BASILMAQ1. “Basmaq”dan məch. Biz işdən çıxanda “Molla Nəsrəddin ”in birinci nömrəsinin min ədədi basılıb tamam oldu.
C.Məmmədquluzadə. t-siz. Məğlub olmaq. Düşmən basılandan sonra Giziroğlu başında atlısı geri qayıtdı. “Koroğlu”. Yarışda basılmamaq üçün hamımız cidd-cəhdlə işə girişməliyik. S.Rəhman. t-siz. Çuxura düşmək, çökmək. Uzun zaman əzələlər fəaliyyətsiz qaldıqda, insan bədəninin forması dəyişir və təndürüstlüyü pozulub, donqarlıq əmələ gəlir, qarın qabağa çıxır, döş basılır və s. Babayev. Paylaşın - Hamı bilsin
|