BİRƏis. İnsan və heyvanları sancıb əziyyət verən çox sıçraq cücü. Köhnə məscid hücrələrində birə əlindən tərpənmək olmazdı. H.Sarabski. Laçın .. tövlələrinə girmək istəyəndə hədsiz-hesabsız birələr onun üstünə daraşdı. M.Hüseyn.
□□ Kürkünə birə düşmək - təşvişə düşmək, qorxuya düşmək. birə... Adətən birə-bir, birə-iki və s. şəklində işlənərək, ikinci rəqəm kəmiyyətin əslində olduğundan neçə dəfə artırıldığını göstərir. [Əsgər bəy:] On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə-bir qazanarıq; onun qazancı ilə toyunu edərsən! M.F.Axundzadə. [Mirzə Dadaş:] Allah qoysa, mən ondan birə-beş alacağam. N.Vəzirov. Hər gün döyüşlərdə vurduq birə-yüz; Dağlara səs salır hücum borusu. S.Vurğun. Paylaşın - Hamı bilsin
|