BİTƏRƏFLİK (ID - 4609)is. Mübahisə, mübarizə, müharibə edən tərəflərin heç birinə mənsub olmama. 'Bitərəfliyi gözləmək. 'Bitərəfliyi pozmaq. - Helminin bu dəstə ilə Təbrizi işğal etməsi də İranın Rusiya əleyhinə olaraq bitərəfliyinipozmaq...
|
BİTİB-TÜKƏNMƏZ (ID - 4610)sif Son dərəcə çox, bitməyən, qurtarmayan, axırı olmayan. Həkim baba bağçada tək-təkana işləmir, yeri gələndə nəvə-nəticəsini də bu bağçanın bitib-tükənməz işinə qoşurdu. S.Rəhimov.
|
BİTİK (ID - 4611)is. köhn. Məktub, kağız.
// Dua yazılmış kağız parçası. |
BİTİRİLMƏ (ID - 4612)“Bitirilmək”dən fis.
|
BİTİRİLMƏK (ID - 4613)məch. Axıra çatdırılmaq, tamamlanmaq, başa çatdırılmaq.
|
BİTİRMƏ1 (ID - 4614)“Bitirmək1#”dən fis.
|
BİTİRMƏ2 (ID - 4615)“Bitirmək2#”dən fis.
|
BİTİRMƏK1 (ID - 4616)f. 1. Axıra çatdırmaq, başa çatdırmaq, tamamlamaq, qurtarmaq. Söhbəti bitirmək. Məktəbi bitirmək. - Nazlı nağılını bitirib, Ağabəyimin üzünə baxdı. Uşaq totuq əlini yanağına söykəyib, çoxdan yatmışdı. Çəmənzəminli....
|
BİTİRMƏK2 (ID - 4617)f. Yetişdirmək, hasil etmək, göyərtmək, cücərtmək. Bu torpaq buğda bitirmir. - Kənari-çeşmimə sancıldı oxların neytək; Sudan qəmiş bitirən Kür kənarına bənzər. S.Ə.Şirvani.
|
BİTİŞDİRİCİ (ID - 4618)sif. xüs. Bitişdirmə, yapışdırma, qovuşdurma qabiliyyəti olan. 'Bitişdirici toxumalar. Bitişdirici maddələr.
|
BİTİŞDİRİLMƏ (ID - 4619)“Bitişdirilmək”dən f.is.
|
BİTİŞDİRİLMƏK (ID - 4620)məch. Bir-birinə calanmaq, birləşdirilmək, rəbt edilmək, yapışdırılmaq, bağlanmaq.
|
BİTİŞDİRMƏ (ID - 4621)“Bitişdirmək”dən f.is.
|
BİTİŞDİRMƏK (ID - 4622)f. İki şeyi bir-birinə calamaq, birləşdirmək, rəbt etmək, bir-birinə sıx yapışdırmaq. Bitişdirib mıxlamaq. Qaynaq edib bitişdirmək. Hərfləri bitişdirmək.
|
BİTİŞİK (ID - 4623)sif. 1. Bir-birinə bitişmiş halda olan. Bitişik karton. Bitişik barmaqlar.
Bir-birinə yapışıq, qonşu. Bitişik ev. Bitişik divar. - Pəri Soltanın evi zindana bitişik idi. (Nağıl). Bitişmə yeri, şeylərin bir-birinə bitişdiyi... |
BİTİŞİKLİK (ID - 4624)is. Bitişik şeyin halı.
|
BİTİŞMƏ (ID - 4625)“Bitişmək”dən f.is.
|
BİTİŞMƏK (ID - 4626) |
BİTİŞMİŞ (ID - 4627)f.sif. Bir-birinə qovuşub birləşmiş, yapışmış, calanmış.
|
BİTKİ (ID - 4628)is. Göyərti, nəbatat; ağac, ot, çiçək və s. kimi torpaqda bitən hər şey. Yabanı bitkilər. Kənd təsərrüfat bitkiləri. Texniki bitkilər (sənayedə istifadə olunan bitkilər). Çoxillik bitki (bir neçə il yaşayan bitki). Bitki aləmi...
|
BİTKİÇİ (ID - 4629)is. Bitki və əkin işləri ilə məşğul olan adam; bitki becərən və yetişdirən adam; bitkiçilik mütəxəssisi. Bitkiçilərin qarşısında duran mühüm vəzifələrdən biri heyvandarlıq üçün möhkəm yem bazası yaratmaqdır.
|
BİTKİÇİLİK (ID - 4630)is. 1. Bitki yetişdirmə sənəti, işi. Bitkiçiliklə məşğul olma.
Kənd təsərrüfat bitkiləri yetişdirmə üsullarından bəhs edən elm. Bitkiçilik kafedrası. |
BİTKİN (ID - 4631)sif. Bitmiş, qurtarmış; tamamlanmış halda olan. Bitkin cümlə. Bitkin söz.
// Yetişmiş, kamil, mükəmməl. Girəydim siz girən yeni bağçaya; Gözümlə görəydim bitkin barını. A.Şaiq. |
BİTKİNLİK (ID - 4632)is. Bitkin şeyin halı; kamillik, mükəmməllik.
|
BİTLƏMƏ (ID - 4633)“Bitləmək”dən f.is.
|
BİTLƏMƏK (ID - 4634)f. Bitləri təmizləmək.
|
BİTLƏNMƏ (ID - 4635)“Bitlənmək”dən f.is.
|
BİTLƏNMƏK (ID - 4636)1. f. Bitli hala düşmək; paltarını, başmı bit basmaq.
