BİRCÜR(Ə) (ID - 4409) sif. 1. Bir qaydada, bir şəkildə, bir tərzdə, bir tipdə olan. Bircür mal. Bircür rəng.
2. Başqalarına bənzəməyən, adi normadan kənar. O bircür(ə) adamdır. |
BİRCÜRƏLİK (ID - 4410)is. Sifətcə, keyfiyyətcə, şəkilcə və s. cəhətdən bir olma; eyni şəkildə olan şeyin halı.
|
BİRÇƏK (ID - 4411)is. 1. Qulaqların üstündən çıxan saçın qövs şəkilli hissəsi (qadınlarda). Qaşın qabağında seyqəlli birçək; Sayə salmış üzə şölə mübarək. M.P.Vaqif.
Ümumiyyətlə saç. [Səfər] birçəklərini qotaz daramazdı, papiros... |
BİRÇƏKLƏMƏ (ID - 4412)“Birçəkləmək”dən fis. Bazarda bəzzazın tərəkəməyə min and ilə şey satmağı, hambalların birçəkləmə davası, baqqalların ağız-ağıza verib, qatığa müştəri axtarmaları - heç biri onun zahir və batinində səbəbi-təğyir...
|
BİRÇƏKLƏMƏK (ID - 4413)f Savaşarkən birçəyindən, saçlarından yapışmaq.
|
BİRÇƏKLƏŞMƏ (ID - 4414)“Birçəkləşmək”dən fis.
|
BİRÇƏKLƏŞMƏK (ID - 4415)qarş. Bir-birinin birçəyindən yapışmaq, bir-birinin saçmı yolmaq; savaşmaq.
|
BİRÇƏKLİ (ID - 4416)sif Birçəyi olan. Birçəkli qadın. - Məşədibəyin ilk zərbəsindən uzunbığlı, sallaq birçəkli bir sərkərdənin başı qələm kimi atıldı. Çəmənzəminli. [Cahılların] bir parasında başmaq, birparasında da cığ-cığ çəkmə,...
|
BİRÇƏKLİK (ID - 4417)is. köhn. dan. Birçəyə (saça) taxılan zinət.
|
BİRÇƏKSİZ (ID - 4418)sif. Birçəyi olmayan.
|
BİRDƏFƏLİK (ID - 4419)1. sif. Yalnız bir dəfə olan. Birdə/əlik maddi yardım. Birdə/əlik vergi.
2. zərf Həmişəlik, qəti. Birdə/əlik rədd etmək. Birdə/əlik başa sal. Birdə/əlik yaxasından əl çəkdi. - [Məhərrəm bəy:] Xülasə, birdə/əlik səni... |
BİRDƏN (ID - 4420)zərf 1. Gözlənmədən, qəflətən, qəfildən, nagah. Birdən yıxılmaq. Birdən qulağıma bir səs dəydi. Birdən dili tutulmaq.
..Yazırsan ki, istəyirəm bir işə əl vuram, birdən məni gərnəşmə tutur. C.Məmmədquluzadə. Məşədi... |
BİRDƏN-BİRƏ (ID - 4421)bax birdən 1-ci mənada.
Birdən-birə göründü gözə bir xərabəzar. M.Hadi. Bu aralıq birdən-birə toyuğumu xatırlayıb, cəld hinin ağzına yüyürdüm. Şaiq. Birdən-birə harada isə uzaqlarda, qaranlıqda almaz kimi bir şey işıldayıb... |
BİRDƏSTƏKLİ (ID - 4422)sif. Bir dəstəsi, bir əltutanı olan. Birdəstəkli mişar.
|
BİRDİBLİ (ID - 4423)zərf Həmişəlik, qəti, birkərəlik. [Feyzi:] İndi ki belədir, deyirəm, elə birdibli boşan, get!.. Ə.Haqverdiyev. [Kazım:]
Eh, cəhənnəmə ki!.. Budur şah gəldi, odur şah gəldi, daha qulağımız dolubdur, - dedi. Gəlir gəlsin.... |
BİRDİRSƏKLİ (ID - 4424)sif. Bir dirsəyi olan. Birdirsəkli boru.
|
BİRDORLU (ID - 4425)sif. Bir doru olan. Birdorlu gəmi.
|
BİREVCİKLİ (ID - 4426)sif. bot. Eyni nümunədə hər iki cinsli çiçəklərə, həm dişiciklərə, həm də erkəkciklərə malik olan. Birevcikli bitkilər.
|
BİREVCİKLİK (ID - 4427)is. bot. Bəzi bitkilərdə: eyni nümunədə hər iki cinsli çiçəklərin, həm dişiciklərin, həm də erkəkciklərin olması.
|
BİREVLİ (ID - 4428)sif. Çox yaxın, bir ailə kimi mehriban (adətən “kimi” qoşması ilə). Birevli kimi yaşamaq. Onlar birevli kimidirlər.
