BÜRÜŞÜK1. sif. Bürüşmüş halda olan; qırışıqlı, qırış-qırış. Bürüşük üz. Bürüşük köynək. - [Kərim baba] bürüşük və titrək əli ilə göyün şimal tərəfindəki kiçik qara buludu göstərərək: - Baxın [dedi] A.Şaiq.
// Əzik. Nəriman diqqət edəndə saatını, .. bürüşük zərfi tapdı. Mir Cəlal. 2. is. Qırış. Lampanın işığında onun [Xanpərinin] üzündəki bürüşüklər, alnındakı qırışıqlar aydın görünürdü. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|