BRA (ID - 5059)is. [fr.] Divar şamdanı, qəndili.
|
BRAK (ID - 5060)[alm.] 1. Nöqsanlı, zədəli mal, zay və s. İstehsalatda braka yol verilməməli.
Brak etmək - nöqsanlı olduğu üçün yaramaz hesab etmək. Fabrikdə məhsullar yoxlanılır, yaramayanları brak edilir. 2. Nöqsanlı, zədəli. Brak şüşə.... |
BRAKÇI (ID - 5061)is. xüs. İstehsalatda nöqsanlı, zədəli malları brak etməklə məşğul olan işçi.
|
BRAKONYER (ID - 5062)is. [fr.] İcazəsiz ov edən, balıq tutan; ovçuluq və balıqçılıq qanunlarını pozan.^
|
BRAUNİNQ (ID - 5063)[ing. xüs. addan] Xüsusi sistemli silah (tapança) növü. Raya bir sillə onun ağzından vuraraq, .. brauninq tapançanı çıxardı. M.S.Ordubadi. Elmar .. brauninqi çıxarıb, cibinə qoydu. İ.Əfəndiyev.
|
BRAVNİK (ID - 5064)dan. bax brauninq. Birinci kərə [Rəşidin] belində kiçik “bravnik” tapança görürdüm. M.S.Ordubadi.
|
BREZENT (ID - 5065)[holl.] 1. Su keçirməyən qalın parça. Un çuvallarının üstü brezentlə örtülmüşdür. - Böyük brezenti üstündən götürüb, tüfəngləri və patronları əncir ağacının altına yığdılar. A.Şaiq.
2. Brezentdən hazırlanmış,... |
BRƏHMƏN (ID - 5066)is. [sanskr.] 1. Hindlilərin qədim dini olan brəhmən dininə mənsub adam.
Hindlilərin brəhmən rahibi, brəhmən kahini. |
BRƏHMƏNİZM (ID - 5067)b ax brəhmənlik.
|
BRƏHMƏNLİK (ID - 5068)is. Eramızdan qabaq X-IX əsrlərdə Hindistanda meydana gələrək, hindlilərin ən qədim dini olan vedizmi əvəz etmiş din.
|
BRİFİNQ (ID - 5069)is. [ing.] Bir mövzuda nəticə olaraq verilən məlumat və ya bəyanat; açıqlama.
|
BRİKET (ID - 5070)[fr.] Kərpic şəklində preslənmiş (sıxılmış) material. Kömür briketi.
|
BRİKETLƏMƏ (ID - 5071)“Briketləmək”dən fis.
|
BRİKETLƏMƏK (ID - 5072)f. Briket (kərpic) şəklində presləmək, kərpic şəklinə salmaq.
|
BRİKETLƏNMƏK (ID - 5073)məch. Briket (kərpic) şəklində preslənmək, kərpic şəklinə salınmaq.
|
BRİQADA (ID - 5074)[fr.] 1. Bir neçə polkdan, batalyon, ya batareyadan ibarət qoşun birləşməsi. Tank briqadası. - ..Kazak briqadası İran hökumətinin ümidlərini boşa çıxardı. M.S.Ordubadi.
// Birtipli hərbi gəmilər birləşməsi. Torpeda gəmiləri... |
BRİQADIR (ID - 5075)[alm.] 1. Briqada rəhbəri, başçı (bax briqada 3-cü mənada). Ferma briqadiri.
2. tar. Rusiyada XVIII əsrdə polkovnik ilə general arasında hərbi rütbə. |
BRİQADİRLİK (ID - 5076)is. Briqadir vəzifəsi və işi.
|
BRİLYANT (ID - 5077)[fr.] 1. Cilalanmış (taraş edilmiş) almaz, çox baha qiymətli parlaq daş. Brilyant düzülmüş badamşəkilli cıqqasını yaşıl lentin üstündən taxdı. M.S.Ordubadi.
2. Brilyantdan qayrılmış, üzərində brilyant qaşlar olan. 'Brilyant... |
BROKER (ID - 5078)is. [ing.] Alıcı və satıcı arasında əlaqə yaradan şəxs.
|
BROM (ID - 5079)[yun.] 1. Qırmızı rəngli maye halında kəskin qoxulu kimyəvi element. [Böyükşor və Masazır] göllərinin sularında kaustik soda, yod və brom çıxarılması məsələsinin böyük əhəmiyyəti vardır. M.Qaşqay.
farm. Tərkibində sinir... |
BROMLU (ID - 5080)sif kim. Tərkibində brom olan. Bromlu duzlar. Bromlu su.
|
BRONX (ID - 5081)[yun.] anat. Tənəffüs borusunun ciyərlərə hava aparan şaxələrindən hər biri.
|
BRONXİAL (ID - 5082)sif anat. Bronxlara aid olan. Bronxial astma (xəstəlik adı).
|
BRONXİT (ID - 5083)[yun.] tib. Bronxların selikli qişasının iltihabı (xəstəlik).
