BİVƏFALIQ (ID - 4659)bax vəfasızlıq. Vaxtında sən aşinalıq etdin; Döndün, belə bivəfalıq etdin. X.Natəvan. Əzəldən eylədin mənnən aşinalıq; İndi nədən oldu bu bivəfalıq? Aşıq Dilqəm.
|
BİVƏHM (ID - 4660)sif. [fars. bi... və ər. vəhm] köhn. Qorxusuz, qorxmayan. [Vəzir:] ..Teymur ağa gör necə səndən bivəhındir ki, günün günortasında mənim kimi kişinin evinə giribdir. M.F.Axundzadə.
|
BİYABAN (ID - 4661)is. [fars.] Otsuz, bitkisiz düz yer; səhra, çöl (bəzən, çöl-biyaban şəklində işlənir). Olpir qalıb orada heyran; Məcnun tutuban rəhi-biyaban. Füzuli. Gülgəz dəli olub, yoxsa divana; Üz çevirib gedir çölbiyabana. Aşıq Abbas. Gəlmisən...
|
BİYABANGƏRD (ID - 4662)sif. [fars.] köhn. Biyabanları dolaşan avara. Mərdlə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar. (Ata. sözü).
|
BİYAN (ID - 4663)is. bot. Kökündən boya və xalq təbabətində dərman hazırlanan şirinköklü bir bitki. Pis siloslanan bitkilər bunlardır: gicitkən, yonca, biyan, dəvətikanı və xiyarın yaşıl hissəsi. Qara təpədən biyan talaları da görünürdü....
|
BİYANLIQ (ID - 4664)is. Biyan bitən yer, biyan tarlası.
|
BİYAR (ID - 4665)is. 1. Aprel işğalından əvvəl kəndlilərin mülkədarlar üçün məcburi və müftə olaraq icra etməli olduqları mükəlləfiyyət, iş. [İmamverdi:] ..Bir ay bəylik, bir ay biyar, üç ay qış, üç ay yaz, vur-tut bir ay işləyirsən....
|
BİYARLIQ (ID - 4666)sif. Biyar yolu ilə görülməli olan, biyara mənsub və aid olan.
|
BİZ1 (ID - 4667)birinci şəxsin cəmi. 1. Danışan şəxs bu sözlə özü ilə bərabər bir neçə nəfər, yaxud bir çox adam olduğunu bildirir. Biz qalib gələcəyik. Biz gəlmişdik, sən yox idin. O da bizlə gəldi. - Biz ümid olduq daza, daz özün qoydu...
|
BİZ2 (ID - 4668)is. Deşik açmaq üçün ucu şiş metal alət. Çəkməçi bizi. - [Kəlbalı] yəhərqaş xurcununda həmişə neştər, biz və burulmuş nazik köşə gəzdirər, yeri gələndə işə salırdı. S.Rəhimov.
// Ucu çox sivri, batan şey haqqında.... |
BİZAR (ID - 4669)bax bezar.
|
BİZARAFAT (ID - 4670)zərf[fars. bi... və ər. zərafət] Zarafatsız, ciddi. Bizara/at deyirəm ki, hər kəs rastıma gəlir, - hamısını yavaş-yavaş dinə soyumuş görürəm. C.Məmmədquluzadə.
|
BİZ-BİZ (ID - 4671)zərf Qabarıq halda, dik vəziyyətdə (tük, dəri haqqında). Saçları biz-biz durmaq. Bədənim biz-biz olub.
□□ Tükləri biz-biz durmaq (olmaq) - son dərəcə qorxmaq, dəhşətlənmək; qorxudan, həyəcandan, dəhşətdən tükləri... |
BİZCİYƏZ (ID - 4672)əvəz. “Biz^’dən oxş.
|
BİZDİMDİK (ID - 4673)is. zool. Bizəoxşar əyri və uzun dimdiyi olan cüllüt.
|
BİZƏBAN (ID - 4674)sif. [fars.] klas. Dilsiz, lal; dilsizağızsız.
|
BİZƏVAL (ID - 4675)sif. [fiars. bi... və ər. zəval] Zavalsız, məhvolmaz, davamlı, yox olmayan, daimi.
|
BİZİMKİ (ID - 4676)əvəz. 1. Bizə məxsus olan, bizə aid olan. O şeylər bizimkidir.
