BÜRÜŞMƏ (ID - 5510)“Bürüşmək”dən f.is.
|
BÜRÜŞMƏK (ID - 5511)f. 1. Bürüşük hala düşmək, bürüş-bürüş olmaq, qırış-qırış olmaq. Üzü bürüşmək. Paltar tamam bürüşmüşdür.
2. Solmaq, quruyub dağılmaq, təravətini itirmək. Çiçək bürüşdü. Yarpaqlar bürüşmüşdür. Quraqlıqdan... |
BÜRÜŞMÜŞ (ID - 5512) |
BÜRÜŞTƏ (ID - 5513)sif. [fars.] Yaxşı bişmiş, kövrək bişmiş, qızarmış. Bürüştə çörək. Bürüştə qutab. Bürüştə paxlava. - [Mirzə Qulam:] Kabab ilə bürüştə lavaşın ayrı ləzzəti olur, axı! Mir Cəlal.
|
BÜRÜŞTƏLİK (ID - 5514)is. Bürüştə bişmiş şeyin halı; kövrəklik.
|
BÜRÜŞÜK (ID - 5515)1. sif. Bürüşmüş halda olan; qırışıqlı, qırış-qırış. Bürüşük üz. Bürüşük köynək. - [Kərim baba] bürüşük və titrək əli ilə göyün şimal tərəfindəki kiçik qara buludu göstərərək: - Baxın [dedi] A.Şaiq.
... |
BÜRÜŞÜKLÜK (ID - 5516)is. Bürüşük şeyin halı. Üzün bürüşüklüyü qocalığın nişanəsidir.
|
BÜRYAN (ID - 5517)sif. [fars.] Odda qovrulan (qovrulmuş), odda yanan (yanmış).
□ Büryan eyləmək (etmək) - 1) odda yandırmaq, qovurmaq; 2) məc. kabab eləmək, yandırmaq. Ayrılıqdan yar mənim bağrımı büryan eylədi; Özünü bir yana saldı, məni... |
BÜSAT (ID - 5518)is. [ər.] 1. Müəyyən qayda və üsullarla tərtib edilmiş şənlik, məclis, bayram, yaxud təziyə; mərasim. Qonaqlıq büsatı. Toy büsatı. Matəm büsatı. - Qızlarım, çay büsatını idarə edin, - deyə onlara əmr edincə dördü də...
|
BÜSATLI (ID - 5519)sif. Təntənəli, dəbdəbəli, təmtəraqlı.
|
BÜSBÜTÜN (ID - 5520)zərf Tamam, tamamilə. Büsbütün yorulub gücdən düşmək. Büsbütün əl çəkmək. O büsbütün haqlıdır. - Anaxanımın səbri büsbütün tükəndi. A.Şaiq. Ey dan ulduzu! İzdiham çoxalır, qəhrəman şəhər; Büsbütün ayağa qalxmışdır...
|
BÜST (ID - 5521)[fr.] İnsan bədəninin beldən yuxarı hissəsinin heykəli. Füzulinin tuncdan tökülmüş büstü. - Fərman bəy Tərlanın yazı stolundan bir qədər irəli qoyulmuş büstə təəccüblə baxdı. M.Hüseyn.
|
BÜT (ID - 5522)is. [fars.] 1. Bütpərəst xalqların ibadət etdikləri heykəl, şəkil və s.
// məc. Pərəstiş edilən şey. Mən o zalım yarə bir büt təkpərəstiş eylərəm. Heyran xanım. Klassik şeirdə: gözələ, dilbərə işarədir; sənəm.... |
BÜTÇÜ (ID - 5523)is. və sif. Büt qayıran, büt satan. Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonur.. H.Cavid.
|
BÜTGƏDƏ (ID - 5524)[fars.] bax bütxana.
|
BÜTXANA (ID - 5525) |
BÜTÖV (ID - 5526)sif. 1. Bir küll halında olan; yarım, ya parça halında olmayan; kəsilməmiş, qırılmamış, dağılmamış; yekparə, tam. Bütöv çörək. Bütöv parça. Bütöv kərpic. Bütöv qarpız.
Zərf mənasında. Başdan-başa, bütünlüklə,... |
BÜTÖVLƏNMƏ (ID - 5527)“Bütövlənmək”dən f.is.
|
BÜTÖVLƏNMƏK (ID - 5528)f. Bütöv olmaq, bütöv hala düşmək.
|
BÜTÖVLƏŞDİRİLMƏ (ID - 5529)“Bütövləşdirilmək”dən f.is.
|
BÜTÖVLƏŞDİRİLMƏK (ID - 5530)məch. Bütöv hala salınmaq.
|
BÜTÖVLƏŞDİRMƏ (ID - 5531)“Bütövləşdirmək”dən f.is.
|
BÜTÖVLƏŞDİRMƏKf (ID - 5532)Bütöv hala salmaq.
|
BÜTÖVLÜK (ID - 5533)is. Bir parçadan ibarət olma, bir küll halında olma; bütöv şeyin halı; yekparəlik, tamlıq.