|
BROŞÜJRA (ID - 5084)[fr.] Səhifə sayı az olan kiçik kitab, kitabça, risalə. [Polislər] şkafdan bir broşüra, iki kitab götürüb, stolun üstünə atdılar. S.Rəhimov.
|
BROVHABROV (ID - 5085)zərf dan. Dəbdəbə, təntənə, cah-cəlal, dəsgah. Qoyunlar axşamdan kəsilib, soyutma olub, cahü cəlal ilə, brovhabrov ilə düşürük yola. Ə.Haqverdiyev.
|
BROYLER (ID - 5086)is. [ing.] Ətlik çolpa.
|
BU (ID - 5087)iş. əvəz. 1. Zaman və ya məkan daxilində bilavasitə göz qabağında olan şeyi göstərir, həm də ismə konkretlik verir (o müqabili). O bu evdə yaşayır. Bu kitabı oxudum. Bu şeylər kimindir? - [Qoca:] Bilin ki, bu şəhərin hər daşına...
|
BÜBLİK (ID - 5088)[rus.] Halqa şəklində qoğal.
|
BUCAQ (ID - 5089)is. 1. Bir şeyin iki daxili tərəfinin birləşdiyi yer; künc, guşə. Dilşad ceyran kimi ürkərək otağın bucağına qısıldı. M.S.Ordubadi. Bizdən əvvəl böyük qardaşım yük altında bir bucağa sığınmış quşu qaldırıb:
Tutdum,... |
BUCAQLI (ID - 5090)sif. Bucağı olan.
|
BUCAQÖLÇƏN (ID - 5091)is. xüs. Bucaqları ölçmək üçün cihaz.
|
BUCUĞAZ (ID - 5092)əvəz. “Bu”dan oxş. [Qadın:] Bax, bircə bucuğaz mənim yanımdadır. M.Hüseyn.
|
BUCURQAD (ID - 5093)is. xüs. Qaldırıcı qurğuların təpəsində və ya intiqal mexanizmlərində: üzərində ip, qayış və s. keçirilən xüsusi formalı çarx. Quyu qazılacaq yerdə, hündürlüyü 12-15 m olan taxta vışka və bu vışkanın yanlarında qazıma...
|
BUD (ID - 5094)is. anat. Qıçın çanaq sümüyü ilə dizə qədər olan hissəsi. Bud sümüyü. Bud əti.
[Çingiz:] Bir budu şişə çəkib iki çörək ilə təkyemişəm. Ə.Haqverdiyev. |
BUDAQ (ID - 5095)is. 1. Ağac və kolların gövdələrindən ayrılan hər bir qol; şaxə. Payız çağında hər səhər soyuq-soyuq külək əsər; Ağaclara, budaqlara dəyəndə yarpağın tökər. A.Səhhət. Budaqları sınan ağacları görərkən .. yolçunun...
|
BUDAQCIQ (ID - 5096)is. Kiçik budaq. Təzəcə boy atan ağacın budaqcıqları hələ yaşıl rənglərini itirməmişdi.
|
BUDAQÇI (ID - 5097)bax budayıcı.
|
BUDAQLANMA (ID - 5098)“Budaqlanmaq”dan f.is.
|
BUDAQLANMAQ (ID - 5099)f 1. Budaqlara ayrılmaq, şaxələrə ayrılmaq.
// Budaqlar əmələ gəlmək, budaq atmaq. Ağaclar budaqlandı. 2. məc. Şöbələrə, bölmələrə, qollara ayrılmaq. Kəndin girəcəyində arx budaqlanır. |
BUDAQLI (ID - 5100)sif. Budağı olan. Budaqlı ağac.
Sınıq budaqlı ağaclar qurumağa başlamışdı. Ə.Məmmədxanlı. |
BUDAQSIZ (ID - 5101)sif. Budağı olmayan, budaqları kəsilmiş (qırılıb tökülmüş).
|
BUDAL (ID - 5102)sif. məh. Qoçaq, igid.
|
BUDALA (ID - 5103)sif. məh. Dəlixasiyyət, ağıldanyüngül.
|
BUDALAMAQ (ID - 5104)f bax budamaq.
|
BUDAMA (ID - 5105)1. “Budamaq”dan f.is. Budama bitkilərin boy atmasına güclü təsir edir.
2. is. məh. Paya, dəyənək; iri əl ağacı. |
BUDAMAQ (ID - 5106)f. 1. Ağacın, kolun quru və ya artıq budaqlarını kəsmək, ya qısaltmaq. Yaz gələndə ağacları budayırlar ki, yaxşı inkişaf etsin.
2. məc. Döymək, vurmaq, əzişdirmək. Məhlim, bizi sən yaratmısan? - deyə əlinə tüpürüb,... |
BUDANMA (ID - 5107)“Budanmaq”dan f.is. Tənəklərin quru budanması da yazda görülən əsas tədbirlərdən biridir. “Az. qad.”
|
BUDANMAQ (ID - 5108)məch. Ağacın, kolun quru və ya artıq budaqları kəsilmək, ya qısaldılmaq.
|