BUDAMAQf. 1. Ağacın, kolun quru və ya artıq budaqlarını kəsmək, ya qısaltmaq. Yaz gələndə ağacları budayırlar ki, yaxşı inkişaf etsin.
2. məc. Döymək, vurmaq, əzişdirmək. Məhlim, bizi sən yaratmısan? - deyə əlinə tüpürüb, çomaqnan ala Mahmudu yıxılanacan budadı. “Qaçaq Nəbi”. Əgər səni bu məzhəbdə görərlər; Yerbəyer budayıb əzər, ağlarsan. M.V.Vidadi. // məc. Öldürmək, doğramaq, kəsmək. Qəmzən qılınc çəkib budar da məni; Başın üçün qoyma bu darda məni. M.P.Vaqif. Qəza tutdu, qədər məni budadı; Ağlatdı dostları, güldürdü yadı. Aşıq Ələsgər. Paylaşın - Hamı bilsin
|