BƏSLƏYİŞ (ID - 3958)is. Bəsləmə işi, bəsləmə.
|
BƏST (ID - 3959)is. [fars.] tar. İranda hökumətin təqibindən və ya dini təqibdən qaçıb xarici səfarətxanalara və ya ziyarətxanalara pənah aparan şəxsin daldalandığı yer, sığnaq. Burada da, Təbrizdə olduğu kimi, bəst vardır. M.S.Ordubadi. Hacı...
|
BƏSTƏ1 (ID - 3960)[fars.] 1. köhn. Bağlı. Əqlü huşum mənim, fikrü xəyalım; 0ux gözdə, qəmzədə bəstədir, ay qız! M.P.Vaqif.
2. Musiqi kompozisiyası. Musiqinin bəstəsi. // məc. Nəğmə, hava, mahnı, musiqi. Seyr et bu varlığı, şeyda bülbülüm!... |
BƏSTƏ2 (ID - 3961)sif Bir qədər alçaq. Mən Sonayam boyu bəstə; Dərdindən olmuşam xəstə. Aşıq Sona. Eldə bir qız sevmişəm; Alagöz, boyu bəstə. (Bayatı). O bəstə dilbərim sözdən küsməsin; Rəhmin, şəfahətin bizdən kəsməsin. (Qoşma).
|
BƏSTƏBOY (ID - 3962)sif Boyu bir qədər alçaq, qısa. Bəstəboy oğlan, qız.
|
BƏSTƏKAR (ID - 3963)is. [fars.] 1. Musiqi əsərləri yaradan şəxs, kompozitor. Azərbaycan musiqisində çoxsəslilik problemini düzgün həll etmək məsələsi hal-hazırda bəstəkar və musiqişünasları düşündürməkdədir. Ü.Hacıbəyov. Musiqi bəstəkarları...
|
BƏSTƏKARLIQ (ID - 3964)is. Musiqi əsərləri yazma sənəti, musiqi əsərləri müəllifliyi, bəstəkar sənəti; kompozitorluq.
|
BƏSTƏLƏMƏ (ID - 3965)“Bəstələmək”dən f.is.
|
BƏSTƏLƏMƏK (ID - 3966)f. Musiqi əsəri yazmaq, hava qoşmaq, havaları nota salmaq. “Şur” ladı üstündə melodiya bəstələrkən, müvafiq fəsildə “Rast” ladına dair göstərilmiş qaydalara riayət edilməlidir. Ü.Hacıbəyov. Musiqini ən qoca bir sənətkar...
|
BƏSTƏLƏNMƏ (ID - 3967)“Bəstələnmək”dən fis.
|
BƏSTƏLƏNMƏK (ID - 3968)məch. Musiqisi yazılmaq, musiqi qoşulmaq, hava qoşulmaq; notaya salınmaq, musiqi ahənginə uydurulmaq.
|
BƏSTƏLƏNMİŞ (ID - 3969)fsif Yazılmış, qoşulmuş, notaya salınmış, musiqi ahənginə uydurulmuş.
|
BƏSTƏR (ID - 3970)is. [fars.] Yataq, yorğan-döşək. ..Bəstəri-möhnətdə xəstə olduğum; Deyən varmı biinsafa görəsən? Q.Zakir. Nə yatıbsan lihaf bəstər içində; Bimar isə nədir bəs halın sənin? Aşıq Pəri. Gövhərtac .. iki gün salamat görünəndə,...
|
BƏSTƏRİ (ID - 3971)sif. [fars.] Yorğan-döşəyə düşmüş (xəstə haqqında). Gövhərtac da o gündən bəstəri naxoşdur. Ə.Haqverdiyev.
|
BƏSTİ (ID - 3972)is. Kiçik küp, küpə. Yağ salıb, bağlayıb cümlə göbək; Hər biri yağ ilə dolan bəsti tək. S.Ə.Şirvani. [Zeynəb:] Mən də bir bəsti şərab alıb, ora gedərəm. M.S.Ordubadi.
|
BƏŞARƏT (ID - 3973)is. [ər.] Muştuluq, müjdə,xoş xəbər, gözaydınlığı. Xövfi-xətadə müztəribəm, var ümid, kim; Lütfən verə bəşarətiəfvü əta mana. Füzuli.
|
BƏŞAŞƏT (ID - 3974) |
BƏŞƏR (ID - 3975)is. [ər.] İnsan, adam. Bu sifətdə kim görübdür bəşəri cahan içində? Nəsimi. Olmuşdu bəşərdən öylə bizar; Kim, öz əksin sanırdı əğyar. Füzuli. Bu hüsn lətafətdə yəqindir bəşər olmaz. S.Ə.Şirvani. Biz belə bir qəhrəmanlıq...
|
BƏŞƏRƏ (ID - 3976)is. [ər.] klas. Bədəni örtən dərinin xarici təbəqəsi.
