İzahlı lüğət

BÜRUZ

[ər.] Ancaq köməkçi feillərlə: büruz eləmək (etmək) - b ax büruzə vermək. Sordum dəhanını, dedi dil: sirriqeybdir; Öz əczini büruz elədi bu cavab ilə.S.Ə.Şirvani. Gah-gah, birpara əfradi-bəninövi-bəşərdən büruz edir. M.F.Axundzadə; büruzə çıxarmaq - b a x büruzə vermək 2-ci mənada; büruzə vermək - 1) üzə çıxarmaq, aşkara çıxarmaq, göstərmək. Yenə Mirzə Məmmədəli narazılığını büruzə verib başını bulayır. C.Məmmədquluzadə. Lakin Tərlanın səsi titrəyirdi. Böyümüş gözləri içindəki həyəcanı ancaq aydın büruzə verirdi. M.Hüseyn; 2) aşkara çıxmaq, üzə çıxmaq, özünü göstərmək, görünmək. [Ov itlərinin] xasiyyətləri ovda büruzə verərdi. S.S.Axundov; büruzə verməmək - üzə verməmək, göstərməmək, aşkara çıxarmamaq. [Şəfiqə] öz narazılığını büruzə verməmək üçün çölə çıxdı. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed