BOŞ-BOŞUNAzərf 1. Mənasız, gərəksiz, faydasız, səmərəsiz, nəticəsiz, hədər, əbəs. Boş-boşuna vaxt keçirmək. Boş-boşuna gəzmək. - Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama. M.Ə.Sabir. Bu vəfasız ömür, bu coşqun dərə; Gərək boş-boşuna axıb keçməsin. M.Müşfiq.
İçində heç bir şey olmadığı halda. Kimisi boş-boşuna tüfəngin çaxmağını taqqıldadır, kimisi torbasını doldurur, bəziləri də ayaqqabılarını düzəldirdi. H.Nəzərli. Paylaşın - Hamı bilsin
|