2. İs. mənasında, adətən cəm şəklində: bizimkilər - bizə yaxın olan adamlar, bizim yoldaşlarımız, bizimlə işləyən, bizimlə həmməslək, ya həmvətən olan adamlar,... |
BİZQURD (ID - 4677)bax bizquyruq.
|
BİZQUYRUQ (ID - 4678)is. zool. İnsanın bağırsağında parazitlik edən, quyruğu biz kimi sivri qurd. İnsanın bəzi qurdları, məsələn, bizquyruqlar, askaridlər çox vaxt bağırsaqlardan özbaşına və ya i/razat ilə çıxır. Ələkbərov.
|
BİZLƏMƏ (ID - 4679)“Bizləmək”dənfi.is. ...Eşşəklər uşaqların bağırtısından və bizləməsindən hürküb yerlərindən qopdular. P.Makulu.
|
BİZLƏMƏK (ID - 4680)f. 1. Biz ilə deşmək, biz soxmaq, biz ilə deşik-deşik etmək, yaxud biz batırmaq.
məc. Təhrik etmək, məcbur etmək, tovlamaq. [İsgəndər:] Bacılar hərə bir yandan səni bizləyəcəklər ki, “dinmə, kəs səsini, xortdan gələr,... |
BİZLƏNMƏ (ID - 4681)“Bizlənmək”dən f.is.
|
BİZLƏNMƏK (ID - 4682)məch. 1. Biz soxulmaq, biz ilə deşilmək.
məc. Təhrik edilmək, məcbur edilmək. Bədəninə iti bir şey batırılaraq tələsdirilmək, yeyin getməyə məcbur edilmək. |
BİZON (ID - 4683)is. [lat.] zool. Şimali Amerika vəhşi öküzü.
|
BİZOTU (ID - 4684)is. bot. Quru yamaclarda bitən birillik bitki.
|
BİZVARİ (ID - 4685)sif. Bizə, iynəyə oxşayan, bizşəkilli. Bizvari yarpaq.
|
BLANK (ID - 4686)is. [fr.] Müəyyən formada sənəd tərtib etmək üçün bir hissəsi çap edilmiş və doldurulmağa görə boş yerlər qoyulmuş vərəqə. Sübhanverdizadə poçt idarəsindən aldığı blankın ayaq tərəfini göstərərək: - Yoldaş prokuror,...
|
BLANKİST (ID - 4687)\xüs. is.-dən] Blankizm tərəfdarı.
|
BLANKİZM (ID - 4688)\XIX əsr fransız inqilabçısı
O.Blankinin adından] Kapitalizmi, xalq kütlələrinin sinfi mübarizəsi olmadan, inqilabi sui-qəsd yolu ilə devirmək haqqında xırda burjua nəzəriyyə və taktikası. |
BLEF (ID - 4689)is. [ing.] 1. Olmayan şeylə lovğalanma.
2. Gözə kül üfürmə. |
BLİN (ID - 4690)is. [rus.] Mayalı xəmirdən qızartma üsulu ilə bişirilmiş nazik kökə.
|
BLİNDAJ (ID - 4691)[fr.] hərb. Top və mina atəşindən qorunmaq üçün üstüörtülü möhkəm səngər, mühafizə sipəri. Burada Zorin üç-dörd yerdə kənd daxmalarına bənzər blindajlar tikdirmişdi. M.Hüseyn. Qaraltılar blindaja .. tullanınca birinci olaraq...
|
BLOK1 (ID - 4692)[fr.] Birgə hərəkət etmək üçün dövlətlər, partiyalar, təşkilatlar, müxtəlif ictimai qruplar arasında düzəldilən ittifaq, birləşmə.
|
BLOK2 (ID - 4693)[ing.] tex. 1. Ağır şeyləri qaldırmaq üçün sadə maşın, mexanizm və onun fırlanan diskdən (çarxdan) ibarət olan hissəsi. Vışkanın təpəsindən, bucurqada sarınan kanatı .. keçirmək üçün bir blok asılır. Quliyev.