Çünki onlar ilə başdan, binadan; Birevli kimisiz ata-babadan. Q.Zakir. Sabah-axşam çayını da Rozanın anası verir,... |
BİREVLİLİK (ID - 4429)is. Çox yaxınlıq.
|
BİRƏ (ID - 4430)is. İnsan və heyvanları sancıb əziyyət verən çox sıçraq cücü. Köhnə məscid hücrələrində birə əlindən tərpənmək olmazdı. H.Sarabski. Laçın .. tövlələrinə girmək istəyəndə hədsiz-hesabsız birələr onun üstünə daraşdı....
|
BİRƏ-BEŞ (ID - 4431)zərf Beş qat artıq, hər bir ədədə qarşı beş.
|
BİRƏ-BİR (ID - 4432)zərf Hər bir saya qarşı bir, hər bir ədəd üçün bir.
|
BİRƏBİTDƏN (ID - 4433)is. zool. Sərçədən kiçik, torpaq rəngli bir quş.
|
BİRƏÇİÇƏYİ (ID - 4434)is. bot. Mürəkkəbçiçəklilər fəsiləsindən birillik ot bitki və bu bitkinin çiçəyi (bu bitkinin qurudulmuş çiçəklərindən taxtabiti, birə və s. cücülərlə mübarizə üçün dərman tozu hazırlanır).
|
BİRƏDƏDLİ (ID - 4435)sif. Bir ədəddən ibarət olan.
|
BİRƏDİ (ID - 4436)zərf dan. 1. Bütünlüklə, hamısı birdən.
2. Birlikdə, bir yerdə, yoldaşlı. |
BİRƏĞBƏT (ID - 4437) |
BİRƏHM (ID - 4438)sif. [fars. bi... və ər. rəhm] Rəhmsiz, amansız, daşürəkli. Dust bipərva, fələk birəhm, dövran bisükun. Füzuli.
|
BİRƏHMLİK (ID - 4439)is. köhn. Rəhmsizlik, amansızlıq, daşürəklilik. [Hacı Nuru:] Görərsiniz ki, o vaxt.. nə işlər sizin balalarınızın başına gətiriblər, nə birəhmlik onlar haqqında ediblər. M.F.Axundzadə.
|
BİRƏ-İKİ (ID - 4440)zərf Hər bir saya qarşı iki, iki dəfə artıq.
|
BİRƏLƏMƏK (ID - 4441)f. dan. Birə daraşdırmaq, birə ilə doldurmaq, birəli etmək. 'Pişik yatdığı yeri bütün birələdi.
|
BİRƏLƏNMƏK (ID - 4442)f. dan. Bədəninə, paltarına birə daraşmaq. Tövləyə girib birələndi, çıxdı.
|
BİRƏLİ (ID - 4443)sif. Birə basmış, birə daraşmış, birə olan.
|
BİRƏLLİ1 (ID - 4444)1. sif. Bir əli olmayan, bir əli kəsik olan. Birəlli adam. Birəlli qalmaq.
2. zərf Tək əli ilə, ancaq bir əli ilə. Pambığı birəlli yığmaq. □□ Birəlli tutmaq - əhəmiyyət verməmək, saymamaq, qiymətləndirməmək. Yoldaşını... |
BİRƏLLİ2 (ID - 4445)is. Təkqulplu qab, birqulplu su qabı. Birəllini su ilə doldur.
BİRƏM-BİRƏM bax birər-birər. Pəncərədən o yana birəm-birəm qar gəlir. R.Rza. |
BİRƏNC (ID - 4446)sif. [fars.] köhn. Əziyyətsiz, əzabsız; asan. 'Birənc nə mümkündür ola gənc müyəssər; Zakir, dəmi-əfsun elə şahmarə, dağılsın. Q.Zakir.
|
BİRƏOTU (ID - 4447)is. bot. Dərman hazırlanan bir bitki. Birəotu çox hündür və qol-budaqlı bitkilərdən biridir. Növbə ilə düzülmüş və kəskin ətirli iyə malik, tünd yaşıl yarpaqları vardır. Əliyev.
|
BİRƏR (ID - 4448)say Hərəsinə, hər birinə bir dənə, yaxud hər dəfəsində bir dənə. Habelə əlifbaya dair yazmış olduğum kitabçadan Avropa ölkələrinin dövlət başçılarına, o cümlədən Peterburqa da birər nüsxə göndərmişəm. M.F.Axundzadə....
|
BİRƏ-ÜÇ (ID - 4449)zərf Hər bir say müqabilində üç, üç qat artıq.
|
BİRƏ-YÜZ (ID - 4450)zərf Hər bir saya qarşı yüz, yüz dəfə artıq.
|
BİRFAMİLİYALI (ID - 4451)sif. Başqası ilə eyni familiya daşıyan.
|
BİRFAZALI (ID - 4452)sif. fiz. Bir fazası olan. Birfazalı generator.
|
BİRFİKİRLİ (ID - 4453)sif. Eyni fıkirdə, məsləkdə, düşüncədə olan, həmfikir.
|
BİRFİKİRLİLİK (ID - 4454)is. Eyni fikirdə, məsləkdə olma, həmfikirlilik.
|
BİRGƏ (ID - 4455)zərf Bir yerdə, birlikdə, bərabər. Birgə çalışmaq. Birgə oxumaq. Birgə işləmək. Yeməyi bu gün birgə yeyəcəyik. - Bu böyük tarixi imtahan günü; Fəhlə, alim durub birgə sırada. R.Rza. Bu səslə ucaltmasaq biz birgə səsimizi;...
|
BİRGƏLİK (ID - 4456)is. İşdə, fikirdə və s.-də bir olma, həmrəy olma; şəriklik; iş birliyi.
|
BİRGƏYAŞAYIŞ (ID - 4457)is. Bir yerdə yaşama, ictimai mühit, ictimai həyat normaları.
|
BİRGÖZ (ID - 4458)is. bot. Meşə kənarlarında və kolluqlarda bitən kol bitki.
|