BƏDAYE (ID - 3558)[ər.] İncəsənətə, bədiiyyata aid olan. Bədaye teatrı.
|
BƏDBATİN (ID - 3559)sif [fars. bəd və ər. batin] Pisürəkli, qəlbi pis, pisniyyətli; paxıl, kinli. Bədbatin adam. - Var fəqət bəzi şeyxi-bədbatin; Zahiri-halı xoş, ürək xain. H.Cavid.
|
BƏDBƏXT (ID - 3560)sif. [fars. bəd və ər. bəxt] Talesiz, bəxtsiz, taleyi pis, uğursuz. Bədbəxt adam. Bədbəxt hadisə. - [Qətibə:] Ailəmizə üz verən böyük və bədbəxt faciəni sizə bildirməyə məcbur oldum. M.S.Ordubadi.
// İs. mənasında. Gərçi... |
BƏDBƏXTANƏ (ID - 3561)zərf [fars.] Bəxtsizcəsinə, talesizcəsinə, uğursuzcasına. Neçin arif yaşar dünyada bədbəxtanə, bilməm ki. M.Hadi.
|
BƏDBƏXTÇİLİK (ID - 3562)dan. bax bədbəxtlik.
|
BƏDBƏXTLİK (ID - 3563)is. Talesizlik, bəxtsizlik; fəlakət, müsibət, uğursuzluq. Bədbəxtlik üz vermək. - [Arşak:] ..İndi isə vaxtımı iyirmi nəfər yetimlə keçirib, gələcək bədbəxtliyi gözləyirəm. M.S.Ordubadi.
|
BƏDBİHESAB (ID - 3564)sif. [fars. bəd, bi və ər. hesab] dan. Tamamilə haqsız, doğru olmayan. Yoldaşı verdi cavab: “Danışma bədbihesab”. A.Səhhət.
|
BƏDBİHESABLIQ (ID - 3565)is. Tamamilə haqsızlıq, ədalətsizlik, insafsızlıq. [İsmayıl bəy:] Doğrudan, mahalda bədbihesablıq o qədər artıbdır ki, əhalinin naləsi asimanə bülənd olubdur və bu bədbihesablığa bais bizim bəylərdir. N.Vəzirov.
|
BƏDBİN (ID - 3566)sif. [fars.] Həyatda hər şeyi pis görən, hər şeyə ümidsiz baxan, gələcəyə inanmayan. 'Bədbin adam. - Nədənsə indi hər şey və hər kiçik təsadüf məni bədbin fikirlərə sala bilirdi. M.S.Ordubadi.
|
BƏDBİNLƏŞDİRMƏ (ID - 3567)“Bədbinləşdirmək”dən f.is.
|
BƏDBİNLƏŞDİRMƏK (ID - 3568)f. Bədbin etmək, bədbin olmasına səbəb olmaq, həyatdan küsdürmək.
|
BƏDBİNLƏŞMƏ (ID - 3569)“Bədbinləşmək”dənfis.
|
BƏDBİNLƏŞMƏK (ID - 3570)f. Bədbin olmaq, həyatdan küsmək. Günəş də bunu görüb ümidini kəsir, bədbinləşir, bəxtinə lənət oxuyurdu. Ə.Vəliyev.
|
BƏDBİNLİK (ID - 3571)is. Bədbin adamın əhvaliruhiyyəsi; ümidsizlik, gələcəyə inamsızlıq, düşkün əhvali-ruhiyyə.
|
BƏDBU(Y) (ID - 3572) sif. [fars.] Pisiyli, pisqoxulu. Zəqqum ağacının hər şaxəsində yetişmiş min cür meyvələri var ki, hamısı acı, bədbuy və şeytan başına oxşayırlar. Ə.Haqverdiyev.
|
BƏDCİNS (ID - 3573)sif. [fars. bəd və ər. cins] bax bədəs(i)l. Bədnəzər qonşudan, bədcins yoldaşdan; Qədir bilənlərin iti yaxşıdır. Aşıq Hüseyn.
|
BƏDCİNSLİK (ID - 3574)bax bədəsillik.
