BAYATILAMAQ (ID - 3308)f. Bayatı söyləmək, bayatı çağırmaq. Əfruzun laylası qarlı pəncərəni dilləndirirdi. Mədəd qapıdan girərək: - Nə bayatılayırsan? - deyə soruşdu və kitablarını stolun üstünə qoydu. S.Rəhimov.
|
BAYATIMA (ID - 3309)“Bayatımaq”dan f.is.
|
BAYATIMAQ (ID - 3310)f. 1. Bayat olmaq, köhnəlmək, təzəliyini, təravətini itirmək (çörək, xörək və s. haqqında). Xörək bayatımışdır, yemək olmur.
2. məc. dan. Qiymətdən düşmək, dəyərsizləşmək, əhəmiyyətini itirmək. |
BAYATLAŞMA (ID - 3311)“Bayatlaşmaq”dan fis.
|
BAYATLAŞMAQ (ID - 3312)f. 1. Köhnəlmək, qalıb təravətini, təzəliyini itirmək. Xörək bayatlaşmışdır.
2. məc. Dəbdən düşmək, daha işlənməmək. |
BAYATLIQ (ID - 3313)is. Bayaq şeyin halı. Çörəyin bayatlığı.
|
BAYAZ (ID - 3314)is. [ər.] 1. Bax bəyaz 1-ci mənada.
2. köhn. Şeir, mərsiyə dəftərçəsi. Bayazımı açıb, Qarabağ səpgisində bir mərsiyə oxudum. O gecədən etibarən məndən əl çəkmədilər. H.Sarabski. |
BAYDA (ID - 3315)bax badya. ..Səhərlər çayın yanına yekə bayda dolusu qaynar süd gələndə “oğru inəyin ” südü, deyib danışırlar.
C.Məmmədquluzadə. |
BAYDIRMAQ (ID - 3316)f. məh. Özgədən alman əmanəti sahibindən izinsiz olaraq başqasma vermək.
|
BAYĞIN (ID - 3317)sif. və zərf 1. Özündən getmiş, qəşş etmiş, ürəyi keçmiş, bayılmış. Bayğın düşmək. Bayğın kimi yatmaq. - Səfər bu səsə əhəmiyyət vermədi, bayğın gözləri sayrışan ulduz arasında dolaşırdı. Çəmənzəminli.
məc.... |
BAYĞINLIQ (ID - 3318)is. Özündən getmiş, qəşş etmiş, ürəyi keçmiş adamın halı; özündən getmə, qəşş etmə, ürəyi keçmə. Ayna onu sarmış ani bir bayğınlıqdan ayılaraq, ağacdan ayrıldı. Ə.Məmmədxanlı.
|
BAYĞIRMAQ (ID - 3319)f Bağırmaq, qışqırmaq, hayqırmaq. [Şirəli] özünün son qüvvətini toplayaraq bayğırırdı. M.Hüseyn.
|
BAYILDICI (ID - 3320)sif Bihuşedici, məstedici, valehedici. O dalğın və müəmmalı gözlər gecənin sükutunu oxşayan müzəyyən və bayıldıcı bir ud zümzüməsini dinləyərək uyuyur. H.Cavid.
|
BAYILMA (ID - 3321)“Bayılmaq”dan fis.
|
BAYILMAQ (ID - 3322)f Özündən getmək, qəşş etmək, ürəyi keçmək. Bayılmaq dərəcəsinə gəlmək. - [Balaş:] Sağdır, sağdır, ürəyi döyünür, ancaq bayılmışdır. C.Cabbarlı. “Anamız öldü, aman!” - deyib, birdən bayıldım. S.Rüstəm.
|
BAYILMIŞ (ID - 3323)fsif Özündən getmiş, qəşş etmiş. Burjuylar bayılmış qadınlarını faytona qoyub qaçmaq istəyirdilər. M.S.Ordubadi.
|
BAYILTMAQ (ID - 3324)icb. Bayılmasına səbəb olmaq. [Əkbər] yerişi ilə nişanlayan, kirpiyi ilə oxşayan, baxışı ilə bayıldan .. xanımlar görməmişdi. Mir Cəlal. Sonra ikinci zərbə, üçüncü zərbə Hüseyni bayıltdı. S.Rəhman.
