BƏŞƏRİsif. [ər.] İnsana, bütün insanlara aid olan; insana məxsus olan; insana xas olan; insani. Bəşəri hisslər. - Bu dövlət, quruluş, torpaq sənindir; Ən uca bəşəri diləyə hörmət. A.Şaiq. Çünki məhəbbət yalnız sevinc deyil, məhəbbət eyni zamanda yüksək bəşəri bir vəzifə idi. Ə.Məmmədxanlı. ..Onların [Bahadır və Sonanın] faciəsi hər şeydən əvvəl ictimai, bəşəri bir faciə kimi səslənir. M.Arif.
Paylaşın - Hamı bilsin
|