BRİLYANT[fr.] 1. Cilalanmış (taraş edilmiş) almaz, çox baha qiymətli parlaq daş. Brilyant düzülmüş badamşəkilli cıqqasını yaşıl lentin üstündən taxdı. M.S.Ordubadi.
2. Brilyantdan qayrılmış, üzərində brilyant qaşlar olan. 'Brilyant üzük. 'Brilyant bilərzik. [Oğlan:] Yəni burada, siz buyuran ən əla yekəqaş brilyant üzük.. vardır! S.Rəhimov. Paylaşın - Hamı bilsin
|