2. qayıd. Özünün, öz paltarının bitlərini təmizləmək. |
BİTLİ (ID - 4637)sif. Biti olan; başmı, paltarmı bit basmış.
// Natəmiz, pinti. |
BİTLİLİK (ID - 4638)is. Bitli şeyin, adamın halı.
// Natəmizlik, pintilik. |
BİTMƏ1 (ID - 4639)“Bitmək'”dən f.is.
|
BİTMƏ2 (ID - 4640)“Bitmək2”dən f.is.
|
BİTMƏK1 (ID - 4641)f. 1. Tamam olmaq, qurtarmaq, axıra çatmaq, başa çatmaq. Məzuniyyət müddəti bitdi. - Qəmimiz bitdi, fərəh oldu nümudar bu gün! M.Ə.Sabir. Kərbəlayı Məhəmməd ustanın hekayəsi bitən kimi, dərin bir etiqad ilə üzünü göyə çöndərdi....
|
BİTMƏK2 (ID - 4642)f. Yetişmək, çıxmaq, cücərmək. Bu yerlərdə çoxlu fındıq bitir.
|
BİTMƏYƏN (ID - 4643)fsif Bitmək, qurtarmaq bilməyən; intəhasız. Gah sınıq könlümü etdi şadman; Gah saldı bitməyən savaşa məni. (Qoşma).
|
BİTMƏZ (ID - 4644)sif. 1. Qurtarmayan, bitməyən, tükənməyən, sonu-axırı olmayan, nəhayətsiz. Bitməz sərvət. - Yer iftixar edir bitməz varilə. M.Rahim.
2. məc. Başagəlməz, həyata keçirilməsi, yerinə yetirilməsi mümkün olmayan. - [Cəbi:] Cəbini... |
BİTMƏZLİK (ID - 4645)is. Bitməyən, qurtarmayan şeyin halı; tükənməzlik.
|
BİTMƏZ-TÜKƏNMƏZ (ID - 4646)sif. Qurtarmayacaq qədər çox; sonsuz, hədsiz, saysızhesabsız. Olkəmizin bitməz-tükənməz təbii sərvətləri vardır. Bitməz-tükənməz mənbə.
Bu sonsuz və bitməz-tükənməz hərarət və atəş mənbəyi insanları cana gətirir.... |
BİTMİŞ (ID - 4647)f.sif. Qurtarmış, tamam olmuş, tamamlanmış, başa çatmış. Bitmiş işdən gül iysi gələr. (Ata. sözü). İlyasov, Kazım kişinin mətləbini bitmiş hesab etdi. Mir Cəlal.
|
BİTTƏMAM (ID - 4648) |
BİTUM (ID - 4649)[lat.] miner. tex. Karbohidrogenlərdən ibarət təbii və süni qatran maddələrinin ümumi adı: asfalt, neft, qudron və s.
|
BİTUMLAŞMA (ID - 4650)“Bitumlaşmaq”dan f.is.
|
BİTUMLAŞMAQf (ID - 4651)geol. Bitum halına gəlmək, bitum şəklinə düşmək; qatranlaşmaq.
|
BİTUMLU (ID - 4652)sif. Tərkibində bitum olan.
|
BİVAXT (ID - 4653)[fars. bi... və ər. vəqt] bax vaxtsız. Mərdan şəhərə gecə bivaxt döndü. Mir Cəlal.
□□ Bivaxt xoruz kimi banlamaq - yersiz, münasibətsiz danışmaq, gözlənmədən yerindən danışmaq. |
BİVARİS (ID - 4654)sif. və is. [fars. bi... və ər. varis] köhn. Varisi, vərəsəsi olmayan; varissiz, vərəsəsiz.
|
BİVEC (ID - 4655)[fars. bi... və ər. vəch] bax vecsiz. Bivec adam. Bivec iş. - [Hacı Kamyab:] Mənim bir bivec qardaşım və qardaşımın da bir avara oğlu var. Ə.Haqverdiyev. [Bağır xan:] Mən deyən altı min tüfəng.. kara gələn deyildir, köhnə sistemli...
|
BİVECLİK (ID - 4656)bax vecsizlik.
|
BİVƏ (ID - 4657)sif. [fars.] köhn. 1. Dul qadın, ərindən boşanmış və ya əri ölmüş arvad. [Tazə:] Bivə övrətlərin əmri alınırmı nəzərə? [Köhnə:] Canı çıxsın, o da getsin yenə bir tazə ərə. M.Ə.Sabir.
Dul kişi, arvadı ölmüş və... |
BİVƏFA (ID - 4658)sif. [fars. bi... və ər. vəfa] bax vəfasız. Bivəfa yoldaş. Bivəfa dost. - Bivəfa dünyada, dəhri-fənada; Fələk məni yetirmədi murada. M.V.Vidadi. Sən oldun aqibət rüxi-dildar məhrəmi; Bir yadə salmadın məni, ey bivəfa könül....
|
Bu səhifə dəfə baxılıb