Özü bir... |
BLOKADA (ID - 4694) |
BLOKNOT (ID - 4695)[fr.] Qopardılan ağ kağız vərəqələrindən ibarət dəftər. Qurbanəli bloknotuna yazır və .. səhnədən çıxır. M.İbrahimov.
|
BLÜZA (ID - 4696)[fr.] Kəmərsiz geniş köynək şəklində kişi iş paltarı.
|
BLÜMİNQ (ID - 4697)[ing.] tex. Çox güclü metalyayma maşını.
|
BOBRİK (ID - 4698)[rus.] Xovlu mahud parça növü.
// Bu parçadan tikilmiş. Bobrik palto. - Bu zaman Kərbalı tükü tökülmüş bobrik pencəyinin ətəyini dartışdırıb düzəldər... S.Rəhimov. |
BOÇKA (ID - 4699)[rus. бочка] Çəllək. Çaxır boçkası. Su boçkası. - Rizvan araba gedə-gedə Xosrovun köməyi ilə çıxıb, ağzı örtülü yağ boçkalarının üstündə oturdu. S.Rəhimov.
□□ Boçka kimi dan. - yekəqarın, qamı yekə. |
BOÇKAÇI (ID - 4700)is. Boçka (çəllək) qayıran usta; çəlləkçi.
|
BOÇKAÇILIQ (ID - 4701)is. Boçkaçı sənəti; çəlləkçilik.
|
BOĞANAQ (ID - 4702)1. is. Boğucu hava, havası boğuq olan yer. Bu otaq yaman boğanaqdır. Bu boğanaqda necə oturubsunuz?
// sif. Çox isti və boğucu, bürkü. Boğanaq hava. Boğanaq otaq. - İyul ayına məxsus boğanaq bir gün idi. A.Şaiq. Hava olduqca boğanaq... |
BOĞAZ1 (ID - 4703)is. 1. anat. Boyunun, qida borusunun başı və nəfəs yollarının yerləşdiyi ön hissəsi. Boğazdan yapışmaq. - Gülnaz dartınıb onun əlindən çıxdı, Qəmərbanunun boğazından yapışıb divara çırpdı. M.İbrahimov.
// Ağız içinin... |
BOĞAZ2 (ID - 4704)sif. Boynunda balası olan. Boğaz at. Boğaz inək. Boğaz qoyun. - Əmniyyələr boğaz inəyi, eşşəyi və qoyunları tövlədən çıxardılar. M.İbrahimov.
□ Bogaz olmaq boynunda balası olmaq, hamilə olmaq. |
BOĞAZADÖYMƏ (ID - 4705)is. dan. Höcətləşmə, bir-biri ilə sözləşmə, söz güləşdirmə, mübahisə etmə; mübahisə, deyişmə. İki saatdan bəri davam edən boğazadöymə ağıllıbaşlı bir nəticə verməmişdi. Ə.Əbülhəsən. Axırda bu boğazadöymədən...
|
BOĞAZALTI (ID - 4706)is. 1. Balaca şal.
Baş örtüyünün boğazın altından bağlanan bağı. Qadınların boğazlarına taxdıqları qızıl zinət. Bəzən belə söhbət olardı: - Yaxşı, indi ki belə oldu, bir de görək, nə istəyirsən? Deyim də:..... |
BOĞAZDÖYÜŞMƏSİ (ID - 4707)b a x bogazadöymə.
|
BOĞAZLAMA (ID - 4708)“Boğazlamaq”dan f.is.
|
Bu səhifə dəfə baxılıb