|
BƏDDUA (ID - 3575)is. [fars. bəd və ər. dua] din. Qarğış, nifrin, lənət.. [Şeyx Nəsrulla:]
Cəhənnəm ol! Vallahi, elə bəddua elərəm ki, yer ilə yeksan olarsan! C.Məmmədquluzadə. [Ağa Məhəmməd xan:] ..Dul qalmış övrətlərin bədduası kimin... |
BƏDƏBƏD (ID - 3576)bədəbəd eləmək dan. - sözündən qaçmaq, əhdindən qaçmaq.
|
BƏDƏBƏDDƏ (ID - 3577)zərf dan. Pis ayaqda, bərk ayaqda, vəziyyət çətinə düşdükdə, çıxılmaz vəziyyətə düşdükdə, əlac kəsildikdə.
|
BƏDƏFKAR (ID - 3578)is. və sif. [fars. bəd və ər. əfkar] Sui-qəsdçi, cinayətkar, cani. [Çopurov:] Kəlbalı naməlum bədəfkar tərəfindən qəflətən vurulmuşdur. S.Rəhimov.
|
BƏDƏFKARLIQ (ID - 3579)is. Cinayətkarlıq, suiqəsdçilik, quldurluq, cinayət. Bu mahalda baş verən cinayət və bədəfkarlıqlarda məzkurların dəst(i) .. var... Mir Cəlal.
|
BƏDƏHVAL (ID - 3580)sif. [fars. bəd və ər. əhval] Əhvalı pis, halı pis, halı pozğun.
|
BƏDƏXLAQ (ID - 3581)sif. [fars. bəd və ər. əxlaq]
Əxlaqı pis, əxlaqı pozğun, əxlaqsız. Pis xasiyyətli, tünd xasiyyətli. |
BƏDƏXLAQLIQ (ID - 3582)is. Əxlaqı pislik.
|
BƏDƏL (ID - 3583)is. [ər.] köhn. 1. Bir şeyin yerini
tutan və ya tuta bilən, bir şeyi əvəz edə bilən şey. Can cövhərinə bədəldir övlad; Övlad qoyan qoyar həmin ad. Füzuli. // Qarşılıq, əvəz, bir şeyin yerinə verilən şey. 2. Tay,... |
BƏDƏMƏL (ID - 3584)sif. və is. [fars. bəd və ər. əməl] 1. Pis işlərlə məşğul olan, pis iş görən; əxlaqsız. Görəsən hansı bədəməllərin oduna yanırıq? C.Məmmədquluzadə.
Şuluqçu, sırtıq, nadinc, pis. Bədəməl uşaq. |
BƏDƏN (ID - 3585)is. [ər.] İnsan və ya heyvanın vücudu; gövdə. Bədən üzvləri. İri bədən. Sağlam bədən. Ağ bədən. - [Gülpəri:] Yazığı o qədər döyübdür ki, bədənində sağ yer qalmayıb. Ə.Haqverdiyev. İndi ananın yarıçılpaq bədəni...
|
BƏDƏNCƏ (ID - 3586)is. məh. Qısa qadın arxalığı.
|
BƏDƏNCƏRƏ (ID - 3587)sif. dan. Zahiri görünüş, yaxud bədən quruluşu cəhətdən pis, eybəcər, yaraşıqsız, biçimsiz, iyrənc, bədləkər.
|
BƏDƏNCƏRƏLİK (ID - 3588)mücər. dan. Eybəcərlik, yaraşıqsızlıq, biçimsizlik, çirkinlik, görkəmsizlik.
|
BƏDƏNDAM (ID - 3589)sif. [fars.] Bədən quruluşu düzgün olmayan, bədəninin hissələri arasında tənasüb olmayan; yöndəmsiz.
|
BƏDƏNNÜMA (ID - 3590)sif. [ər. bədən və fars. nüma] Adətən bədənnüma ayna (güzgü) şəklində işlənir - başdan-ayağa bütün bədəni göstərən böyük güzgü. [Ağa Mərdan:] A kişi, mən sənin gözündə necə görükürəm? Qoy bir aynaya baxım. (Bədənnüma...
