BORŞLUQ (ID - 4809)sif. Borş üçün yarayan. Borşluq kələm. Borşluq ət.
|
BORT (ID - 4810)[fr.] 1. Gəminin yan divarı, böyrü; yük avtomobilinin kuzovunun və yük qatarmm açıq vaqonlarının yan divarı..
2. Bilyard mizinin və s.-nin üst yanı, kənarı. |
BORTMEXANİK (ID - 4811)\xar.] Təyyarədə, dirijablda motorların, cihazların, aparatların işləməsinə və vəziyyətinə məsul olan təyyarə mexaniki.
|
BORU (ID - 4812)is. 1. Dəmirdən, çuqundan, saxsıdan, şüşədən və s.-dən qayrılan uzunsov lülə şəklində içiboş cisim. Su borusu. Qaz borusu. Neft borusu. Rezin boru. Müşahidə borusu (optik cihaz). Borularda neft fasilə vermədən axır.
// Baca.... |
BORUCUQ (ID - 4813)is. Kiçik boru.
|
BORUDÜZƏN (ID - 4814)is. xüs. Boruları yan-yana düzüb birləşdirən işçi. Borudüzən \Mikayılov] gündəlik tapşırığı daim artıqlaması ilə yerinə yetirir. (Qəzetlərdən).
|
BORUƏYƏN (ID - 4815)is. tex. Boruları əyməyə məxsus alət.
|
BORUKƏSƏN (ID - 4816)is. tex. Boruları kəsmək üçün alət. Qoruyucu boruları quyuda kəsmək üçün daxili borukəsən işlədilir. Quliyev.
|
BORULU (ID - 4817)sif. Borusu olan.
|
BORUSIXAN (ID - 4818)is. tex. Borunu sıxıb tutmaq üçün alət.
|
BORUŞƏKİLLİ (ID - 4819)sif. Görünüşcə boruya oxşayan, boru kimi. Boruşəkilli cisim.
BORUVAR(İ) bax boruşəkilli. Boruvari çiçək bot. |
BOSMAN (ID - 4820)is. [holl.] dəniz. Gəmi komandasının, təsərrüfat işləri cəhətdən tabe olduğu şəxs.
|
BOSMANLIQ (ID - 4821)is. Bosmanın işi, vəzifəsi.
|
BOSTAN (ID - 4822)is. [fars.] Qovun, qarpız, xiyar, badımcan kimi tərəvəz bitkiləri yetişdirilən yer.
|
BOSTANÇI (ID - 4823)is. Bostançılıqla məşğul olan adam, bostan yetişdirən adam. Bostançının sovqatı kəlik olar. (Ata. sözü).
|
BOSTANÇILIQ (ID - 4824)is. Bostan işi ilə məşğul olma, bostançı peşəsi, bostan bitkiləri yetişdirmə işi. Bostançılıqla məşğul olmaq.
|
BOSTANLIQ (ID - 4825)is. Bostan salınmış yer, başdan-başa bostan. Dəmiryol boyu bostanlıq idi.
// sif. Bostan üçün yararlı. Bostanlıq yer. |
BOSTAN-TƏRƏVƏZ (ID - 4826)b ax bostan.
|
BOSTON (ID - 4827)[coğrafi addan] Əla yundan toxunma parça növü. Boston parça.
// Bu parçadan tikilmiş. Boston kostyum. |
BOŞ (ID - 4828)sif. və zərf 1. İçində heç nə olmayan. Boş qutu. Boş dükan. Boş çamadan. Boş şüşə. - Boş çuval dik durmaz. (Ata. sözü).
Boş əl ilə məc. - heç bir şey əldə etmədən, heç bir şeyə nail olmadan, əlində heç bir şey... |
BOŞALDILMA (ID - 4829)“Boşaldılmaq”dan f.is.
|
BOŞALDILMAQ (ID - 4830)məch. Boş hala gətirilmək, içindəkilər götürülmək, yükdən, minikdən azad edilmək. Maşının yükü bir neçə dəqiqəyə boşaldıldı. - Karvansaralar, hücrələr boşaldılmışdı. M.S.Ordubadi. Axşam evinin boşaldılacağı xəbəri...
|
BOŞALDILMIŞ (ID - 4831)fsif Boş hala salmmış, içindəki şeylərdən azad edilmiş (bax boşaltmaq 7-ci mənadan başqa). Boşaldılmış qab. Boşaldılmış maşın. Boşaldılmış ip. Boşaldılmış vint.
|
BOŞALMA (ID - 4832)“Boşalmaq”dan f.is.
|
BOŞALMAQ (ID - 4833)f 1. Boş olmaq, boş qalmaq, boş hala gəlmək. Ev boşaldı. Qablar boşaldı.
