BÜRÜNCis. 1. Mis, sink, qalay xəlitəsindən ibarət metal.
2. Bürüncdən qayrılmış. Bürünc ləyən. Bürünc məftil. - Bayaq Mirzə Əliməmmədi içəri buraxıb çıxan nökər üstü incə naxışlı bürünc sinidə iki fincan qəhvə gətirdi. Çəmənzəminli. Plov gəlməmiş xəlfə mətbəxdən bürünc aftafa-ləyən, gətirib əlsuyu verərdi. H.Sarabski. Paylaşın - Hamı bilsin
|