İzahlı lüğət

BİRƏR

say Hərəsinə, hər birinə bir dənə, yaxud hər dəfəsində bir dənə. Habelə əlifbaya dair yazmış olduğum kitabçadan Avropa ölkələrinin dövlət başçılarına, o cümlədən Peterburqa da birər nüsxə göndərmişəm. M.F.Axundzadə. [Şair:] Əvvəl asan görünürkən gözümə dərsi-hesab; Birər əqrəb olub ərqam mənə verdi əzab. A.Səhhət. Kiçik bacımla hər birimiz birər xoruz və fərə bəyənmişdik. A.Şaiq.
birər-birər zərf Bir-bir, tək-tək. Cücələrim birər-birər; Suyu görüb yaxın gələr.
Səhhət. Bu gün fövqəladə komisyonun iclası olacaqdı.. yoldaşlar birər-birər yığıldılar. H.Nəzərli. İçəridən adamlar birərbirər işlərini qurtarıb çıxdılar. B.Talıblı.
birər-ikişər zərf Bir-bir, iki-iki. Əsgərlərdən çoxu .. çuxura girməyi məsləhət bilib, birər-ikişər, koma-koma bu çuxurlarda otururdular. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed