BÜZÜKsif. 1. Büzülmüş, qırışıq. [Yəhya Kamal] köhnə, büzük, yaraşıqsız paltarına baxdıqca Dilənin taxtın üstündəki məsləhəti qulağında səslənirdi. Mir Cəlal.
Yığılmış, büzülmüş, qıyıq, büzülüb yığılmış, kiçilmiş, dar. [Rüstəmovun] .. hər şeyə yuxarıdan baxan büzük gözlərində hüdudsuz bir təkəbbür çöküb qalmışdı. M.İbrahimov. İs. mənasında. Büzülmüş yer, qırışıq yer. Paltarın büzükləri. Paylaşın - Hamı bilsin
|