BULANDIRMAQf 1. Duru suya və ya hər hansı bir şəffaf mayeyə başqa bir şey qarışdıraraq, yaxud dibindəki çöküntünü və s.-ni qaldıraraq bulanıq hala salmaq, rəngini pozmaq. Suyu bulandırmaq. Dərmanı çalxalayıb bulandırmaq. - De görüm bir, neçin suya girdin? Niyə sərçeşməni bulandırdın? A.Səhhət.
Mədəsini qarışdırmaq, qusmaq ehtiyacı doğurmaq. Paylaşın - Hamı bilsin
|