|
BAYIR (ID - 3325)is. 1. Binanın və s.-nin xarici; eşik, həyət, çöl, dişarı, kənar, açıq yer. Bayırda qar yağır. Bayırda hava necədir? İndicə bayırdan gəldi. Bayırdan musiqi səsi gəlir. Uşaqlar bayırda oynayırlar. - Şəhabəddin Xədicəni bayıra...
|
BAYIR-BACA(Q) (ID - 3326) is. Çöl, bayır, ümumiyyətlə, hər hansı bir yer. Pəri xanım kəndli qızı idi, necə olmuş olsa da, gənə bayırbacaq görmüşdü. (Nağıl). [Cəfər əminin] əynindəki həmişəlik iş paltarından başqa bircə dəst bayır-bacaq paltarı...
|
BAYIRŞƏHƏR (ID - 3327)is. dan. Şəhərin bürcündən xaric, yaxud əsas çevrəsindən kənarda olan hissəsi.
|
BAYIRŞƏHƏRLİ (ID - 3328)sif və is. dan. Bayırşəhərdə yaşayan. [Bayırşəhərdə yaşayanlara] ayaqyalın bayırşəhərli deyərdilər.
H.Sarabski. |
BAYKA (ID - 3329)is. [rus.] 1. Yundan və ya pambıqdan toxunan yumşaq xovlu parça.
Bu parçadan tikilmiş. Bayka palto. |
BAYQU (ID - 3330)is. Bayquş sözünün qədim forması. Bayqu gələr, məskən salar sənə, yar; Sən hurisən, sən pərisən mənə, yar. Aşıq Mehdi. Yığıldı bayqular, etdi viranə; Ömür oldu yaman yarı, sevgilim! Aşıq Rəcəb. Qeyr ilə yarım gedir,...
|
BAYQUŞ (ID - 3331)is. 1. İri gözlü, girdə başlı, çirkin səsli, qarmaqburun, yırtıcı gecə quşu. Bayquş xərabəlik, qurd dumanlıq sevər. (Ata. sözü). Axşamtərəfi yağış havası, bayquş da ulayır. Ə.Haqverdiyev. Qəflətən bir qorxulu səs meşəni...
|
BAYRAQ (ID - 3332)is. Uzun və nazik bir ağacın baş tərəfmə rəbt edilmiş və adətən üzərində dövlətin, yaxud hərbi və ya ictimai təşkilatın xüsusi əlaməti - nişanı çəkilmiş bir və ya müxtəlif rəngli qumaş parçası. Parlaman üstündə...
|
BAYRAQÇI (ID - 3333)b ax bayraqdar.
|
BAYRAQDAR (ID - 3334) |
BAYRAQDAŞIYAN (ID - 3335)bax bayraqdar. Bayraqdaşıyanlar .. bayrağı möhkəm tutmuşdular. M.S.Ordubadi.
|
BAYRAQLI (ID - 3336)sif. Bayrağı olan, əlində bayraq olan. Bayraqlı əsgərlər.
// İs. mənasında. Bayraqlılar qabaqda gedirlər. |
BAYRAM (ID - 3337)is. 1. Hər hansı bir tarixi və s. hadisə şərəfinə keçirilən şadlıq günü; təntənə. Bir May bayramı. Oktyabr bayramı.
[Qolçomaqlar] heç vaxt qəbul eləməzdi ki, qadınlar başıaçıq meydanlara çıxıb, bayram saxlasınlar. Ə.Haqverdiyev. ... |
BAYRAMQABAĞI (ID - 3338)sif. və zərf Bayrama yaxın, bayram ərəfəsində olan. Bayramqabağı ticarət. Bayramqabağı yarış. Bayramqabağı hazırlıq.
|
BAYRAMQURDU (ID - 3339)is. bax məryəmqurdu.
|
BAYRAMLAŞMA (ID - 3340)“Bayramlaşmaq”dan fis.
|
BAYRAMLAŞMAQ (ID - 3341)qarş. Bayram münasibəti ilə bir-birini təbrik etmək, bir-biri ilə görüşmək. Xanməmməd gəldi, bayramlaşıb oturdu. Çəmənzəminli. Bayramlaşmağa gələnlər yerin azaldığını görüb, xudahafizləşib gedirdilər ki, başqa gələnlər...
|
BAYRAMLIQ (ID - 3342)1. sif. Bayrama məxsus olan, bayram münasibəti ilə düzəldilmiş. Bayramlıq süfrə. Bayramlıq paltar.
