BLOK2[ing.] tex. 1. Ağır şeyləri qaldırmaq üçün sadə maşın, mexanizm və onun fırlanan diskdən (çarxdan) ibarət olan hissəsi. Vışkanın təpəsindən, bucurqada sarınan kanatı .. keçirmək üçün bir blok asılır. Quliyev.
Özü bir sıra element və hissələrdən ibarət olan qurğunun və s.-nin ayrı-ayrı hissəsi. Pəncərə və qapı blokları. Boruları bloklar halında quraşdırmaq. Betondan hazırlanan iri kərpiclər şəklində süni tikinti daşı. Beton bloklar. Böyük binada mənzillər qrupu. Mənzilim sol blokdadır. Paylaşın - Hamı bilsin
|