|
BƏDƏS(İ)L (ID - 3591)sif. və is. [fars. bəd və ər. əsl] köhn. Əsli pis, zatı pis, mayası pis; əsilsiz, nəcabətsiz (bəzən söyüş mənasında işlənir). Bədəsillər ciyərimi doğrayır; Əsil olan məlhəm qoyub bağlayır. Aşıq Molla Cümə.
|
BƏDƏSİLLİK (ID - 3592)is. Əsilsizlik, nanəciblik, nacinslik.
|
BƏDƏVİ (ID - 3593)sif. [ər.] Köçəri, çöllü. Bədəvi ərəb.
|
BƏDƏVİLİK (ID - 3594)is. Köçərilik.
|
BƏDFAL (ID - 3595)is. [fars. bəd və ər. fal] Uğursuzluq, bədbəxtlik; fəlakət əlaməti. Qonaqlar da bu işi şahın gələcəyi üçün bədfal hesab edirdilər. P.Makulu.
|
BƏDGU (ID - 3596)sif. və is. [fars.] Başqaları haqqında pis danışan, qeybət edən. Nəyçün sənə tənə edə bədgu; Namusuna layiq işmidir bu? Füzuli. Bir neçə an sükutdan sonra ona [Ərəblinskiyə] təsəlli vermək üçün bədgular haqqında söylənmiş...
|
BƏDGULUQ (ID - 3597)is. Başqası haqqında pis danışma, qeybət etmə xasiyyəti və işi.
|
BƏDGÜMAN (ID - 3598)sif. [fars.] Həqiqəti bilmədən, zənn və təxminə görə bir şey haqqında pis düşünən, pis fikirdə olan; şübhə edən. Bildi ki, rəqib bədgümandır. Füzuli.
□ Bədgüman etmək - şübhəyə salmaq, şübhələndirmək. Şami-vüsal... |
BƏDGÜMANLIQ (ID - 3599)is. Pis fikir, şübhə. Tərəhhüm qıl, tərəhhüm qıl, tərəhhüm; Başınçun eylə tərki-bədgümanlıq. Əmani.
|
BƏDHAQQ (ID - 3600)sif. [fars. bəd və ər. həqq] Aldığı borcunu qaytarmaq istəməyən, haqverməz.
|
BƏDHAQLIQ (ID - 3601)is. Haqverməzlik. [Ustalar] bir az əmtəələrini satdıqları tacirin bədhaqlığından danışdılar, sonra ticarətin dayandığından şikayətləndilər. Çəmənzəminli.
|
BƏDHAL (ID - 3602)sif. [fars. bəd və ər. hal] Halı pis, halı ağır, vəziyyəti ağır. Xəstə dünən bədhal idi. - Öylə bədhaləm ki, əhvalım görəndə şad olur; Hər kimin kim, dövr cövründən dili-naşadı var. Füzuli.
|
BƏDHESAB (ID - 3603)is. [fars. bəd və ər. hesab] Haqsız. Hesabiyə dağda olsa, əgilləm; Bədhesaba yaman kinligirəm mən. “Koroğlu”.
|
BƏDHEYBƏT (ID - 3604) |
BƏDHEYKƏL (ID - 3605)sif. [fars. bəd və ər. heykəl] Pis görünüşlü, bədəni yöndəmsiz, biçimsiz. Bədheykəl adam.
|
BƏDHƏRƏKƏT (ID - 3606)sif. [fars. bəd və ər. hərəkət] Rəftarsız, bədxasiyyət, qılıqsız.
|
BƏDXAB (ID - 3607)sif. [fars.] Yuxusu pis.
□ Bədxab olmaq - yuxusu qaçmaq. [Əkbər:] ..Səndən ayrılandan sonra gedib bədxab olub sübhədəkyata bilməmişəm. Ə.Haqverdiyev. Bədxab etmək - yuxusunu qaçırmaq, yatmağa qoymamaq, yuxudan ayıltmaq. [Qarovulçu:]... |
Bu səhifə dəfə baxılıb