Bərkliyini, sərtliyini, gərginliyini itirmək; yumşalmaq. Atın quşqunu boşalıbdır. Dəri boşalıbdır. Ciddiyyətini itirmək, zəiflik göstərmək, iradəsizlik... |
BOŞALMIŞ (ID - 4834)fsif Boş hala gəlmiş. Boşalmış kisə. Boşalmış qab. Boşalmış vinti bərkitmək. Boşalmış qayış. Boşalmış ev. Boşalmış yerə işçi götürmək. - Hüseyn Məhbusi Kərimxanın yanından çıxıb, bir qədər Tehranın boşalmış...
|
BOŞALTDIRILMA (ID - 4835)“Boşaltdırılmaq”dan fis.
|
BOŞALTDIRILMAQ (ID - 4836)məch. Boşaltmağa məcbur edilmək.
|
BOŞALTDIRMA (ID - 4837)“Boşaltdırmaq”dan f.is.
|
BOŞALTDIRMAQ (ID - 4838)icb. Boşaltmağa məcbur etmək, boşaldılmasma nail olmaq. Evi boşaltdırmaq.
|
BOŞALTMA (ID - 4839)“Boşaltmaq”dan f.is.
|
BOŞALTMAQ (ID - 4840)f 1. Bir şeyin içindəkiləri çıxarıb boş hala salmaq. Yeşikləri boşaltmaq. Ciblərini boşaltmaq. - Torbanı boşaldanda, içindən kağıza bükülmüş bir yumru şey çıxdı. S.S.Axundov.
// Yükdən azad etmək. Vaqonu boşaltmaq. Avtomobili... |
BOŞAMA (ID - 4841)“Boşamaq”dan f.is.
|
BOŞAMAQ (ID - 4842)f. İzdivacmı ləğv etmək, arvadından ayrılmaq, əlaqəsini kəsmək. Arvadını boşamaq.
|
BOŞANDIRMA (ID - 4843)“Boşandırmaq”dan f.is.
|
BOŞANDIRMAQ (ID - 4844)bax boşatmaq.
|
BOŞANMA (ID - 4845)“Boşanmaq”dan f.is.
|
BOŞANMAQ (ID - 4846)f. Ərindən ayrılmaq.
|
BOŞATDIRMA (ID - 4847)“Boşatdırmaq”dan f.is.
|
BOŞATDIRMAQ (ID - 4848)icb. Boşanmağa məcbur etmək, boşanmasına nail olmaq.
|
BOŞATMA (ID - 4849)“Boşatmaq”dan f.is.
|
BOŞATMAQ (ID - 4850)f. Boşamasına səbəb olmaq, boşamağa məcbur etmək. [Xanpəri:] Onun cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saat məni qocamdan boşadar. M.F.Axundzadə.
|
BOŞBEYİN (ID - 4851)sif. Axmaq, başıboş, gic, səfeh.
|
BOŞBEYİNLİK (ID - 4852)is. Axmaqlıq, başıboşluq, giclik, səfehlik.
|
BOŞ-BİKAR (ID - 4853)zərf İşsiz, boş-boşuna, veyil. Boş-bikar gəzmək. Boş-bikar qalmaq. - [Firuz] boş-bikar oturub qalır. Ə.Məmmədxanlı. [Məsmə:] Sənin nəyinə yaraşır gedib boş-bikar oturub çərəkə höccələyəsən? Mir Cəlal.
|
BOŞBOĞAZ (ID - 4854)sif. Ağzına və ağlına gələni danışan, boşuna danışan, mənasız danışan; hərzəgu, naqqal, gəvəzə. Boşboğaz adam.
Bizim bəzi boşboğaz yazıçılarımız da oxşayırlar haman təbiblərə ki, azarlının nəbzinə baxandan sonra,... |
BOŞBOĞAZLIQ (ID - 4855)is. Naqqallıq, boş-boş danışma, hərzəçilik; boşboğaz adamın xüsusiyyəti. Boşboğazlıqla məşğul olma. - [Sübhanverdizadə:] Hə, o mühəndis iş adamına heç oxşamır, .. boşboğazlıq eləyib gəzir. S.Rəhimov.
// Cəfəngiyat,... |
BOŞ-BOŞUNA (ID - 4856)zərf 1. Mənasız, gərəksiz, faydasız, səmərəsiz, nəticəsiz, hədər, əbəs. Boş-boşuna vaxt keçirmək. Boş-boşuna gəzmək. - Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama. M.Ə.Sabir. Bu vəfasız ömür, bu coşqun dərə; Gərək...
|
BOŞBUYNUZLU (ID - 4857)sif. zool. Buynuzunun içərisi boş olan. Boşbuynuzlu heyvanlar.
|
BOŞBUYNUZLULAR (ID - 4858)is. zool. Cütdırnaqlı məməli heyvanların boş buynuzu olan növləri.
|