BOZARMAQ (ID - 4959)f 1. Boz rəng almaq, bozlaşmaq. Qadın qoca olduğuna və saçlarının tamamilə bozardığına baxmayaraq, çöhrəsində görünən təravət onun gənclikdə malik olduğu gözəlliyi andırırdı. M.S.Ordubadi.
// Solmaq, rəngi qaçmaq, rəngi... |
BOZARMIŞ (ID - 4960)fsif Boz hala gəlmiş, rəngi dönmüş, boz olmuş. Soyuqdan bozarmış əllər. Gündən bozarmış yarpaqlar. - [Rəfizadənin] .. sürtükünün bozarmış mahudu ilə şəvə kimi parlayan atlaz yaxalıq bir-birinə uymurdu. M.S.Ordubadi. [Kor kişinin]...
|
BOZARTI (ID - 4961)is. 1. Bozarmış rəng.
2. Uzaqdan görünən boz rəngli şey. |
BOZARTMA (ID - 4962)1. is. Yağlı ətdən bişirilən sulu qovurma; bozqovurma. [Şəhrəbanı xanım:] Nahara Müsyö Jordana qaymaq gərək, yağ gərək, axşama plov gərək, bozartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ elatının arvadları mərifətsiz...
|
BOZARTMAQ (ID - 4963)f 1. Boz etmək, boz rəng vermək. Rəngsaz divarı bozartdı.
Soldurmaq. Paltarını günün altında bozartmaq. Yetişdirmək. İsti arpaları bozardır. Ala-çiy bişirmək, yüngülvari qovurmaq. Əti bozartmaq. məc. Utandırmaq. ... |
BOZBAŞ (ID - 4964)is. Ət, noxud, kartof ilə bişirilən sulu xörək; piti. [Telli:] - Ay Pərzad xala, dedi, - yeri onları da yığ gətir bir yerdə yeyək, bozbaş asmışam. Çəmənzəminli.
Bozbaşı qoyun ətindən, özü də maça və döş hissəsindən... |
BOZBAŞLIQ (ID - 4965)sif. Bozbaşa yarayan. Bozbaşlıq ət.
|
BOZDAR (ID - 4966)is. məh. Boztüklü qoyun itinə verilən ad.
|
BOZQIR (ID - 4967)is. Susuz, otsuz çöl.
|
BOZQIRLAŞMA (ID - 4968)“Bozqırlaşmaq”dan f.is.
|
BOZQIRLAŞMAQ (ID - 4969)f Bozqır halına gəlmək.
|
BOZQIZILAĞACI (ID - 4970)is. bot. Hündür kol və ya ağac şəklində bitki. Bu bitkinin gövdəsi açıq-sarı rəngli qabıqla örtülmüşdür; sıra ilə düzülmüş yumurtaşəkilli yarpaqlarının kənarı ikiqat dişlidir. Əliyev.
|
BOZQOVURMA (ID - 4971)is. aşp. bax bozartma 1-ci mənada.
|
BOZLAMAC (ID - 4972)is. məh. Sacda bişirilən qalın yayma.
|
BOZLAMAQ (ID - 4973)f məh. Uca səslə, oxşaya-oxşaya ağlamaq.
|
BOZTÖVR (ID - 4974)köhn. b ax bozumtul. Daşlıqlara çıxan dovşanların balalarının arasında bəzinin rəngi tünd-yaşıl və bəzinki bir az boztövr olacaq. H.Zərdabi.
|
BOZUMSOV (ID - 4975)bax bozumtul.
|
BOZUMSOVLUQ (ID - 4976)bax bozumtulluq.
|
BOZUMTRAQ (ID - 4977)bax bozumtul. Kəndin mərkəzindəki bozumtraq bir minarəni yalayıb gələn gilavar küləyi.. məhzun və mükəddər nəğməsini çalırdı. H.Nəzərli.
|
BOZUMTUL (ID - 4978)sif. Boza çalan, boza yaxın, bir qədər boz. Günəş çoxdan bozumtul buludlar arasında üzməkdə idi. M.Hüseyn.
|
BOZUMTULLUQ (ID - 4979)mücər. Bozumtul şeyin halı.
|
BÖ(V) (ID - 4980) bax böyə.
|
BÖCƏK (ID - 4981)is. [ər.] Sərtqanadlı kiçik cücü. Qutunun içində altı cərgə səliqə ilə kəpənək, çəyirtkə və qeyri böcəklər kağıza sancılı halda düzülmüşdü. Ə.Vəliyev. Hörümçək hər hansı bir yaxın budaqdan torpağa qədər sap...
|
BÖHRAN (ID - 4982)is. [ər.] 1. iqtis. Xırda istehsalatçıların iflasına, istehsalın azalmasına səbəb olan dövraşırı nisbi həddən artıq əmtəə istehsalı. İqtisadi böhran. Sənaye böhranı. Aqrar böhranı.