// İnsanın xarici görünüşü, üzü. Elə ki, hamısı qayib oldu, Yusif şah xacə Mübarəki yanına çağırıb dedi ki: -Sənin bəşərəndən mən görürəm ki, sən gərəkyaxşı... |
BƏŞƏRİ (ID - 3977)sif. [ər.] İnsana, bütün insanlara aid olan; insana məxsus olan; insana xas olan; insani. Bəşəri hisslər. - Bu dövlət, quruluş, torpaq sənindir; Ən uca bəşəri diləyə hörmət. A.Şaiq. Çünki məhəbbət yalnız sevinc deyil, məhəbbət...
|
BƏŞƏRİYYƏT (ID - 3978)is. [ər.] İnsanlıq, insanlar. Bütün tərəqqipərvər bəşəriyyət sülhün keşiyində durmuşdur. - Günəşin yüksəkdən görünən işıqları . . saf bərraq bir dənizin dalğalarında çimərək, bəşəriyyətin gözünü işıqlandırır....
|
BƏŞƏRTA, BƏŞƏRTİ (ID - 3979)bağl. [fars. bə və ər. şərta] (bəzən “ki” ilə: bəşərti ki) köhn. Bu şərtlə, bu şərtlə ki. [Hacı Qara:] ..Mən yağ ilə də sövdə edərəm, bəşərti ki xalis inək yağı ola. M.F.Axundzadə. [Mirzə:] ..Amma bəşərti ki,...
|
BƏŞŞAŞ (ID - 3980)sif. və zərf [ər.] klas. Gülərüzlü, fərəhli, şad. Bəşşaş oturub yanında madər; Hərdən beşiyin əl ilə yellər. A.Səhhət.
bi... [fars.] İsimlərin əvvəlinə gətirildikdə inkar və yoxluq mənasında sifət düzəldən və... |
BƏT-BƏNİZ (ID - 3981)is. bax bəniz. Şiddətli ildırımdan Günəş bağırdı. O birilərində də bətbəniz qalmadı. A.Şaiq. Üçgünlük dəniz səfəri çoxu gəmiyə minməmiş əsgərdə bət-bəniz qoymamışdı. Ə.Əbülhəsən. [Pərzad:] Buna bax! Qızın...
|
BƏTN (ID - 3982)is. [ər.] Qarın. Mənə elə gələrdi ki, [Azad] ana bətnindən lüt-ətcə bu soyuq dünyaya .. qədəm qoyduğu zaman belə səsini çıxarmamışdır. M.İbrahimov.
|
BƏY (ID - 3983)is. 1. Tarixən Qafqazın müsəlman əhalisi arasında zadəgan təbəqəsinə mənsub olan, zəngin, irəli gələn şəxs. Alimdə əməl yox, bəydə ədalət. Q.Zakir. Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxm əkməyə dehqanları neylərdin,...
|
BƏYAN (ID - 3984)is. [ər.] 1. Anlatma, izah etmə, şərh etmə, aydın və açıq söyləmə; izah, şərh, ifadə. Həkimin bəyanına görə, taxıl çöplərini qırıb yerə tökən həmin bu qurd imiş. C.Məmmədquluzadə. Görmüşəm çox gözəl-gözəl şeylər;...
|
BƏYANAT (ID - 3985)is. [ər.] 1. Bir məsələ və s. haqqında hökumət və ya bir idarənin rəsmi məlumatı. Xarici İşlər Nazirliyinin bəyanatı. Bəyanat vermək.
2. İfadə, izahat. [Mirzə Həsən:] Mirzə Məmmədəli, mən səndən xahiş edirəm, hövsələ... |
BƏYANNAMƏ (ID - 3986)is. [ər. bəyan və fars. namə] Xalqa, xalqlara, camaata xitabən yazılı müraciət; müraciətnamə. 'Bəyannamə nəşr etmək. Ümumdünya Sülh Tərəfdarları konqresinin bəyannaməsi.
|
BƏYAZ (ID - 3987)[ər.] 1. sif. Ağ (rəng). Bəyaz gərdəninə siyah tel düzər; Sanasan sonamdır mənim sevdiyim. M.P.Vaqif. Gülüşürpənbə, al bəyaz güllər; Ötüşür hər tərəfdə bülbüllər.
