BƏYAZ[ər.] 1. sif. Ağ (rəng). Bəyaz gərdəninə siyah tel düzər; Sanasan sonamdır mənim sevdiyim. M.P.Vaqif. Gülüşürpənbə, al bəyaz güllər; Ötüşür hər tərəfdə bülbüllər.
Cavid. [Kərim kişinin] boynu, boğazının altı və bütün siması bəyaz tüklərlə örtülmüşdü. M.İbrahimov. □ Bəyaz gecə(lər) - b ax ag gecə(lər) (“ağ”da). Burda Çaykovski öz zəkasını; Verib sənətinə bəyaz gecələr; Yazdı romansını, simfoniyasını. M.Rahim. Biz artıq bəyaz gecələr davam edən şimal məntəqəsinə daxil olduq. Ə.Məmmədxanlı. 2. B ax bayaz 2-ci mənada. Savadlı gənclərin bəyazı olardı, bu bəyazlara ana dilindəki şeirlərin nəfis parçaları köçürülər, əzbərlənərdi. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|