BUXARLAMA (ID - 5159)“Buxarlamaq”dan f.is.
|
BUXARLAMAQ (ID - 5160)bax buğlamaq.
|
BUXARLANDIRILMA (ID - 5161)“Buxarlandırılmaq”dan f.is.
|
BUXARLANDIRILMAQ (ID - 5162)bax buğlandırılmaq.
|
BUXARLANDIRMA (ID - 5163)“Buxarlandırmaq”dan f.is.
|
BUXARLANDIRMAQ (ID - 5164)f. Buxara çevirmək, buxar halına salmaq; buğlandırmaq.
|
BUXARLANMA (ID - 5165)“Buxarlanmaq”dan f.is.
|
BUXARLANMAQ (ID - 5166)f Buxar olmaq, buxar halına gəlmək, buğa çevrilmək; buğlanmaq.
|
BUXARÖLÇƏN (ID - 5167)is. tex. Borularda olan buxarın miqdarmı ölçən cihaz.
|
BUXARPAYLAYAN (ID - 5168)is. tex. Buxar mühərriki silindrlərində buxarı avtomatik paylaşdıran mexanizm.
|
BUXÇA (ID - 5169)bax boğça.
|
BUXOV (ID - 5170)is. 1. Otlağa buraxılan atların ayağına vurulan dəmir çidar.
// Qandal. 2. məc. Maneə, əngəl. □ Buxov vurmaq (olmaq) - bax buxovlamaq 2-ci mənada. [Şərqli] öz ayağına buxov, qoluna zəncir vurmaq istəmir. O.Sarıvəlli. |
BUXOVLAMA (ID - 5171)“Buxovlamaq”dan f.is.
|
BUXOVLAMAQ (ID - 5172)f 1. Ayağa buxov vurmaq. Atları buxovlamaq.
// Qandallamaq. 2. məc. Əl-qol açmağa, inkişaf etməyə qoymamaq, mane olmaq, əngəl olmaq, qabağını almaq. [Davud:] Daha, deyirlər, daşmır. Bəndlər onu \Kür çayını] buxovlayıb. Mir... |
BUXOVLANMA (ID - 5173)“Buxovlanmaq”dan f.is.
|
BUXOVLANMAQ (ID - 5174)f 1. məch. Buxov vurulmaq. Atlar buxovlanmışdır.
// Qandallanmaq. // məc. Əl-ayağı bağlanmaq. 2. məc. Dəli olmaq. \Cahangir bəy:] Əgər bir neçə müddət də ömrüm belə keçsə, arzuma çatmasam, yəqin ki, buxovlanacağam.... |
BUXOVLANMIŞ (ID - 5175) |
BUXOVLATMA (ID - 5176)“Buxovlatmaq”dan f.is.
|
BUXOVLATMAQ (ID - 5177)icb. Ayağına buxov vurdurmaq.
|
BUXOVLU (ID - 5178)sif. Ayağında buxov olan, buxovlanmış.
// Qandallı, ayağına qandal vurulmuş. |
BÜXTA (ID - 5179)is. [alm.] Dənizdə gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz. Arxada, buxtadakı gəmilərin top atəşi.. düşmənin başına od ələməyə başladı. Ə.Əbülhəsən.
|
BUXUR (ID - 5180)is. [ər.] Yandırıldıqda ətir saçan qatran.
|
BUXURDAN (ID - 5181)is. [ər.] köhn. İçində buxur yandırılan kiçik qab.
|
BUKET (ID - 5182)is. [fr.] Gül, çiçək dəstəsi. Qız, oğlan lalə kimi uzaqlardan seçilir, onlar çiçəklərlə .. maraqlanır, buket tuturlar. Mir Cəlal. Səriyyə bülbüllərin nəğməsini dinləyədinləyə .. yolun kənarında gül, çiçək toplayır,...
|
BUKİNIST (ID - 5183)is. [fr.] Az tapılan, yaxud köhnə kitabları alıb-satmaqla məşğul olan kitab mağazası, yaxud adam. Bukinist mağazası ərəb və fars dillərində çap olunmuş kitabları və əlyazmalarını alır. (Qəzetlərdən).
|
BUKLET (ID - 5184)is. [fr.] Mətn və şəkillərlə müşayiət edilən informasiya materialından ibarət iri formatlı çap məhsulu; şəkilli broşüra.
|
BUQƏLƏMUN (ID - 5185)is. [ər.] 1. Mühitə görə öz dərisinin rəngini dəyişdirmək qabiliyyətinə malik olan sürünən heyvan. Buqələmun (xameleon) bir kiçik kərtənkələdir. Bu kərtənkələ bir ağacın budağına yapışıb, heç tərpənməyib, onun üstə...
|
BUQƏLƏMUNLUQ (ID - 5186)is. İkiüzlülük, riyakarlıq, dondan-dona girmə.
|
BULAQ (ID - 5187)is. 1. Yerin altından sızıb çıxan sərin, soyuq su mənbəyi; çeşmə, qaynaq. Bulaq başdan bulanar. (Ata. sözü). \Şirvan vilayətinin] xoş havalı yaylaqları, şirin bulaqları və hər iki tərəfə axan çoxlu çayları vardır. A.Bakıxanov....
|
BULAQOTU (ID - 5188)is. bot. Rütubət yerlərdə bitən ot, bitki.
|
BULAMA (ID - 5189)is. 1. “Bulamaq”dan f.is.
