı. Qanayan qolu və qıçı qaldırıb hündür vəziyyətdə saxlamaq və oraya basıcı sarğı qoymaq yolu ilə qanaxmasını dayandırmaq mümkün olur. Babayev.
|
BASIQ (ID - 3112)sif. 1. Yastı, çökük; basılmış, sıxılmış halda olan, batıq.
2. Yük heyvanlarının belində əzilməkdən əmələ gələn yara. |
BASIQLIQ (ID - 3113)is. Basılmış, sıxılmış, yastılanmış, çökmüş şeyin halı; yastılıq, çöküklük, batıqlıq.
|
BASILIŞ (ID - 3114)is. 1. Basmaq işi.
2. köhn. Çap, nəşr. Kitabın üçüncü basılışı. |
BASILMA (ID - 3115)“Basılmaq”dan f.is.
|
BASILMAQ (ID - 3116)1. “Basmaq”dan məch. Biz işdən çıxanda “Molla Nəsrəddin ”in birinci nömrəsinin min ədədi basılıb tamam oldu.
C.Məmmədquluzadə. t-siz. Məğlub olmaq. Düşmən basılandan sonra Giziroğlu başında atlısı geri qayıtdı.... |
BASILMAZ (ID - 3117)sif. 1. Basılması mümkün olmayan, basıla bilməyən, məğlub edilə bilməyən, məğlubedilməz. [Yasavul] özünü .. aşılmaz bir dağ, basılmaz bir qala sayır. S.Rəhimov.
2. Rəfedilməz, rəf edilə bilməyən, ortadan qaldırıla bilməyən.... |
BASILMAZLIQ (ID - 3118)is. Məğlubedilməzlik.
|
BASILMIŞ (ID - 3119)f.sif. 1. Üstdən sıxılmış, təzyiq altında qalmış.
Məğlub edilmiş, məğlub olmuş. Basılmış ordu. Soxulmuş, qoyulmuş, tıxanmış, yerləşdirilmiş. Çamadana basılmış paltarlar. köhn. Çap edilmiş, nəşr edilmiş. Basılmış... |
BASIM (ID - 3120)su basımı - gəminin öz çəkisi ağırlığında olaraq sıxışdırdığı suyun miqdarı. Gəminin su basımı 13 min tondur. (Qəzetlərdən).
|
BASIRIQ (ID - 3121)is. Sıxlıq, adam çoxluğu, tünlük, basabas, qələbəlik. Orada basırıq vardır. - Mədənin qapısı çox basırıq idi. M.S.Ordubadi. Basırıq və hay-küy içində bir uşaq naləsi eşidildi. M.İbrahimov. Ümumiyyətlə, hamam xəzinələrinin...
|
BASİL (ID - 3122)[lat.] mikrob. Çöpşəkilli bakteriya.
|
BASİRƏ (ID - 3123)is. [ər.] Görmə qüvvəsi, görmə qabiliyyəti.
// Göz. |
BASKETBOL (ID - 3124)[ing.] idm. Topun, dirəkdən asılmış tora (səbətə) əl ilə salınmasından ibarət oyun. Basketbol üzrə yarış. Basketbol komandası. - Basketbol bir çox əzələ qruplarını inkişaf etdirir zirəklik, təsirə qarşı tez cavab vermək,...
|
BASKETBOLÇU (ID - 3125)is. idm. Basketbol oynayan idmançı.
|
BASQI (ID - 3126)is. Basmaq işi, təzyiq.
// Basan, ağırlıq edən şey. Mexaniki üsulla taxta hazırlayan elmi-tədqiqat institutu basqı üsulu ilə mebel hazırlamaq işini qaydaya salmışdır. (Qəzetlərdən). |
BASQIN (ID - 3127)is. 1. Ansız hücum; qəfildən, gözlənmədən edilən hücum. [Sərirdə yaşayan] .. dağlılar çöllülərə nisbətən daha şücaətli olduqlarından, xəzərlər üzərinə basqın edərək, onları qarət edirdilər.
2. Talan, çapovulçuluq.... |
BASQINCAQ (ID - 3128)is. Uşaqların əylənmək üçün iki başında oturaraq, üzərində qalxıb düşdükləri tir; batman-tərəzi.
|
BASQINÇI (ID - 3129)is. Soyğunçu, qarətkar, quldur, yolkəsən, çapovulçu. Basqınçıların təqibindən qaçıb bu dağlara sığınmış xınalıqlılar quraqlıq illərində sudan çox korluq çəkirlərmiş. R.Rza.
|
BASQINÇILIQ (ID - 3130)is. Soyğunçuluq, qarətkarlıq, quldurluq, çapovulçuluq; çapovul, yolkəsmə. Ərəbistan çöllərində bir zaman; Basqınçılıq, soyğunçuluq olardı. M.Rahim.
|
BASQINTI (ID - 3131)bax basqın.
|
BASMA1 (ID - 3132)1. “Basmaq”dan fis.
sif Üzərinə müxtəlif naxışlar, rəng və s. basılmış. Basma çit. Basma sətin. Basma kəlağayı. // is. Parça üzərində naxış. Qanovuz köynəyin atlaz çutqusu; Yaşıl basmaları nə gözəl imiş. Aşıq... |
BASMA2 (ID - 3133)is. Saç boyamaq üçün rəng.
