BRİQADA[fr.] 1. Bir neçə polkdan, batalyon, ya batareyadan ibarət qoşun birləşməsi. Tank briqadası. - ..Kazak briqadası İran hökumətinin ümidlərini boşa çıxardı. M.S.Ordubadi.
// Birtipli hərbi gəmilər birləşməsi. Torpeda gəmiləri briqadası. Dəmir yolunda qatara xidmət edən işçilər heyəti. Qatar briqadası. Zavodda, müəssisədə və s.-də müəyyən sahəyə aid olan istehsal tapşırıqlarını yerinə yetirən kollektiv, işçilər dəstəsi. Çilingərlər briqadası. - Salman kişi axşam tikintiyə qayıdanda briqada üzvlərini orada gördü. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|