BÜTÜN1. əvəz. Hamı, hamısı, ümum, cəmi. Bütün xalq. Bütün aləm. Bütün gecəni işlədim. Bütün qüvvələri topladıq. - Bütün salondakılar dönüb mənə baxdı. Mir Cəlal. [Salmanova Cumanın] bütün əməllərini gözünün içinə deyəcəkdi. Ə.Əbülhəsən.
sif. dan. Səbatlı, qərarlı, dəyişməz, möhkəm. Bütün söz. Bütün vəd. Bütün adam (sözünün üstündə duran adam). - Aləmdə bu gün əhdi bütün yar ələ girməz; Yandırdı tikan bağrımı, gülzar ələ girməz. Nəsimi. Bax bütöv. zərf Tamam, hərtərəfli. Bütün bədənimi tər basdı. zərf Başdan-başa, başdan-ayağa qədər, tam surətdə. Bütün kitabı oxudu. bütün-bütün zərf Bütöv parçalarla, bütün halda. Gilası bütün-bütün udma, çeynə, tumunu çıxart. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|