|
BÜTPƏRƏST (ID - 5534) |
BÜTPƏRƏSTLİK (ID - 5535)is. Bütlərə sitayiş. Dağıstan tayfaları da xəzərlərin istilası və müsəlmanların məhv edilməsi nəticəsində yenə bütpərəstliyə qayıtdılar. A.Bakıxanov. [Güllücənin] əhalisi isə .. bütpərəstlikdən qalma adətlər ağuşunda...
|
BÜTÜN (ID - 5536)1. əvəz. Hamı, hamısı, ümum, cəmi. Bütün xalq. Bütün aləm. Bütün gecəni işlədim. Bütün qüvvələri topladıq. - Bütün salondakılar dönüb mənə baxdı. Mir Cəlal. [Salmanova Cumanın] bütün əməllərini gözünün içinə...
|
BÜTÜN-BÜTÜNƏ (ID - 5537)zərf Bütünlüklə, tamamilə, lap.
|
BÜTÜNLƏŞDİRMƏ (ID - 5538)“Bütünləşdirmək”dən f.is.
|
BÜTÜNLƏŞDİRMƏK (ID - 5539)f. 1. Bütün hala salmaq.
Əskiyini qoyub tamamlamaq. Bir şeyin parçalarını yapışqan və s. ilə yapışdırıb birləşdirmək, bütöv hala gətirmək. |
BÜTÜNLƏŞMƏ (ID - 5540)“Bütünləşmək”dən f.is.
|
BÜTÜNLƏŞMƏK (ID - 5541)f. Bütün hala düşmək.
|
BÜTÜNLÜK (ID - 5542)is. Bütün şeyin halı, tamamlıq.
|
BÜTÜNLÜKLƏ (ID - 5543)zərf Tamamilə, tamam, hamısı, tam surətdə. Pambığın yığılması və təmizlənməsi işləri bütünlüklə mexanikləşdiriləcəkdir. - Məhərrəm öz yoldaşını bütünlüklə tanımaq üçün çox vaxt sərf etmədi. H.Nəzərli.
|
BÜVƏ (ID - 5544)bax böyə. Hər daş altında əqrəb qaynadığını, büvə yatdığını, qışda canavar uladığını deyim. Mir Cəlal.
|
BÜZDÜM (ID - 5545)is. anat. Quyruq sümüyü, onurğanın qurtaracağını təşkil edən sümük. İnsanın onurğası quyruq fəqərələrindən təşkil olunmuş büzdümlə qurtarır.
|
BÜZMƏ (ID - 5546)is. 1. “Büzmək”dən f.is.
Paltarın qırışdırılıb tikilmiş yeri. Paltarın büzməsi. Çuxanın büzməsi. Tumanın büzməsi. Büzməli paltar. Gülsənəm lap arıqlamış, yalınqat, nazikyamaqlı qara büzmənin içində oturmuş... |
BÜZMƏK (ID - 5547)f. 1. Daraltmaq, yığıb sıxmaq, yığmaq. Kisənin ağzını büzmək.
Paltarın, parçanın və s.-nin bir yerini yığıb tikmək, qatlaya-qatlaya tikib daraltmaq. □□ Ağzını büzmək - bax ağız. Dodaq büzmək- bax dodaq. |
BÜZMƏLƏMƏ (ID - 5548)“Büzmələmək”dən f.is.
|
BÜZMƏLƏMƏK (ID - 5549)f. Büzmə şəklində tikmək, yığmaq, sıxmaq.
|
BÜZMƏLƏNMƏK (ID - 5550)məch. Büzmə halında tikilmək, yığılmaq, sıxılmaq.
|
BÜZMƏLİ (ID - 5551)sif. Büzməsi olan. Büzməli paltar. Büzməli tuman. - [Kor kişinin] əyninə geydiyi ləzgi şalından büzməli çuxası, ayağındakı dikdaban başmağı köhnə bir adam olduğunu bildirirdi. S.Hüseyn. [Novruzqulu] büzməli çuxasını əynindən...
|
BÜZÜCÜ (ID - 5552)sif. Bir şeyi büzməyə məxsus. Büzücü maşın.
|
BÜZÜK (ID - 5553)sif. 1. Büzülmüş, qırışıq. [Yəhya Kamal] köhnə, büzük, yaraşıqsız paltarına baxdıqca Dilənin taxtın üstündəki məsləhəti qulağında səslənirdi. Mir Cəlal.
Yığılmış, büzülmüş, qıyıq, büzülüb yığılmış,... |
BÜZÜKLÜK (ID - 5554)is. Büzük şeyin halı.
|
BÜZÜKMƏ (ID - 5555)“Büzükmək”dən f.is.
|
BÜZÜKMƏK (ID - 5556)f Büzülmək, büzülüb yığılmaq; özünü büzmək.
|
BÜZÜLMƏ (ID - 5557)“Büzülmək”dən f.is.
|
BÜZÜLMƏK (ID - 5558)f 1. Yığışmaq, qırışmaq, büzük hala düşmək. [Qızın] qaşlarının qovuşduğunu, dodaqlarının, büzüldüyünü .. görürdüm. M.S.Ordubadi.
Sığınıb durmaq, yazıq-yazıq durmaq (oturmaq), susmaq, dinməmək. Ata ümmid ilə baxar... |
BÜZÜRG (ID - 5559)is. [fars.] mus. Azərbaycan klassik muğamlarından birinin adı.
|
Bu səhifə dəfə baxılıb