Qıtlıq. Yanacaq böhranı. tib. Xəstəliyin... |
BÖHRANLI (ID - 4983)sif. Çox qarışıq, çox ağır, qorxulu. Xəstə böhranlı hal keçirir. - [Əbülhəsən bəy:] Bundan böhranlı, bundan ümidsiz bir dəqiqə görməmişdim. M.S.Ordubadi.
|
BÖHT (ID - 4984)is. [ər.] Heyrət, təəccüb, mat qalma, çaşıb qalma, çaşqmlıq. ..Böhtün içində onun [Hacı Xəlilin] keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Ə.Haqverdiyev. Rəssam heyrət və böht içində dayanıb dinləyirdi....
|
BÖHTAN (ID - 4985)is. [ər.] Birini ləkələmək üçün nahaqdan ona pis bir şey isnad etmə; iftira, şər. Həqqa ki, deyil bu nüktə böhtan; İsbatinə vardır əldə bürhan. Məsihi. [Heydər bəy:] Naçalnik, tamam danışdığı sözlər böhtandır. M.F.Axundzadə....
|
BÖHTANÇI (ID - 4986)is. Böhtan söyləyən, böhtanla məşğul olan, başqasının üstünə böhtan atan, şər atan adam; iftiraçı. Böhtançını məsuliyyətə cəlb etdilər. - [Hakimi-şər:] Mən demədimmi ki, bu zəifə mənim nəzərimə böhtançı gəlir?...
|
BÖHTANÇILIQ (ID - 4987)is. Böhtan atma, iftira etmə, iftiraçılıq; böhtançının işi, peşəsi, xasiyyəti. Böhtançılıq üstə işdən çıxarıldı.
|
BÖLƏN (ID - 4988)is. Bölmə əməlində: bölünən kəmiyyətin bölündüyü ədəd; məs.: 50:5=10 əməlində 5 bölən ədəd adlanır.
|
BÖLGƏ1 (ID - 4989)is. zool. Nərə balığının bir növü, beluqa.
|
BÖLGƏ2 (ID - 4990)is. Müəyyən əlamətə görə seçilən ərazi sahəsi.
|
BÖLGÜ (ID - 4991)is. 1. Bölmək işi. Məhsul bölgüsü. Əmək bölgüsü. İş bölgüsü. Gəlir bölgüsü.
2. Dərəcələrə bölünmüş cihaz və s. Bölgü qıfı. Bölgü cədvəli. // Cihaz və s. üzərindəki dərəcələr. İndikator diaqramı üzərindəki... |
BÖLMƏ (ID - 4992)is. 1. “Bölmək”dən f. is
Riyaziyyatda: bir sayda neçə dəfə başqa say (ədəd) olduğunu bilmə əməli. Bölmə əməli. Bölmə cədvəli. İdarə, təşkilat və ya müəssisənin iri şöbəsi; seksiya. Trestin istehsalat bölməsi. Kiçik... |
BÖLMƏK (ID - 4993)f 1. Bir şeyi parçalara, hissələrə, paylara ayırmaq. Əmlakı bölmək. Şagirdləri qruplara bölmək.
// riyaz. Bölmə əməliyyatı icra etmək. İyirmini dördə bölmək. 2. Arasını kəsmək, ayırmaq. Otağı iki yerə bölmək.... |
BÖLÜCÜ (ID - 4994)is. Hissələrə bölən, ayıran; təqsim edən.
|
BÖLÜK (ID - 4995)is. 1. Piyada və bəzi xüsusi qoşun hissələrində batalyon tərkibinə daxil olan əsgəri hissə; rota. Diviziyanın alayları, hər alayın bölükləri kənd aralarında, meşəliklərdə, dağda-daşda yerləşmişdi. S.Rəhimov.
Parça, tikə,... |
BÖLÜM (ID - 4996)is. 1. Bölmə işi.
Parça; bölünmüş hissə; pay, hissə. bölüm-bölüm zərf Parça-parça, hissə-hissə, tikə-tikə. Bölüm-bölüm olmaq. |
BÖLÜNƏN (ID - 4997)fsif 1. Parçalanan, hissələrə ayrılan.
riyaz. Bölmə əməlində: bölünən ədədin adı; məs.: 10:5 = 2 əməlində 10 bölünəndir. |
BÖLÜNMƏ (ID - 4998)“Bölünmək”dən f.is.
|
BÖLÜNMƏK (ID - 4999)f 1. Parçalanmaq, xırdalanmaq, hissələrə ayrılmaq. Hüceyrələr bölünüb artır. Buz ikiyə bölündü.
riyaz. Qalıqsız başqa ədədə bölünə bilmək. On beşə bölünür. Ayrılmaq. Dəstəmiz bir meşənin yanında üç hissəyə... |
BÖLÜNMƏZ (ID - 5000)sif. 1. Qalıqsız bölünə bilməyən. Bölünməz ədəd.
|
Bölünməli (ID - 5001)olmayan.
Parçalanmayan, hissələrə ayrıla bilməyən; bütöv. Keçmişdə atomlar materiyanın bölünməz hissələri hesab edilirdi. |
BÖLÜNMƏZLİK (ID - 5002)is. Bölünə bilməmə, parçalana bilməmə, hissələrə ayrıla bilməmə; bütövlük, tamamlıq, yekparəlik.
|
BÖLÜŞ (ID - 5003)is. Bölünmə, ya bölmə qaydası, tərzi, üsulu. Bu bölüş heç xoşuma gəlmədi.
|
BÖLÜŞDÜRMƏ (ID - 5004)“Bölüşdürmək”dən f.is.
|
BÖLÜŞDÜRMƏK (ID - 5005)f Bir şeyi və ya işi bir neçə adam və s. arasında bölmək, yaxud öz aralarında paylaşdırmaq. Malı bölüşdürmək. Məhsulu bölüşdürmək.
// Hissələrə bölmək. |
BÖLÜŞDÜRÜCÜ (ID - 5006)sif. və is. Təqsim edən, bölüşdürən.
|
BÖLÜŞDÜRÜLMƏ (ID - 5007)“Bölüşdürülmək”dən f.is. Vaxtın düzgün bölüşdürülməsi.
|
BÖLÜŞDÜRÜLMƏK (ID - 5008)məch. 1. Bir neçə adam və s. arasında, yaxud öz aralarında bölünmək, paylaşdırılmaq. Bu günlərdə məhsul bölüşdürüləcəkdir.
Hissələrə bölünmək. |
Bu səhifə dəfə baxılıb