BUY2 (ID - 5360)[fars.] klas. İy, qoxu. Bənövşə tək ənbər zülfün buy verir; Hər yuyub sərəndə havaya, Zeynəb! M.P.Vaqif. İntizar çəkərəm ta ki sübhdəm; Ol badi-səbadən buyun istərəm. Q.Zakir.
|
BUYNUZ (ID - 5361)is. 1. Bəzi heyvanların başında sümük kimi bərk maddədən ibarət çıxıntı (bəzi cücülərin də başında olur). Qoç buynuzu. İnək buynuzu. Maral buynuzu.
Buynuzdan qayrılmış, yaxud buynuza oxşayan şey. □□ Buynuzu içində... |
BUYNUZBAŞI (ID - 5362)is. bot. Zəhərli birillik bitki.
|
BUYNUZCUQ (ID - 5363)kiç. Balaca buynuz. Quzunun buynuzcuqları görünməyə başlayır.
|
BUYNUZGÜLÜ (ID - 5364)is. bot. Alaq otlarından birinin adı.
|
BUYNUZLALƏ (ID - 5365)is. bot. Birillik zəhərli ot bitki.
|
BUYNUZLAMA (ID - 5366)“Buynuzlamaq”dan f.is.
|
BUYNUZLAMAQ (ID - 5367)f 1. Buynuzu ilə vurmaq, buynuzu ilə itələmək. Camışlar birbirini buynuzlayırlar.
2. məc. Gözü götürməmək, sığışdırmamaq, birinin əleyhinə getmək; incitmək. Bu quzilə xüsumətin var imiş; .. Səni buynuzlayıb atası bunun.... |
BUYNUZLAŞMA (ID - 5368)“Buynuzlaşmaq”dan f.is.
|
BUYNUZLAŞMAQ (ID - 5369)qarş. 1. Bir-birini buynuzla vurmaq. İnəklər buynuzlaşırlar. Keçilər buynuzlaşırlar.
məc. Bir-biri ilə çəkişmək, döyüşmək. Buynuza dönmək, buynuz kimi olmaq; sümükləşmək. |
BUYNUZLU1 (ID - 5370)sif. Buynuzu olan. Buynuzlu heyvanlar. - Bir buynuzlu təkə dik qayanın başına çıxıb, dörd ayağı ilə tullanıb, geriyə qayıdıb və yenə də bu sərt qayaya çıxırdı. S.Rəhimov.
|
BUYNUZLU2 (ID - 5371)is. bot. Birillik yem bitkisi.
|
BUYNUZLULAR (ID - 5372)cəm zool. Buynuzu olan heyvanlar növü. İnək buynuzlulardandır.
|
BUYNUZSUZ (ID - 5373)sif. Buynuzu olmayan. Buynuzsuz keçi, inək. - Buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymazlar. (Ata. sözü).
|
BUYNUZŞƏKİLLİ (ID - 5374)b a x buynuzvari.
|
BUYNUZVARİ (ID - 5375)sif. Görünüşcə buynuza oxşayan, buynuz kimi.
|
BUYRUQ (ID - 5376)is. Əmr, hökm, sərəncam. Təlaq tamam olduqda, şahın buyruğu ilə onların [hərəmlərin] kəbin kağızlarını Xacə Mübarək yırtdı. M.F.Axundzadə. Biçarə muzdurun damarları qurudu ki, indicə yaranalın buyruğu ilə Həsənəli bəyin...
|
BUYRUQÇU (ID - 5377)is. 1. Buyruq verən, əmr verən.
Xidmətçi, buyruq icra edən işçi. Sən olmusan keçi qaytaran əl buyruqçusu. S.Rəhimov. |
BUYRUQLU (ID - 5378)sif. Buyruq almış, tapşırıq almış; bir əmr və tapşırıq ilə vəzifələnmiş.
|
BUYUXMAQ (ID - 5379)f dan. 1. Çaşıb qalmaq, özünü itirmək.
2. Soyuqdan üşümək, büzüşüb qalmaq, donub qalmaq. |
BUYURMA (ID - 5380)“Buyurmaq”dan f.is. [Cahangir ağa:] Həmişə buyurmada, vurmada, kəsmədə ömür sürmüş.. S.S.Axundov.
|
BUYURMAQ (ID - 5381)f 1. Əmr etmək, hökm etmək. [Şah] bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki: - Xub, mürəxxəssən, get. M.F.Axundzadə. [İvan bəy:] Səsini kəs, buyuraram başına yüz tatarı vurarlar. N.Vəzirov.
