İzahlı lüğət

BİTMƏK1

f. 1. Tamam olmaq, qurtarmaq, axıra çatmaq, başa çatmaq. Məzuniyyət müddəti bitdi. - Qəmimiz bitdi, fərəh oldu nümudar bu gün! M.Ə.Sabir. Kərbəlayı Məhəmməd ustanın hekayəsi bitən kimi, dərin bir etiqad ilə üzünü göyə çöndərdi. Çəmənzəminli.
// İşi axıra çatmaq, qurtarmaq. İclas bitdi. Hər kəs öz aşna-dostu ilə danışa-danışa evlərinə getdi. B.Talıblı.
// Tükənmək. Kainatın bəzəkli şux gəlini; Bitdi artıq mənim qərarım, gəl. S.Rüstəm.
Nəticələnmək. Mübahisə nə ilə bitdi?
Pulun getdiyinə baxma, işin bitdiyinə bax. (Ata. sözü). Qalib dönəcəksən bilirəm bunu; Get, ölümlə bitsin yağının sonu. S.Rüstəm.
Saralmaq, saralıb qurtarmaq; bitişmək (yara). Ey söyləyən Füzuliyə eşq içrə səbr qıl; Söylə, bu məlhəm ilə kimin bitdiyarəsi? Füzuli.
Yerinə yetirmək, əməl etmək. [Hacı Qənbər:] Dürüst fikrində saxla mən deyəni bitməsən, başını kəsəcəyəm. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed