BÜSATis. [ər.] 1. Müəyyən qayda və üsullarla tərtib edilmiş şənlik, məclis, bayram, yaxud təziyə; mərasim. Qonaqlıq büsatı. Toy büsatı. Matəm büsatı. - Qızlarım, çay büsatını idarə edin, - deyə onlara əmr edincə dördü də samovarın ətrafında toplandı. M.S.Ordubadi. Matəm büsatı qurulmuş, ağlaşma başlanmışdı. A.Şaiq.
// Obrazlı təsvir və təşbehlərdə. Eşq dövranı, mənə tapşırdı Məcnun növbətin; Xali olmaz nəqşiərbabi-vəfadən bu büsat. Füzuli. Qəm büsatın xətm edibdir dövr Seyyid adına.S.Ə.Şirvani. 2. məc. Təmtəraq, dəbdəbə, dəsgah. [Mirzə Əsgər:] Bəyim doğru deyir, sizin evin büsatı heç yerdə yoxdur. N.Vəzirov. Paylaşın - Hamı bilsin
|