// Eyni... |
BUYURTMAfsif (ID - 5382)Xüsusi sifariş üzrə hazırlanmış. Buyurtma paltar. Buyurtma çəkmə.
|
BUYURTMAQ (ID - 5383)f Sifariş etmək, hazırlamağı tapşırmaq.
|
BUYURUCU (ID - 5384)sif. Əmredici, amiranə. Bu halda Səlim bəy zavod həyətinə daxil olub, buyurucu bir səslə bağırdı. H.Nəzərli.
|
BUYURUQ (ID - 5385)bax buyruq.
|
BUYURUQÇU (ID - 5386)bax buyruqçu.
|
BUYURULMAQ (ID - 5387)məch. Əmr verilmək, tapşırılmaq.
|
BUZ (ID - 5388)is. 1. Donmuş su. Buzparçaları. Buz təbəqəsi. Qışda sular donub buz olur.
□ Buz baglamaq (tutmaq) - buzla örtülmək, donmaq. Suyun üzü buz bağlayıbdır. - Sevgilim, qış gəlir, şaxta düşəcək; Yenə axar çaylar buz tutacaqdır.... |
BUZÇU (ID - 5389)is. Buz satan, buz qayıran adam.
|
BUZÇULUQ (ID - 5390)is. Buz qayırma işi, buz saxlama işi.
|
BUZDAĞI (ID - 5391)is. coğr. Buzlu okeanda: buzlardan ibarət olan dağ; aysberq.
|
BUZƏ (ID - 5392)is. [fars.] Turşumuş darı xəmirindən hazırlanan içki, kvas.
|
BUZXANA (ID - 5393)is. 1. Buz qayrılan yer.
2. Buz anbarı, buz saxlanılan yer. // Tez xarab olan şeyləri saxlamaq üçün soyuq yer, bina. // Soyuducu cihaz. |
BUZXANAÇI (ID - 5394)is. 1. Buzxana işçisi.
2. köhn. Buzxana sahibi. |
BUZQIRAN (ID - 5395)fsif xüs. Buzları qırmaq üçün olan.
□ Buzqıran gəmi - buzları parçala- yan, buzları yarıb yol açan, buzlar içində üzmək üçün təchiz edilmiş güclü gəmi. Gələn həftə gəmi tərsanəsində .. bu cür .. buzqıran gəminin... |
BUZLAQ (ID - 5396)is. 1. Çoxlu buz yığılan yer.
2. geol. Dağ təpələrindən dərələrə qədər uzanan buz təbəqəsi, hərəkət edən buz kütləsi. □ Buzlaq dövrü geol. - yer tarixində: yer səthinin böyük bir hissəsinin buzla örtülmüş olduğu... |
BUZLAMA (ID - 5397)“Buzlamaq”dan f.is.
|
BUZLAMAQ (ID - 5398)f 1. Buz halına gəlmək, buz bağlamaq, buzla örtülmək, donmaq.
2. Bərk üşümək, soyuqdan donmaq. Əlimayağım soyuqdan buzlayıb. |
BUZLANMA (ID - 5399)“Buzlanmaq”dan fis.
|
BUZLANMAQ (ID - 5400)f Üzü buz tutmaq, buz bağlamaq, buzla örtülmək, üstü donmaq.
// Buza dönmək, donmaq. |
BUZLANMIŞ (ID - 5401)fsif Buza dönmüş, donmuş. Fəslin avqust ayı olmasına baxmayaraq, buzlanmış qar parçası dayanıb dururdu. S.Rəhimov.
|
BUZLU (ID - 5402)sif 1. Üstü donmuş, buz bağlamış, buzla örtülmüş, yaxud çox buz olan. Buzlu göl. Buzlu dənizlər.
// coğr. Dəniz adlarında: Şimal Buzlu okean. 2. Soyutmaq üçün içinə buz qoyulmuş, yaxud buz içində soyudulmuş. Buzlu limonad.... |
BUZLUQ (ID - 5403)is. Çox buz olan, yaxud buz saxlanılan yer.
|
BUZOV (ID - 5404)is. Hələ süddən ayrılmamış inək balası. [Camaat:] Gədə, nə belə payız buzovu kimibəyirirsən? M.S.Ordubadi. [Bünyad] ağzını açanda o biri otaqda buzov mələdi. Ə.Əbülhəsən.
□ Yanı buzovlu -balalı, balası olan. [Bayram:]... |
BUZOVABAXAN (ID - 5405)is. k.t. Heyvandarlıq fermalarında buzovlara qulluq edən işçi.
|
BUZOVÇU (ID - 5406)is. Buzovotaran çoban. [Sona xanım:] Gecə yadıma düşdü ki, xalça burada qalıbdır. Yerdən qalxıb gəldim götürəm ki, tezdən sığırçıya, buzovçuya rast gəlib aparmasın. M.F.Axundzadə. //bax buzovabaxan. Elmi təcrübə işi ilə...
|
BUZOVÇULUQ (ID - 5407)is. Buzovçunun işi, məşğələsi.
|
BUZOVLAMA (ID - 5408)“Buzovlamaq”dan fis.
|
BUZOVLAMAQ (ID - 5409)f Buzov doğmaq. Fermanın inəkləri yenicə buzovlamışdı.
|
Bu səhifə dəfə baxılıb