BÜLÖVLÜ (ID - 5460)sif. Bülöv daşma çəkilib itilənmiş, iti.
|
BÜLÖVLÜK (ID - 5461)sif. Bülövə yarar. Bülövlük daş.
|
BÜLUĞ (ID - 5462)[ər.] 1. Yetkinlik, yetişmə; həddibüluğa çatma.
2. Oğlan uşağının özünü tanıması. |
BÜNÖVRƏ (ID - 5463)is. 1. Özül, əsas, təməl. Evin bünövrəsi möhkəmdir. - Əhmədov maşından düşüb salam verdi. Bünövrələrə sarı yeridi. Mir Cəlal.
// Məc. mənada. [Fərhad:] ..Ey mənim dərdlərimin bünövrəsi, gəl yanımda otur.. Ə.Haqverdiyev.... |
BÜNÖVRƏLİ (ID - 5464)sif. Bünövrəsi, özülü, təməli, əsası olan. Bünövrəli mülk.
// məc. Möhkəm, əsaslı. İşi bünövrəli gör. |
BÜNÖVRƏSİZ (ID - 5465)sif. Bünövrəsi, əsası, özülü, təməli olmayan. Bünövrəsiz tikintinin davamı olmaz.
// Davamsız, əsassız. |
BÜNYAD (ID - 5466)is. [fars.] Əsas, özül, təməl.
Bünyad etmək köhn. - əsasını qoymaq, yaratmaq. Ol qızlar içində bir pərizad; Qeys ilə məhəbbət etdi bünyad. Füzuli. |
BÜNYƏ (ID - 5467)is. [ər.] Bədənin təbii halı, quruluşu; əsas, kök, bünövrə, özül. Onun bünyəsi sağlam deyil.
|
BÜRC1 (ID - 5468)is. [ər.] Qədim şəhər hasarının üzərində müşahidə və müdafiə qülləsi; qala çıxıntısı. Bakı şəhəri qarşısında, dəniz içərisində indi də görünən bürclərdən, hasarlardan .. məlum olur ki, dörd-beş yüz il bundan...
|
BÜRC2 (ID - 5469)is. [ər.] astr. Göydə Günəş dairəsinin bölündüyü 12 qisimdən hər biri. Böyük Ayı bürcü. - Bir bürcdə sabit oldu əxtər; Məhbusi-xəzanə oldu gövhər. Füzuli. Səhərin ruzgarı Gülüstana əsdiyi zaman, çəmənlər donunu dəyişir...
|
BÜRHAN (ID - 5470)is. [ər.] Dəlil, sübut. Aşiqisadiqləriz, pünhan deyil bürhanımız; Kizbdən varəstə qalmış, şükr olsun, canımız. M.Hadi.
|
BÜRKÜ (ID - 5471)is. Nəfəs almağı çətinləşdirən isti hava, boğanaq hava. Dolu çox isti və bürkü olan zamanda nüzul edir. H.Zərdabi. Axşam qaranlığı düşdüyünə baxmayaraq, hava hələ bürkü idi. S.Rəhman.
|
BÜRKÜLƏŞMƏ (ID - 5472)“Bürküləşmək”dən f.is.
|
BÜRKÜLƏŞMƏK (ID - 5473)f. Bürkü olmaq, nəfəs almağı çətinləşdirəcək bir hala gəlmək, boğanaq hala gəlmək (hava).
|
BÜRKÜLÜ (ID - 5474)sif. Boğanaq, nəfəsi çətinləşdirəcək dərəcədə isti. Bürkülü bağlarda adam istidən boğulurdu. Mir Cəlal. Bürkülü iyun günlərinin birini Murad Kür qırağındakı söyüdlükdə, Əziz isə təcrübə tarlasında qarşıladı....
|
BÜRKÜLÜK (ID - 5475)is. Bürkülü hava.
|
BÜRQƏ (ID - 5476)is. [ər.] köhn. Üz örtüyü, rübənd. Dilbər, səni tanrı, günəş camalın; At bürqəni, al yanağın görünsün. Q.Zakir.
|
BÜRMƏLƏMƏ (ID - 5477)“Bürmələmək”dən f.is.
|
BÜRMƏLƏMƏK (ID - 5478)f. Lülə şəklində sarımaq; bir şeylə hər tərəfıni bürümək, sarımaq; sarıyıb örtmək; bükmək.
|
BÜRMƏLƏNMƏ (ID - 5479)“Bürmələnmək”dən f.is.
|
BÜRMƏLƏNMƏK (ID - 5480)məch. Lülə şəklində sarınmaq, bir şeylə hər tərəfi bürüdülmək; örtülmək, bükülmək.
|
BÜRMƏLƏNMİŞ (ID - 5481)fsif Lülə şəklində sarınmış, bükülmüş.
|
BÜRNƏK (ID - 5482)bax bürüncək1#.
|
BÜRO (ID - 5483)[fr.] 1. Bəzi orqanların, idarələrin, təşkilatların və s.-nin rəhbərlik edici hissəsinin adı. Qonaqlar gedəndən sonra, İvan Astafoviç büro iclası keçirmişdir. Mir Cəlal.
