BÖCƏKis. [ər.] Sərtqanadlı kiçik cücü. Qutunun içində altı cərgə səliqə ilə kəpənək, çəyirtkə və qeyri böcəklər kağıza sancılı halda düzülmüşdü. Ə.Vəliyev. Hörümçək hər hansı bir yaxın budaqdan torpağa qədər sap uzadaraq, onun ortasında dayanır və uçan böcəyin həmin sapı nə zaman yellədəcəyini səbirlə gözləyir. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|