BULANMAQf. 1. Duruluğunu, saflığını, şəffaflığını, bərraqlığını itirmək. Arxın suyu bulandı.
// Tutqunlaşmaq. Mayenin rəngi gah ağarır, gah da bulanırdı. Bulaşmaq, batmaq, kirlənmək. Uşağın üst-başı palçığa bulandı. - Yaralı, al-qana boyanmış idim; Yıxılıb torpağa bulanmış idim. A.Səhhət. Mədəsi qarışmaq, qusmaq ehtiyacı hiss etmək. Mədəsi bulanmaq. Ürəyi bulanmaq. məc. Pozulmaq, xarablaşmaq, qarışmaq, tutulmaq. - Axşam yaxınlaşdıqca, Həsən kişinin əhvalı bulanırdı. M.İbrahimov. // Hava haqqında. Hava bulandı. // Coşmaq, həyəcanlanmaq. Bulandı dəryalar, həm daşdı sular; Qaynaqsız bulaqlar çayə dönübdür. Qurbani. Mən ağ günlər şairiyəm; Fəqət yaman bir xəbərdən; Dəniz kimi bulannam mən. S.Vurğun. // məc. Ölgünləşmək, hissiz bir hala gəlmək, tutqunlaşmaq. Zehni bulanmaq. Gözləri bulanmaq. Paylaşın - Hamı bilsin
|