BULAMAis. 1. “Bulamaq”dan f.is.
2. Təzə doğan sağmal heyvanların ilk günlərdə sağılan südü. Nənəm o şişək qoyun; Yunu bir döşək qoyun; Bulamanı tez yetir; Qırıldı uşaq, qoyun. (Sayaçı sözü). Məmmədağanın inəyi də yenicə doğmuşdur. Ləzzətli bulaması var, - deyə Tağı əmi tərif etdi. S.S.Axundov. // Yumurta, süd və şəkərdən hazırlanan yemək. [Mərdəli:] Bəs bulama necə? Bu ondan deyil! ..Anam yumurta vurub. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|