BÜRC1is. [ər.] Qədim şəhər hasarının üzərində müşahidə və müdafiə qülləsi; qala çıxıntısı. Bakı şəhəri qarşısında, dəniz içərisində indi də görünən bürclərdən, hasarlardan .. məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalmışdır. A.Bakıxanov. Uzaqdan görürdüm ki, hasarın künclərində, bürclərin dibində əli tüfəngli rus soldatları var-gəl edir. Məmmədquluzadə. Hava işıqlandıqca Girdman qalasının möhtəşəm bürcləri aydın görünməyə başlayırdı. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|