// Həmin büro heyətinin iclası. Məsələyə büroda... |
BÜROKRAT (ID - 5484)is. [fr.] Vəzifəsini işin zərərinə, formal yerinə yetirən adam; rəsmiyyətçi.
|
BÜROKRATСASINA (ID - 5485)b ax bürokratik.
|
BÜROKRATIK (ID - 5486)sif Bürokratizmə xas olan, bürokratizm mahiyyətində olan. Bürokratik quruluş.
|
BÜROKRATİYA (ID - 5487)[fr.] 1. Burjua cəmiyyətində: hakimiyyəti əllərində saxlayan istismarçı sinfin imtiyazlı təbəqəsi; idarə başında duran bürokratlar, yüksək rütbəli məmurlar.
2. Bax bürokratizm. |
BÜROKRATIZM (ID - 5488)[fr.] 1. Yalnız rəsmiyyətə riayət etmək xatirinə olaraq, işin mahiyyətinə laqeydlik göstərmə; süründürməçilik, rəsmiyyətçilik. Bürokratizm ilə mübarizə. Bürokratizmi aradan qaldırmalı.
Sinifli cəmiyyətdə: dövlət hakimiyyətinin... |
BÜROKRATLAŞMA (ID - 5489)“Bürokratlaşmaq”dan f.is.
|
BÜROKRATLAŞMAQ (ID - 5490)f. Bürokrat olmaq. 372
|
BÜROKRATLIQ (ID - 5491)is. Bürokrat adamın keyfiyyəti; rəsmiyyətçilik, süründürməçilik.
|
BÜRRAN (ID - 5492) |
BÜRUDƏT (ID - 5493)is. [ər.] klas. Soyuqluq, soyuq. Tifllər şiddəti-bürudətdən; Ağlaşır zar-zar vəhşətdən. M.Ə.Sabir.
|
BÜRUZ (ID - 5494)[ər.] Ancaq köməkçi feillərlə: büruz eləmək (etmək) - b ax büruzə vermək. Sordum dəhanını, dedi dil: sirriqeybdir; Öz əczini büruz elədi bu cavab ilə.S.Ə.Şirvani. Gah-gah, birpara əfradi-bəninövi-bəşərdən büruz edir. M.F.Axundzadə;...
|
BÜRÜMƏ (ID - 5495)“Bürümək”dən f.is.
|
BÜRÜMƏK (ID - 5496)f 1. Hər tərəfini bir şeylə sarımaq, bir şeyə bükmək. Laçın qəfildən yapıncısını açıb Gülyazı bürüdü. M.Hüseyn.
Gizlətmək, örtmək. Üzünü bürümək. -Nəğmə kimi pərdə çək xəyalə; Qönçə kimi yüz bürü cəmalə.... |
BÜRÜNC (ID - 5497)is. 1. Mis, sink, qalay xəlitəsindən ibarət metal.
2. Bürüncdən qayrılmış. Bürünc ləyən. Bürünc məftil. - Bayaq Mirzə Əliməmmədi içəri buraxıb çıxan nökər üstü incə naxışlı bürünc sinidə iki fincan qəhvə gətirdi.... |
BÜRÜNCƏK1 (ID - 5498)is. Bürünməyə yarayan örtü, üst geyim. Bu gecə məndən yatdı yoxdu, gərək bir bürüncəkgötürəm. C.Məmmədquluzadə. Müsafirlərin birisi bürüncəyə, o birisi yorğana, bəziləri də palaz və cecimlərə bürünmüşdü. M.S.Ordubadi.
... |
BÜRÜNCƏK2 (ID - 5499)is. bot. Taxıllar qrupuna mənsub birillik ot bitki.
|
BÜRÜNCƏKLİ (ID - 5500)sif. Bürüncək geymiş, üzərinə bürüncək salmış, bir şeyə bürünmüş.
|
BÜRÜNDÜRMƏ (ID - 5501)“Büründürmək”dən fis.
|
BÜRÜNDÜRMƏK (ID - 5502)bax bürümək 2-ci mənada. Ay örtüyü büründürür aləmi; Çulğalayır, geyindirir aləmi. A.Səhhət.
|
BÜRÜNMƏ (ID - 5503)is. 1. “Bürünmək”dən fis.
Qarlı, yağmurlu havalarda üstdən geyilən bürüncək; yapıncı, plaş. Çoban bürünməsi. |
BÜRÜNMƏK (ID - 5504)qayıd. 1. Özünü bir şeylə bürümək; örtünmək. Şala bürünmək. - Qaydasıdır, qara çarqat bürünür; Siyah, zülfün ucu yerdən sürünür. Q.Zakir. Xoş məsəldir bu kim, palasə bürün; Getsə hər yanə el, o yanə sürün. S.Ə.Şirvani....
|
BÜRÜNÜKLÜ (ID - 5505)sif. Bir şeyə bürünmüş. Nənəqız yarımsöykəli halda çadrasına bürünüklü (z) yatmışdı. S.Rəhimov.
|
BÜRÜŞDÜRMƏ (ID - 5506)“Bürüşdürmək”dən f.is.
|
BÜRÜŞDÜRMƏK (ID - 5507)f. 1. Bürüşük hala salmaq, bürüş-bürüş etmək, qırışdırmaq, əzişdirmək. Kağızı, parçanı bürüşdürmək.
2. B ax büzüşdürmək. Soyuq bizi bürüşdürmüş, kiçiltmişdir. Mir Cəlal. |
BÜRÜŞDÜRÜCÜ (ID - 5508)bax büzüşdürücü.
|
BÜRÜŞDÜRÜLMƏK (ID - 5509)məch. Bürüşük hala salınmaq, bürüş-bürüş edilmək, qırışdırılmaq, əzişdirilmək. Bütün kağızlar bürüşdürülübdür.
|
Bu səhifə dəfə baxılıb