BƏYis. 1. Tarixən Qafqazın müsəlman əhalisi arasında zadəgan təbəqəsinə mənsub olan, zəngin, irəli gələn şəxs. Alimdə əməl yox, bəydə ədalət. Q.Zakir. Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxm əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir. Mədənlərdə, fabrik və zavodlarda işləyən fəhlələr, bəyin zülmündən və aclıqdan qaçıb, iş axtarmağa gəlmiş kəndlilər, kasıblar “Çəmbərəkənddə” yaşayırdılar. S.Rəhman.
// Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb. Bəy dediyin nədir, bəyənmədiyin nə?! (Məsəl). tar. Başçı, rəis, hakim. Əşirət bəyi. Bəylə bostan əkənin tağı çiynində bitər. (Ata. sözü). məc. Hökmran, hakim, ağa mənasında. Dərə xəlvət, tülkü bəy. (Ata. sözü). Ümumiyyətlə, oxumuş adamlara ehtiram əlaməti olaraq verilən ləqəb. Bacı, qabağa gəlin, sözünüzü müəllim Həbib bəyə deyin. S.Rəhman. etnoqr. Toyu edilən, evlənən oğlan. Toyun üçüncü gecəsinin sabahı bəyi hamama aparardılar. H.Sarabski. □□ Ac bəy, quru bəy köhn. - iflas etmiş, var-yoxu əlindən çıxmış bəy, mülkədar; // yoxsul, lakin lovğa adam haqqında. Paylaşın - Hamı bilsin
|