|
BASMA3 (ID - 3134)is. tar. Rusiyada monqol-tatar istilası dövründə: üzərində tatar xanının şəkli olan möhür.
|
BASMAÇI1 (ID - 3135)is. Basma işi ilə məşğul olan adam, qəlib basan adam (bax basma1
|
BASMAÇI2 (ID - 3136)is. və sif [özb.] tar. Orta Asiyada basmaçılıqda iştirak etmiş adam (bax basmaçılıq). [Türkmənlər] .. bütün basmaçı hissələrini dağıtdılar. Ə.Sadiq.
|
BASMAÇILIQ (ID - 3137)is. [özb.] tar. 1917-26-cı illərdə Orta Asiyada sovet hakimiyyətinin devrilməsi uğrunda silahlı milli hərəkat. Basmaçılığın ideoloji əsası.
|
BASMADÜYMƏ (ID - 3138)is. Bir-birinin içinə keçən iki metal hissədən ibarət düymə.
|
BASMAXANA (ID - 3139)is. [basma və fars. ...xanə]
köhn. Çapxana, mətbəə. İran xalqı dünən basmaxana bina edib.. M.F.Axundzadə. 2. Ağ toxunmuş parçaya naxış basılan yer (sex, şöbə). |
BASMAQ (ID - 3140)f 1. Üstdən sıxmaq, təzyiq etmək, ağırlıq vermək. Qar basıb, ağacın budağını yatırdı. - Nəriman .. bu adamın əllərini tutdu, dizi ilə boğazını basdı.. Mir Cəlal.
// Sıxışdırmaq, itələmək. Seyid Əhməd Seyid Səmədi... |
BASMAQƏLİB (ID - 3141)sif dan. 1. Heç bir fikir işlənilmədən, kor-koranə təqliddən ibarət olan; şablon.
Başdansovma, atüstü, tələsik görülmüş. |
BASMALAMAQ (ID - 3142)bax basmarlamaq.
|
BASMANAXIŞ (ID - 3143)is. Üzərinə rənglənmiş xüsusi qəliblərin basılması ilə parçada naxış alınmasından ibarət qədim xalq sənəti növü; naxışvurma üsulu. Basmanaxış üsulu ilə hazırlanmış Gəncə və Basqal kəlağayıları.
|
BASMARLAMA (ID - 3144)“Basmarlamaq”dan fis.
|
BASMARLAMAQ (ID - 3145)f Birdən qaba surətdə basıb tutmaq, qamarlamaq, süpürləmək, tutmaq, sıxcalamaq. Pişik siçanı basmarladı. - Onda gördük ki, Tərlan Məşədiağanın bir yanında bibisi oğlu Əyyubu basmarlayıb, cücə kimi altına alıbdır. S.S.Axundov....
|
BASMARLANMA (ID - 3146)“Basmarlanmaq”dan fis.
|
BASMARLANMAQ (ID - 3147)məch. Birdən qaba surətdə basılıb tutulmaq.
|
BAŞ (ID - 3148)is. 1. İnsan bədəninin kəllə və sifətdən ibarət olan yuxarı hissəsi. İri baş. Onun başı ilə bədəni arasında tənasüb yoxdur. -Baş bədənin tacıdır, gözlər onun daş-qaşı. (Ata. sözü).
// Heyvan bədəninin beyin olan... |
BAŞABAŞ (ID - 3149)zərf 1. Bərabər, qalıqsız, üstəliksiz, düz. Başabaş çıxdı. Başabaş dəyişmək.
2. Tamamilə, bütünlüklə, tamam. O ağalar haqqını da verməyiblər başabaş. S.Rüstəm. |
BAŞABATAN (ID - 3150)dan. bax ağlabatan. [Mehman:] Hələ özü elə başabatan bir söz demir. S.Rəhimov.
|
BAŞABƏLA (ID - 3151)sif. kin. isteh. Pis, yaramaz, bacarıqsız. Başabəla təsərrüfatçı. Başabəla usta.
|
BAŞAĞRIDICI (ID - 3152)sif. dan. Əziyyət verən, narahatlığa səbəb olan; cəncəl.
|
BAŞAĞRISI (ID - 3153)is. Əziyyət, narahatlıq. Başağrısı da olur, amma bu barədə bir neçə söz deməyi lazım görürəm. C.Məmmədquluzadə.
□ Başağrısı çəkmək - zəhmət çəkmək, əziyyət çəkmək. [Vidadi:] A Pənah, insan yəni axırda ölməyəcək?... |
BAŞAQ (ID - 3154)is. Biçin zamanı yerə tökülən sünbül qırıntıları; sünbül.
□ Başaq etmək (yığmaq) - yerə tökülən sünbülləri yığmaq. [Kolxozçu:] Murad dayı, kolxoza başaq edəkmi? İ.Əfəndiyev. Başaq yığan oğlan hənirtiyə başını... |
BAŞAQÇI (ID - 3155)is. Biçin zamanı tökülüb tarlalarda qalan sünbülləri toplayan adam.
|
BAŞAQÇILIQ (ID - 3156)is. Biçin zamanı yerə tökülən sünbülləri yığma işi. Safo keçi kimi dabanını şaqqıldada-şaqqıldada il uzunu bu obanın içində ayaqyalın gəzir, onunbunun küləşində başaqçılıq edir. S.Rəhimov.
|
BAŞAQLAMA (ID - 3157)“Başaqlamaq”dan f.is.
|