2. Təzə doğan sağmal heyvanların ilk günlərdə sağılan südü. Nənəm o şişək qoyun; Yunu bir döşək qoyun; Bulamanı tez yetir; Qırıldı uşaq, qoyun. (Sayaçı sözü). Məmmədağanın inəyi də yenicə... |
BULAMAC (ID - 5190)is. Süddə bişirilən un sıyığı . Qışda bulamac, yayda doğramac. (Ata. sözü).
|
BULAMAQ (ID - 5191)f 1. Mayenin içinə qaşıq və s. salıb onu qarışdırmaq. Dovğanı bulamaq. Südü bulamaq.
Sürtüb ləkələmək, bulaşdırmaq, batırmaq. Üst-başını palçığa bulamaq. Əllərini mürəkkəbə bulamaq. O tərəf-bu tərəfə tərpətmək,... |
BULANDIRICI (ID - 5192)sif. 1. Bulandıran; bir şeyin saflığını, şəffaflığını, parlaqlığını pozan.
2. Mədəni qarışdıran, qusdurucu. |
BULANDIRILMAQ (ID - 5193)məch. Bulanıq hala salınmaq.
|
BULANDIRMA (ID - 5194)“Bulandırmaq”dan f.is.
|
BULANDIRMAQ (ID - 5195)f 1. Duru suya və ya hər hansı bir şəffaf mayeyə başqa bir şey qarışdıraraq, yaxud dibindəki çöküntünü və s.-ni qaldıraraq bulanıq hala salmaq, rəngini pozmaq. Suyu bulandırmaq. Dərmanı çalxalayıb bulandırmaq. - De görüm bir,...
|
BULANIQ (ID - 5196)sif. Mayelər haqqında: şəffaf, saf, təmiz, bərraq olmayan, şəffaflığını itirmiş (zibillənmək, yaxud başqa bir şey qarışmaq nəticəsində) (duru ziddi). Bulanıq su. Bulanıq benzin. Bulanıq dərman. - [Nurəddin] bulanıq su ilə...
|
BULANIQLIQ (ID - 5197)is. Bulanıq şeyin halı (duruluq ziddi).
|
BULANLIQ (ID - 5198)1. B ax bulanıq. Bulanlıq çaylar, ümmanlar, tamam yer, göy durulmuşdur. S.Vurğun.
Bulanıq şeyin halı. Hovuzda səqfin yırtığından düşən işıq suyun bulanlığını güc ilə aşkar edirdi. Çəmənzəminli. |
BULANMA (ID - 5199)“Bulanmaq”dan f.is.
|
BULANMAQ (ID - 5200)f. 1. Duruluğunu, saflığını, şəffaflığını, bərraqlığını itirmək. Arxın suyu bulandı.
// Tutqunlaşmaq. Mayenin rəngi gah ağarır, gah da bulanırdı. Bulaşmaq, batmaq, kirlənmək. Uşağın üst-başı palçığa bulandı.... |
BULANTI (ID - 5201)is. 1. Bulanmış şey.
2. Mədənin qarışması nəticəsində əmələ gələn qusma halı. |
BULAŞDIRILMA (ID - 5202)“Bulaşdırılmaq”danf.is.
|
BULAŞDIRILMAQ (ID - 5203)məch. Sürtülüb ləkələndirilmək, kirləndirilmək, batırılmaq.
|
BULAŞDIRMA (ID - 5204)“Bulaşdırmaq”dan f.is.
|
BULAŞDIRMAQ (ID - 5205)f Sürtmək, sürtüb ləkələmək, çirklətmək, batırmaq. Hisə bulaşdırmaq. Üst-başını mürəkkəbə bulaşdırmaq.
|
BULAŞIQ (ID - 5206)sif. 1. Bir şeyə bulaşmış, batmış. Bulaşıq qaşıq. - [Uşaq] yayın istisində tərləyə-tərləyə həyəti süpürər, bulaşıq qabları yuyar, gedib ağasının dükanının qabağını süpürər, sulayardı. H.Sarabski.
Zığlı, kirli.... |
BULAŞIQLI (ID - 5207)bax bulaşıq. Bulaşıqlı səhəngdən bulanıq su tökülər. (Ata. sözü). [Qızılgül:] Mən hamıdan yaxşı, yaraşıqlıyam; Sevməliyəm, ətrə bulaşıqlıyam. A.Səhhət.
|
BULAŞIQLIQ (ID - 5208)is. Bulaşmış şeyin halı.
|