Cavid. [Kərim kişinin] boynu, boğazının altı və... |
BƏYAZLANMA (ID - 3988)“Bəyazlanmaq”dan f.is.
|
BƏYAZLANMAQ (ID - 3989)f. Ağarmaq, ağ rəng almaq. Pərdə bəyazlandı, lampalar söndü, kino verilişi başlandı. Mir Cəlal.
|
BƏYAZLIQ (ID - 3990)is. Ağlıq.
|
BƏYDADAŞ (ID - 3991)is. Zarafatla və ya ciddi müraciət. [Gəray ağa:] Bilirsən, bəydadaş, işlər necə həlləm-qəlləmdir? S.Rəhimov. Bir gün onun istədiyi mühazirəçini göndərdilər və kişinin özünə də xəbər verdilər ki: - Bəydadaş, gözün aydın,...
|
BƏYƏM (ID - 3992)dan. bax məgər. [Ana:] Qardaşın qızıl güllə qabağındadır. Mən bəyəm onlardan artığam? Mir Cəlal. [Şamamanın atası:] Bəyəm o vaxt biz səninlə bu talvarda oturub, belə arxayın söhbət edə bilərdik? İ.Əfəndiyev.
|
BƏYƏNDİRMƏ (ID - 3993)“Bəyəndirmək”dən f.is.
|
BƏYƏNDİRMƏK (ID - 3994)icb. 1. Birinə bir şeyi, yaxud bir çox şeyləri göstərərək aralarından birini seçdirməyə, qəbul etdirməyə çalışmaq. Ona hər şeyi bəyəndirmək çox çətindir.
Xoşuna gəlməsinə, bəyənməsinə çalışmaq, məziyyətlərini... |
BƏYƏNİLMƏ (ID - 3995)“Bəyənilmək”dən f.is. Nadirin bəyənilməsi Məstan bəyi razı saldı və marağını daha da artırdı. B.Talıblı. Çoxaldı get-gedə dostlar, tanışlar; O da bəyənildi, o da bəyəndi... S.Vurğun.
|
BƏYƏNİLMƏK (ID - 3996)məch. Xoşa gəlib qəbul edilmək; seçilmək, üstün tutulmaq.
|
BƏYƏNİŞ (ID - 3997)is. Bəyənmə, bəyənib qəbul etmə, seçmə.
|
BƏYƏNMƏ (ID - 3998)“Bəyənmək”dən f.is.
|
BƏYƏNMƏK (ID - 3999)f. 1. Zövqünə, ruhuna, təbiətinə uyğun gəldiyi üçün bir şeyi xoşlamaq; yaxşı bilib qəbul etmək, təqdir etmək; ürəyinə yatmaq. Bu parçanın rəngini bəyənmədim. Onun əsərini çox bəyəndilər. - [Molla Qasım] ...Güllücə...
|
BƏYƏNMƏZLİK (ID - 4000)is. Bəyənməmə, xoşlanmama, qəbul etməmə.
// Saymazlıq, saymama. |
BƏYİM (ID - 4001)is. köhn. “Bəy” sözünün qadın forması; xanım (adətən bəzi mürəkkəb qadın adlarının ikinci hissəsini təşkil edir).
|
BƏYİMBACI (ID - 4002)is. dan. Hörmət üçün qonşu və ya başqa qadınlara verilən ad.
|
BƏYİMÇÖRƏYİ (ID - 4003)is. aşp. Yumurta, yağ və süd qarışdırılmış buğda unundan bişirilən qoğal. [Bağbaşıdan] əlavə oğlan evində şəkərbura, şəkərçörəyi, bəyimçörəyi .. hazırlayıb, .. qız evinə göndərərdilər. H.Sarabski.
|
BƏYİRİŞMƏ (ID - 4004)“Bəyirişmək”dən f.is.
|
BƏYİRİŞMƏK (ID - 4005)qarş. Ağız-ağıza verib bəyirmək.
|
BƏYİRMƏ (ID - 4006)“Bəyirmək”dən f.is.
|
BƏYİRMƏK (ID - 4007)f. Səs təqlidini bildirən söz; daha çox kiçik buynuzlu və balaca heyvanların səslənmələri. Dana anasının dalınca bəyirirdi. - Gedə, nə belə payız buzovu kimi bəyirirsən? M.S.Ordubadi.
|