2. is. Bayram hədiyyəsi, bayram payı. [Hacı Osman:] Balalar, əziz balalar, mən sizə bayramlıq nə verim? N.Vəzirov. |
BAYRAMSAYAĞI (ID - 3343)zərf Bayramda olan kimi. Ülfət Yunis və Davud ilə birlikdə gerbi maşından çıxarıb, Akademiyaya bayramsayağı bəzənmiş binaya gətirəndə, eksponatlar qəbulu bitmişdi. Mir Cəlal.
|
BAYRAMYEMİŞİ (ID - 3344)is. 1. Bayramlarda süfrəyə düzülən quru meyvələr və s. şirniyyat; xuşgəbar. [Novruz bayramında] dükanların qapısı üstündən bir zəng asardılar və bayramyemişi satıldıqca o zəngi vurardılar. H.Sarabski.
2. məc. Bir-birini... |
BAYRONİZM (ID - 3345)[xüs. is. -dən] İngilis şairi Bayronun yaradıcılığı təsiri altında XIX əsrin əvvəllərində Qərbi Avropada meydana gəlmiş ədəbi cərəyan (bu cərəyanın xüsusiyyəti romantik fərdiyyətçilikdən, şair ilə cəmiyyət arasında...
|
BAYTAL (ID - 3346)b ax baytar. [Nurcahan:] Başına dönüm, həkimbaşı, bu suyu bir baytal verib, mənim azarlıma dava adına... N.Vəzirov.
|
BAYTAR (ID - 3347)is. [ər.] 1. Mal həkimi. Baytar həkim. Baytar vəzifəsi.
2. məc. dan. zar. Təbabətdən xəbəri olmadığı halda, həkimlik iddiasında olan adam və ya öz peşəsini yaxşı bilməyən həkim haqqında; yalançı həkim. |
BAYTARLIQ (ID - 3348)is. 1. Mal həkiminin işi, sənəti.
Ev heyvanları xəstəliklərinə və bu xəstəliklərin müalicə üsullarına aid olan. Baytarlıq elmi. Baytarlıq məntəqəsi. Baytarlıq fakültəsi. Baytarlıq elmləri doktoru. |
BAZ (ID - 3349)is. [fars.] Alıcı quş, tərlan, qızılquş; quş ovlamaq üçün ələ öyrədilmiş quş. Şikari aşikar eylər, görün bu baz şahbazı; Könüllər seydinə yarın gözü şahanə laçındır. Xətayi.
...baz [fars.] Bəzi isimlərin axırına... |
BAZA (ID - 3350)[əsli yun.] 1. Bünövrə, əsas, özül, bina. İqtisadi baza. - [Sumqayıtda] metallurgiyanın ilk bazası qoyulur. Mir Cəlal.
// Bir şeyin həyata keçirilməsi, yaxud fəaliyyəti üçün lazım olan maddi-texniki şəraitin məcmusu. Texniki... |
BAZALT (ID - 3351)[lat.] geol. Mürəkkəb tərkibli tünd rəngli, xırda dən-dən, yaxud sıx şəkildə olan vulkanik süxur (şüşə sənayesində, inşaat və s. işlərində istifadə olunur).
|
BAZAR1 (ID - 3352)is. 1. Alış-veriş yeri. Bütün şəhər bazar, dükanları bağlayıb küçələrə çıxmışdı. M.S.Ordubadi. Bazarın başında yoğun və qırmızıbirçək bir baqqal - “buy, dəli Səmədə bax! ” deyib, ona bir çürük badımcan səlbəsi...
|
BAZAR2 (ID - 3353)is. Həftənin şənbədən sonra gələn günü; yekşənbə. Bazar günü. Gələn bazar sizə gələcəyəm.
□ Bazar ertəsi - həftənin bazardan sonra gələn günü; düşənbə. |
BAZARBAŞI (ID - 3354)is. Keçmişdə bazara nəzarət edən şəxs. Sevər arvadın əri ilə qaynını bazarbaşı tutub saxlayıbdır. P.Makulu.
|
BAZARÇA (ID - 3355)is. Kiçik bazar. [Qoçular] gündüz günortaçağı küçə bazarçalarında atışar və istədikləri adamları öldürə də bilərdilər.
H.Sarabski. |
BAZARÇI (ID - 3356)is. məh. Bazarda, meydançada alver edən adam.
|
BAZAR-DÜKAN (ID - 3357)top. Bazarlar və dükanlar. Məşədi Məmməd gündüzlər bazar-dükanı dolanıb, çayxanaları gəzərdi. B.Talıblı.
|