BİRÇƏKis. 1. Qulaqların üstündən çıxan saçın qövs şəkilli hissəsi (qadınlarda). Qaşın qabağında seyqəlli birçək; Sayə salmış üzə şölə mübarək. M.P.Vaqif.
Ümumiyyətlə saç. [Səfər] birçəklərini qotaz daramazdı, papiros çəkməzdi, aşurada başını yarmazdı, qaməti də mövzun deyildi. Ə.Haqverdiyev. Xan .. Zamanın birçəklərindən yapışıb ayağının altına saldı. Çəmənzəminli. Tarixlərin şahididir mənim bu ağ birçəyim. S.Vurğun. Atın yalından ayrılıb, alınma tökülən tük dəstəsi. At birçəyi. □□ Birçəyi ağ - qoca. Tezliklə Azad da qayıdar, .. evləndirərsən, sən də birçəyinin ağ vaxtında bir gün görərsən. M.İbrahimov. Birçəyi agarmaq - qocalmaq (yalnız qadın haqqında). Birçəyini ağartmaq - 1) qocalmaq; 2) qocaltmaq, qocalmasına səbəb olmaq. [Sona xanım:] [Heydər bəyin] fikri budur ki, atam evində mənim birçəyimi ağarda. M.F.Axundzadə. Paylaşın - Hamı bilsin
|