İzahlı lüğət

BƏŞƏR

is. [ər.] İnsan, adam. Bu sifətdə kim görübdür bəşəri cahan içində? Nəsimi. Olmuşdu bəşərdən öylə bizar; Kim, öz əksin sanırdı əğyar. Füzuli. Bu hüsn lətafətdə yəqindir bəşər olmaz. S.Ə.Şirvani. Biz belə bir qəhrəmanlıq görməmişik bəşərdə. S.Rüstəm.
// Toplu mənada. Kamalın, hüsnün eşqilə bəşər cənnət yaratmışdır. S.Vurğun. Qütbün ilk körpüsü olan bu uçuş; Bəşərin ən qədim bir arzusudur. Ə.Cəmil.
□□ Növi-bəşər - insanlar. Məktəblə qılar növi-bəşər dəfi-bəlaya; Məktəblə çıxar zahirə əsrari-xəfaya... M.Hadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BAH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed