BÖHTANis. [ər.] Birini ləkələmək üçün nahaqdan ona pis bir şey isnad etmə; iftira, şər. Həqqa ki, deyil bu nüktə böhtan; İsbatinə vardır əldə bürhan. Məsihi. [Heydər bəy:] Naçalnik, tamam danışdığı sözlər böhtandır. M.F.Axundzadə. Uryadnik bir-iki dəfə onu
şapalaqladı, yenə də Ağabala böhtana qol qoymadı. Şamilov. □ Böhtan atmaq - birinə olmayan bir işi və ya sözü isnad vermək; iftira demək, ləkə vurmaq. Böhtan demək (etmək) - b ax böhtan atmaq. [Vəzir:] Məgər heç utanmırsan ki, mənim üzümə qarşı arvadıma böhtan deyirsən? M.F.Axundzadə. Böhtana düşmək - nahaqdan şərə düşmək, iftiraya məruz qalmaq. Böhtana düşən odsuz yanar. (Ata. sözü). Məsum kişi ağır bir böhtana düşmüşdü. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|